top
Bakı-Xankəndi veloyarışına yekun vurulub, qaliblər mükafatlandırılıb Idman.biz
14 may 2026, 17:48
- ↺ +

"Bakı-Xankəndi" veloyarışına yekun vurulub, qaliblər mükafatlandırılıb

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı "Bakı-Xankəndi" veloyarışına yekun konsert proqramı ilə vurulub.

İdman.Biz xəbər verir ki, Bakıdan start götürən və Xankəndidə başa çatan yarışın bağlanış mərasimi incəsənət nümayəndələrinin iştirakı ilə təşkil olunub.

Sonuncu, beşinci mərhələdə idmançılar Tərtər-Ağdam-Füzuli-Şuşa-Xankəndi marşrutu üzrə 181,5 kilometr məsafə qət ediblər. Dağlıq və çətin profilə malik bu mərhələ İspaniyanın "Burgos Burpellet PH" komandasının üzvü Coş Barnettin solo hücumu ilə yadda qalıb. O, finişi 4 saat 16 dəqiqə 35 saniyəyə tamamlayaraq birinci olub. Qazaxıstanın "XDS Astana" World Tour komandasından Henok Mulubrhan ikinci yeri tutub və 4-cü mərhələdən sonra bu dəfə də podiumda yer alıb. İlk üçlüyü isə "Burgos Burpellet PH"ın digər velosipedçisi Erik Antonio Faqundes tamamlayıb.

Son mərhələnin nəticələri ümumi təsnifatda da dəyişiklik yaradıb. Günün qalibi olan Coş Barnett liderliyə yüksələrək mavi köynəyin sahibi olub. Ümumi sıralamada Henok Mulubrhan ikinci, İtaliyanın "Solution Tech NIPPO Rali" komandasının üzvü Aleksandr Balmer isə üçüncü pillədə qərarlaşıb.

Mulubrhan eyni zamanda "Sea Breeze" tərəfindən təqdim olunan ən yaxşı sprinter üçün yaşıl köynəyi də qazanıb. Dağlar üzrə liderlik formasını – qırmızı köynəyi Belçikanın "Tarteletto-Isorex" komandasından Lennert Tögelz əldə edib. Gənclər arasında ən yaxşı nəticə göstərən və "Azvirt"in mükafatlandırdığı ağ köynək isə İspaniyanın "Equipo Kern Pharma" komandasının üzvü İker Qomezdə qalıb.

Komanda hesabında isə "Burgos Burpellet PH" birinci yeri tutub. Onların ardınca İtaliyanın "Bardiani CSF Faizanè" komandası ikinci, İspaniyanın "Equipo Kern Pharma" kollektivi isə üçüncü olub.

Mükafatlandırma mərasimində qaliblərə mükafatları Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov, Ağdam, Füzuli və Xocavənd üzrə xüsusi nümayəndə Emin Hüseynov, həmçinin Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Zaur Axundov və icraçı vitse-prezident Fikrət Hüseynov təqdim ediblər.

Araz Xəlilli

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Oxşar xəbərlər