top
Bakı şəhərində BU HƏFTƏ baş tutacaq İDMAN TƏDBİRLƏRİ Idman.biz
28 aprel 2025, 17:56
- ↺ +

Bakı şəhərində BU HƏFTƏ baş tutacaq İDMAN TƏDBİRLƏRİ

Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, 28 aprel - 4 may tarixlərində paytaxtda müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək.

Elektron idman növləri üzrə (Valorant) Liqa I mövsüm (Muğam Liqası) – 10 aprel – 10 may (Bakı);
Tennis üzrə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Avropa və beynəlxalq tennis turnirləri (12-18 yaşlararası və 18-dən yuxarı) – 19 aprel - 8 iyun (Bakı);
Şahmat üzrə "Baku Open" beynəlxalq turniri – 20-30 aprel (Bakı);
Şahmat üzrə veteranlar arasında ölkə çempionatı – 20-30 aprel (Bakı);
Həndbol üzrə kişilər və qadınlar arasında ölkə kuboku – 26 aprel - 28 may (Bakı);
Xətai rayon məktəbliləri və onların valideynləri arasında "Sevirsənsə, idmanı, gətir ata, ananı" devizli estafet oyunları - 28 aprel, saat 10:00 (260 nömrəli tam orta məktəb);
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tələbə qızlardan ibarət komandalar arasında voleybol üzrə Yasamal rayon turniri - 28-29 aprel, saat 10:00 (2 nömrəli Bakı Baza Tibb Kolleci);
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Qaradağ rayon məktəbliləri arasında atletika turniri - 29 aprel, saat 10:00 (Qaradağ TİB);
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Xətai rayon məktəbliləri arasında badminton turniri - 30 aprel, saat 10:00 (260 nömrəli tam orta məktəb);
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tələbə oğlanlardan ibarət komandalar arasında voleybol üzrə Yasamal rayon turniri - 30 aprel - 1 may, saat 10:00 (2 nömrəli Bakı Baza Tibb Kolleci);
Stolüstü tennis üzrə ölkə çempionatı (U19, U15) – 30 aprel - 3 may (Bakı);
Bədii gimnastika üzrə Avropa Kuboku – 1-4 may (Bakı);
Üzgüçülük üzrə Heydər Əliyev turniri – 1-4 may (Su İdmanı Sarayı və Gəncə İdman Sarayı);
Yelkən növü üzrə "Baku Cup" yarışı – 1-4 may (Bakı);
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında minifutbol turniri - 1-6 may, saat 10:00 (264 nömrəli tam orta məktəb və Heydər Əliyev liseyi);
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tələbə oğlanlardan ibarət komandalar arasında 3x3 basketbol üzrə Yasamal rayon turniri - 2 may, saat 10:00 (Azərbaycan Texniki Universitetin İdman Sarayı);
Badminton üzrə U13 ölkə birinciliyi – 2-5 may (Bakı);
100 xanalı dama üzrə oğlanlar və qızlar arasında (gənclər (2006-2008), kadetlər (2009-2011), kiçik kadetlər (2012-2014), ümüdlər (2015) və daha aşağı) ölkə birinciliyi – 2-12 may (Bakı);
"Sağlam həyat" layihəsi çərçivəsində nümunəvi çıxışlar - 3 may, saat 11:00 (Nəsimi rayon Azərbaycan Tibb Universitetinin ərazisi);
Uşaq və yeniyetmələr arasında şahmat üzrə Nəsimi rayon turniri - 3 may, saat 11:00 (İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər Şahmat-İdman Məktəbi);
Uşaq, yeniyetmə və gənclər arasında alpaqut turan döyüş sənəti üzrə Bakı şəhər turniri - 3 may, saat 11:00 (Şağan Olimpiya İdman Kompleksi);
Cüdo üzrə yeniyetmə oğlanlar və qızlar arasında Avropa Kuboku – 3-4 may (Azərbaycan, TBC);
Dövlət qurumları arasında basketbol yarışı – 3-4 may (Avropa Oyunları Parkı);
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında taekvondo üzrə Sabunçu rayon klublararası yoldaşlıq turniri - 3-4 may, saat 10:00 (Balaxanı İdman Zalı);
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tələbə oğlanlardan ibarət komandalar arasında minifutbol üzrə Yasamal rayon turniri - 3-5 may, saat 14:00 (Bakı Dövlət Universiteti).

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:30

Everton qış dönəmində Manchester United hücumçusunu, Markus Rashfordu, icarəyə götürmək istəyir

Boks
Bu gün, 10:28

Tural Rahimov ‘Dəmir adam’ Düşənbədə Rusiyalı rəqibini məğlub etdi

Digər
Bu gün, 10:08

Tahir Abdullayev UFC Yolunda: İlk Addımlar, Çətinliklər və Həyat Hekayəsi

Cüdo
Bu gün, 10:00

Böyük Dəbilqə: Azərbaycan üçüncü cüdoçusunu mübarizəyə təqdim edəcək

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi Azərbaycana təklif olundu, amma heç kim maraqlı deyildi

Futbol
Bu gün, 09:58

“Barselona” El Klassikoda rekord gəlir əldə etdi

Futbol
Bu gün, 09:40

Lisandro Martines Manchester United ilə müqaviləsini uzatmayacaq

Futbol
Bu gün, 09:20

Belçika futbolçusu Nainqolan iki il həbsə cəlb edildi

Futbol
Bu gün, 09:08

Barselona, icarədəki Ronald Araújonun qış transferini Liverpoola satmaq istəyir

Qarabağ FK
Bu gün, 09:00

"Qəbələdə 'Qarabağ' ilə üz-üzə: Ağdam zirvəyə qalxa bilər"

Futbol
Bu gün, 08:40

Fənərbaxça, Olimpiakosun keçmiş baş məşqçisi Jose Luis Mendilibara yüksək maaşlı təklif göndərib

Futbol
Bu gün, 08:20

Araz‑Naxçıvan “Zirə”ni qəbul edir

Basketbol
Bu gün, 08:09

Stefen Karri NBA-nın ilk dörd oyununda 100% cərimə atışları ilə rekord qırdı

Futbol
Bu gün, 08:00

FIFA 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar dünya çempionatının mükafat fondunu iki dəfə artıracaq

Futbol
Bu gün, 07:03

Unai Simon: “Biz futbolun düşmənləriyik” – dünyanın ən yaxşı qapıçısı

Futbol
Bu gün, 06:15

Portuqaliya millisinin yarımmüdafiəçisi Konseysau hakimi təhqir etdiyi üçün üç oyunluq diskvalifikasiya aldı

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Oxşar xəbərlər