top
Azərbaycan çempionatının üçüncüsü avrokuboklara qatılmayacaq Report.az
23 aprel 2025, 15:45
- ↺ +

Azərbaycan çempionatının üçüncüsü avrokuboklara qatılmayacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasının bürünc mükafatçısı olan "Milli Aviasiya Akademiyası" bu il avrokuboklarda iştirak etməyəcək.

Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Emin Əbilov deyib.

O, rəhbərliklə müzakirələrdən sonra belə qərara gəldiklərini diqqətə çatdırıb:

"Dünya çempionatlarında, olimpiadalarda, avrokuboklarda iştirak etmək hər bir məşqçinin və klubun arzusudur. Əlbəttə, biz də bunu istərdik. Lakin rəhbərliklə müzakirələr aparmışıq, hələ ki, belə planımız yoxdur. Azərbaycan çempionatına hazırlaşacağıq. Ümid edirəm ki, növbəti mövsümlərdə avrokuboklara da qatılarıq".

37 yaşlı mütəxəssis çempionatın gərgin və maraqlı keçdiyini söyləyib:

"Bu il bir-birindən gərgin və maraqlı oyunlar keçdi. UNEC-i çıxmaq şərtilə digər komandaların gücləri, demək olar ki, bir-birinə yaxın idi. Komandamız mövsüm ərzində yaxşı mübarizə apardı, vacib qələbələr qazandıq. "Abşeron" müntəzəm mövsümü birinci bitirdi. Cəmi iki məğlubiyyətləri var idi. Hər ikisi də bizə qarşı oyunda oldu. Finalda oynaya biləcək komandamız var. Təəssüf ki, aparıcı oyunçularımızdan biri zədələndi və nəticədə gücümüz bir qədər azaldı. Buna baxmayaraq, yarımfinalda "Azərreyl"lə yaxşı mübarizə apardıq. İlk oyunda uduzsaq da, cavab matçında qələbə qazandıq. Yalnız "qızıl set"də uduzduq. Üçüncü yer uğrunda "Gəncə" ilə qarşılaşdıq və iki oyunda qələbə qazanaraq bürünc medala yiyələndik".

E.Əbilov növbəti mövsümdən çempionluq uğrunda mübarizə aparacaqlarını bildirib:

"Əlbəttə, bu son deyil. Komandanı daha da gücləndirməli və növbəti mövsüm qızıl medal uğrunda mübarizə aparmalıyıq. Əziyyəti keçən hər kəsə təşəkkür edirəm. Federasiya çempionatı çox yaxşı təşkil etmişdi. Klub rəhbərliyi bizə mövsüm boyunca dəstə və qayğı göstərdi. Azarkeşlərə təşəkkür edirəm, onlara bacardığımız qədər gözəl voleybol göstərdik".

Qeyd edək ki, "Milli Aviasiya Akademiyası" üçüncü yer uğrunda mübarizədə "Gəncə"ni hər iki oyunda məğlub edərək bürünc medallara yiyələnib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 20:10

Çempionatın çətinliyinə qarşı: hər matça maksimum hazırlaşmalıyıq

Futbol
Bu gün, 20:06

"Bolonya" "Montsa"ya qonaq olanda 2:1 hesabıyla qalib gəlmiş və qapıçısının penalti dəf etməsi sayəsində qələbəsini qorumuşdur

Futbol
Bu gün, 20:00

16 yaşlı Cozef Qabriel PSJ və "Bavariya"nı rədd edərək "Real"a yaxınlaşır

Futbol
Bu gün, 19:59

Ceymi Karrager Aston Villa'ya üzr istədi

Futbol
Bu gün, 19:56

Nəriman Axundzadə matçda iştirak etmədi

Qarabağ FK
Bu gün, 19:49

"Qəbələ" ilə "Qarabağ" arasındakı oyun 0:0 hesabı ilə yekunlaşdı

Qarabağ FK
Bu gün, 19:35

“Qarabağ” Qəbələdə “Qəbələ”yə qonaqliq edir və nəticə 0:0 olur

Futbol
Bu gün, 19:35

Messi beşinci sarı vərəqə almasına baxmayaraq, MLS-in "Nümunəvi davranış" qaydası sayəsində cəzadan yayınıb

Basketbol
Bu gün, 19:26

Neftçi 86:84 məğlubiyyə ilə LANDAU Lionsu məğlub etdi

Futbol
Bu gün, 19:16

Bursaspor Türkiyə 1-ci Liqasında Bandırmasporu 3:0 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 19:04

"Atletiko" səfərdə "Levante"ni 2:0 hesabı ilə məğlub edərək La Liqada liderliyə yüksəldi

Cüdo
Bu gün, 19:01

İbrahim Talıbovun Dakar Olimpiadasındakı ilk potensial rəqibi məlum oldu

Futbol
Bu gün, 18:57

Turan Tovuz-2 və İmişli-2 3:3 nəticəylə məhsuldar heç-heçə

Futbol
Bu gün, 18:50

Gəncə voleybolçuları “Kəpəz” futbol komandası üçün stadiondan dəstək verəcəklər

Futbol
Bu gün, 18:45

“Şəki” klubunun yeni baş məşqçisi Firuddin Mövsümov oldu

Futbol
Bu gün, 18:34

Mançester Yunayted 0:2 ilə Çelsi'ye məğlub oldu – Karrik 16-cı pillədə qaldı

Futbol
Bu gün, 18:23

Mourinyo Qızıl Top Qalibini Təriflədi, Mbappeni Futbol Tarixinə Ən Yaxşı Adlandırdı

Digər
Bu gün, 18:05

Karate dünyə çempionu Selcan Babayevanın Avropa çempionluğu və beynəlxalq arenadakı hədəfləri

Futbol
Bu gün, 17:50

Yuri Maksimov: 'İki xal itirməyin əvəzinə yuxarı pillələrdə daha yaxşı oynayardıq'

Basketbol
Bu gün, 17:45

LANDAU Lionsun baş məşqçisi Erhan Toker məğlubiyyət və hakim qərarlarını tənqid etdi

Futbol
Bu gün, 17:42

Rəşad Sadıqov "Zirə"nin "Araz-Naxçıvan"la 2:2-liyinə dair: "Futbolçularım böyük xarakter göstərdi və sona qədər mübarizə apardılar"

Cüdo
Bu gün, 17:40

Olimpiya çempionu Zelim Kotsoyev adaptiv cüdo məşqində iştirak etdi

Futbol
Bu gün, 17:32

“Sabah”ın rəqibi Norveç klubunun baş məşqçisi papağını üzünə çəkdi - VİDEO

Futbol
Bu gün, 17:10

Legioner olmayan heyətimiz nəticəmizə təsir etdi – Sabir Allahquliyev

Oxşar xəbərlər