top
Ardıcıl 5-ci dəfə - TƏQDİMAT İdman.biz
29 may 2024, 17:15
- ↺ +

Ardıcıl 5-ci dəfə - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 16 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir.

Bu həftə D qrupunun komandalarını nəzərdən keçiririk. Fransanın favorit, Niderlandın iddialı olduğu qrupda Polşa da 1/8 finala vəsiqə üçün mübarizə aparacaq.

Almaniyaya penaltilərlə
Polşa millisinin seçmə mərhələdəki çıxışı uğursuz alınıb. Qrupun əsas favoritlərindən olan komanda Albaniyanın 1-ci, Çexiyanın 2-ci yeri tutmasını izləyib. Liderdən (1:0, 0:2) üç xal alan polşalılar çexiyalılaa qarşı uğursuz oynayıblar – 1:1, 1:3. Əsas problemi isə Moldova yaradıb. İddiasız rəqibdən yalnız bir xal almaqları (1:1, 2:3) "qartallar"ı çətinə salıb. Farer adaları üzərində qələbələr (2:0, 2:0) də "ağ-qırmızılar"ı xilas etməyib. Mihal Probejin baş məşqçisi olduğu "panlar" Almaniyaya vəsiqəni bu yaz keçirilən pley-oiffda əldə edib. Estoniyanı 5:1 hesabı ilə darmadağın edən Robert Levandovski və yoldaşları həlledici matçda Uelslə görüşüb. Qolsuz bitən qarşılaşmanın taleyini penaltilər seriyası həll edib. 5:4 hesablı qələbə Polşanı AVRO-2024-ə daşıyıb.

Beşinci cəhd
Dünya çempionatlarında müəyyən uğurlara sahib "ağ-qırmızılar"ın hesabında iki bürünc mükafat var. 1974 və 1982-ci illərin dünya üçüncüsünün həmin nailiyyətləri çox uzaqda qalıb. Mundiallarda bu iki uğuru olan Polşa qitə birinciliklərində heç nə ilə yadda qalmayıb. Final mərhələsində debütü yalnız 2008-ci ildə gerçələşən "qartallar" ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu turnirində mübarizə aparacaq. Əvvəlki dörd cəhddən üçündə qrupda qalan Polşanın yeganə təsəllisi 2016-cı ildəki 1/4 finaldır. Probejin komandası Almaniyada hamını təəccübləndirmək arzusundadır. Amma bunun üçün çətin qrupdan çıxmaq vacibdir. Fransa və Niderland kimi nəhənglərlə duellərə çıxacaq Polşa üçün son vaxtlar çox güclənən Avstriya da asan rəqib sayılmır.

Polşa millisinin qrupdakı oyunları:
16 iyun. Polşa - Niderland
21 iyun. Polşa - Avstrya
25 iyun. Fransa - Polşa

Qeyd edək ki, D qrupunun görüşləri 5 fərqli şəhərdə - Hamburq, Düsseldorf, Leypsiq, Berlin və Dortmundda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:31

Messi 2027-ci ildə Argentina’da River Pleytdə rəqibini görəcək

Futbol
Bu gün, 22:17

Pochettino Manchester Unitedə keçidini danışarkən göz yaşlarını saxlamadı

Futbol
Bu gün, 21:56

De Zerbi "Tottenhem"i sonuncu pillədən xilas etdiyi oktyabr ayından sonra Premyer Liqanın ən yaxşı məşqçisi seçildi

Futbol
Bu gün, 21:43

Azərbaycanın 21 yaşadək futbol millisi noyabrın 14 və 17-də Omana qarşı iki yoxlama oyunu keçirəcək

Boks
Bu gün, 21:42

Anar Məmmədov Superlek'i ilk raundda nokautla məğlub etdi

Olimpiada
Bu gün, 21:39

Azərbaycan paralimpiya rəsmiləri IPC və Avropa Paralimpiya Komitəsi rəhbərləri ilə görüşüblər

Futbol
Bu gün, 21:34

Mançester Yunayted azarkeşləri kapitan Bruno Fernandes'ə qarşı tənqidlə hücum etdilər

Digər
Bu gün, 21:21

Azərbaycanın iki batutçusu dünya çempionatında növbəti mərhələyə yüksəldi

Futbol
Bu gün, 21:06

Rakuv məşqçisi Mahir Emrəli müqayisə etdi: meydanı görmə bacarığı üstün

Futbol
Bu gün, 20:51

Vüqar Nadirov: Milli futbolçuların çətinliyi nəzərə alaraq oyun asan keçməyəcək

Futbol
Bu gün, 20:42

Pep Qvardiola ABŞ milli futbol komandası ilə danışıqlara başlayır

Futbol
Bu gün, 20:28

Devid Bekhem 2027-ci ildə ABŞ Milli Futbol Şöhrət Zalına daxil ediləcək

Futbol
Bu gün, 20:14

Neqreyra işində son şahid: Barselona B-nin keçmiş məşqçisi Jerar Lopes ifadə verdi, qərar 2027-ci ildə

Futbol
Bu gün, 19:58

Sabiq Beşiktaşlı Valerien İsmael, Havre klubunun baş məşqçisi oldu

Futbol
Bu gün, 19:49

Paris klubunun prezidenti Antuan Arno ilə PSJ rəhbəri Nasser Əl Xəlaifi arasında münasibətlər gərginləşir

Digər
Bu gün, 19:34

“Kür”un xorvatiyalı həndbolçusu: “Rəqibimiz çempionatda daha müntəzəm oynadığı üçün üstünlük qazanır”

Futbol
Bu gün, 19:28

Anton Krivotsyuk Azərbaycan millisinin heyətindən çıxarılıb

Voleybol
Bu gün, 19:12

ORDU, Norveçin FORDE VBK ilə Avro 1/32 finalı üçün cavab oyununa çıxar

Digər
Bu gün, 19:12

Kür baş məşqçisi: 'Məğlubiyyət keçmişdə, cavab oyununda qalib gəlməliyik'

Futbol
Bu gün, 19:07

AFFA Arbitraj Tribunalı “Alanyaspor Baku” futbolçusunun cəzasını azaldı, “Lion”un şikayətini qismən təmin etdi

Digər
Bu gün, 18:59

Əbu-Dabidəki kütləvi dava üzrə hökm: Usman Nurməhəmmədova 6 ay həbs cəzası çəkildi

Futbol
Bu gün, 18:56

AFFA UEFA-ya Ermenistan-Kipr qarşılaşmasında separatçı rəmzlərinin nümayişinə görə etiraz məktubu göndərdi

Futbol
Bu gün, 18:54

Klopp: Milli komanda hazırlığından razıdır, Serbiyaya qarşı oyun üçün əla ab-hava var

Futbol
Bu gün, 18:45

PFL rəhbərliyi Çexiyada Dünya Liqaları Assosiasiyasının konfransında iştirak etdi

Oxşar xəbərlər