top
ARAF Baş Katibi, dünyanın ən yaxşı ənənəvi idman təşkilatı mükafatını qazanmalarına dair açıqlama verib Report.az
24 aprel 2025, 11:49
- ↺ +

ARAF Baş Katibi, "dünyanın ən yaxşı ənənəvi idman təşkilatı" mükafatını qazanmalarına dair açıqlama verib

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) "dünyanın ən yaxşı ənənəvi idman təşkilatı" mükafatına layiq görülməsi bütövlükdə ölkəmizin ənənəvi atçılıq mədəniyyətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Bunu "Report"a açıqlamasında ARAF-ın baş katibi Emil Seyidov deyib.

O, Sankt-Peterburqda keçirilən 7-ci Etnosport Forumunda ARAF-ın Dünya Etnoidman Birliyi tərəfindən "Ənənəvi İdman Təşkilatı" nominasiyası üzrə mükafata layiq görülməsinin onlar üçün böyük qürur və məsuliyyət olduğunu söyləyib:

"Son illərdə həm Etnoidman Kültür Festivalında, həm də İngiltərədə keçirilən ənənəvi atçılıq təqdimatlarında ölkəmizə olan maraq getdikcə artır. Bu tədbirlərdə federasiya olaraq daim geniş heyətlə iştirak edir, hər il proqramımıza yeni elementlər əlavə edərək təqdimatlarımızı daha da zənginləşdiririk. Bu il də həm Londonda, həm də Türkiyədə keçiriləcək tədbirlərə dəvət almışıq və iştirakla bağlı hazırlıq işləri davam etdirilir".

Baş katib əsas hədəflərdən də söz açıb:

"Federasiyanın əsas məqsədi Azərbaycan atçılıq ənənələrini beynəlxalq səviyyədə daha da tanıtmaq, gənc nəsildə bu irsə marağı artırmaq və müasir idman standartları çərçivəsində peşəkar yarışlarda iştirak edən idmançılarımızın sayını çoxaltmaqdır. Xüsusilə çövkən üzrə milli komandaların hazırlıq səviyyəsinin daha da yüksəldilməsi, regionlarda atçılığın inkişafı və yeni infrastruktur layihələrinin həyata keçirilməsi diqqət mərkəzindədir. Eyni zamanda, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkəmizdə nüfuzlu beynəlxalq yarışların keçirilməsi də qarşıya qoyulan əsas məqsədlərdəndir".

Emil Seyidov 2025-ci ildə həm polo, həm də çövkən üzrə bir neçə böyük beynəlxalq turnirin planlaşdırıldığını və Azərbaycan millisinin bu yarışlarda iştirak edəcəyini söyləyib:

"Xüsusilə, iyunun 3–8-i aralığında keçiriləcək çövkən üzrə Avropa çempionatı böyük maraq doğurur. Bu yarış Beynəlxalq Çövkən Federasiyasının təşəbbüsü ilə keçiriləcək və Azərbaycan komandası orada iştirak edəcək. 2024-cü ildə millimiz dünya çempionu titulunu qazandı. İnanırıq ki, bu il də komandamız öz peşəkarlığı və hazırlığı sayəsində yüksək nəticələrə imza atacaq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Oxşar xəbərlər