top
Anam olmasaydı, futbolu ata bilərdim - Məşhur futbolçu Lent.az
10 iyul 2024, 13:25
- ↺ +

"Anam olmasaydı, futbolu ata bilərdim" - Məşhur futbolçu

Anxel Di Mariya anasının onun futbol karyerasını necə xilas etməsi barədə danışır:

"Həqiqətən, "Sentral"da keçirdiyim vaxtlar mənim üçün çox çətin idi. Əslində, anam olmasaydı, futbolu ata bilərdim. 15 yaşım var idi və fiziki cəhətdən kifayət qədər inkişaf etməmişdim. Məşqçimiz çox çılğın insan idi, fiziki güclü və aqressiv oyunçulara üstünlük verirdi. Bu isə mənim tərzim deyildi. Bir gün cərimə meydançasında hava topuna tullanmadığım üçün məşqdən sonra bütün komanda yoldaşlarımı ətrafıma topladı və dedi:

- Sən qorxaq və rəzalətsən! Həyatda heç nəyə nail olmayacaqsan! Heç vaxt uğurlu olmayacaqsan! 

Darmadağın olmuşdum. O hələ sözünü bitirmədən komanda yoldaşlarımın önündə ağlamağa başladım və qaçaraq meydançadan çıxdım.

Evə çatanda təkcə ağlamaq üçün birbaşa otağıma getdim. Anam bir problem olduğunun fərqinə çox tez vardı, çünki həmişə məşqdən qayıdandan sonra həyətə düşüb daha çox çalışır, oynayırdım. Otağıma gəlib nə baş verdiyini soruşdu. Ona baş verənləri danışmağa çəkinirdim, qorxurdum ki, velosipedi götürüb, gedib məşqçimizi yumruqlayacaq.

Anama dedim ki, dalaşmışam, amma o, bunun yalan olduğunu bilirdi. Belə olan halda o bütün anaların edəcəyi şeyi etdi – məşq yoldaşımın anasına zəng edib, baş verənləri öyrəndi.

Anam otağa qayıdanda daha çox ağlayırdım və ona futbolu atmaq istədiyimi dedim. Növbəti gün evdən çıxa bilmədim, məktəbə getmək istəmədim. Çox alçaldılmışdım. Anam yanıma gəlib yatağıma oturdu və dedi:

- Geri qayıdırsan, Anxel! Bu gün geri qayıtmalı və özünü məşqçiyə sübut etməlisən.

Həmin gün məşqə qayıtdım və çox təəccüblü bir şey baş verdi. Komanda yoldaşlarım məni lağa qoymadılar, əksinə, mənə kömək etdilər. Top havaya qalxanda müdafiəçilər başla zərbə endirməyimə şərait yaradırdılar. Özümü yaxşı hiss etdiyimdən əmin oldular və həmin gün mənim qayğıma qaldılar. Futbol çox rəqabətli oyundur, xüsusilə də, Cənubi Amerikada. Hər kəs daha yaxşı bir həyat üçün çalışır, amma o günü hər zaman xatırlayacam. Çünki komanda yoldaşlarım əzab çəkdiyimi görüb, mənə kömək etdilər".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:00

Premyer Liqanın 11 turuna görə qapıçıların qurtarış reytinqləri bəlli olub: Fernandes birinci, Santos ikinci, Balayev üçüncü

Futbol
Bu gün, 15:45

Violetta Qəhrəmanzadə Rusiya Qadınlar Gənclər Liqasında tarixi ipək qol vurdular: 33 ildən sonra Andrey Tixonovun səkkiz qolluq rekordunu bir oyuna sığdırdı

Futbol
Bu gün, 15:40

Portuqaliya millisindən ayrıldığım üçün hələ də peşmanam

Digər
Bu gün, 15:38

Baku'da 2027 SportAccord Konvensiyası: 1700-dən çox nümayəndə bir araya gələcək

Futbol
Bu gün, 15:20

Beşiktaş PAOK-un kapitanı Andriya Jivkoviçi transfer etmək niyyətindədir

Futbol
Bu gün, 15:08

İnfantino: “Bakı U-15 Dünya Kubokunda gələcəyin futbol ulduzlarını gördüm”

Futbol
Bu gün, 15:00

Karlos Espi: Real Madrid-dən zəng gələndə "xeyr" demək imkanı yox idi

Voleybol
Bu gün, 14:53

Qadın Voleybolu: AZERRAIL vs Milli Aviasiya Akademiyası bu gün keçiriləcək

Futbol
Bu gün, 14:40

Zidan: Gələcəkdə “Yuventus”u çalışdırmaq istəyirəm

Futbol
Bu gün, 14:34

Millətlər Liqası: İtaliya - Fransa qarşılaşması, Keynin rekordu və C Liqasında yüksəlmə yarışları

Olimpiada
Bu gün, 14:20

Azərbaycan komandası Dakar Yüngül Olimpiada medal sıralamasında 12-ci yerə gerilədi

Futbol
Bu gün, 14:08

Emre Belözoğlu Fənərbağçada ulduz futbolçunun transferini planlaşdırır

Futbol
Bu gün, 14:01

Joan Qadu Real, PSG və Arsenal klublarının marağındadır

Futbol
Bu gün, 14:00

Mircavadov: Klublar yerli futbolçulara şans verməlidir

Futbol
Bu gün, 13:40

Harry Kane: "Arsenal" akademiyası məni göndərsə də, onların yanıldığını göstərdim

Olimpiada
Bu gün, 13:35

Dakardakı Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanı boksçu Gülər Hüseynova və taekvondoçu Adil Kazımlı təmsil edəcək

Qarabağ FK
Bu gün, 13:32

Mustafa Sek ‘Neftçi’de 20 dəqiqə oynadıqdan sonra komandadan ayrılmayacaq – KLUBDAN İDMAN.BİZ-Ə AÇIQLAMA

Futbol
Bu gün, 13:27

Difai məşqçisinin qırmızı kartı 1000 manat cəriməyə səbəb oldu

Futbol
Bu gün, 13:20

Cim Retkliffinin xərcləri azaltma tədbirləri "Mançester Yunayted" veteranlarının narazılığına səbəb olub

Futbol
Bu gün, 13:19

Mançester Yunayted Brentforddan Kollinzi və Fulhamdan Bassini almağa və başqa

Futbol
Bu gün, 13:16

Levandovskinin Skorupskinin çağırılmaması barədə iddiaları rədd etməsi və Koxalskinin Polşa millisinə davət edilməsi

Futbol
Bu gün, 13:01

Özbəkistan nümayəndə heyəti DÇ-2027 öncəsi “Neftçi”nin akademiyasında olub

Qarabağ FK
Bu gün, 13:00

Ramin Musayev: "Dambrauskasin bu qədər güclü mütəxəssis olduğunu gözləmirdim"

Güləş
Bu gün, 12:48

Mikayıl Cabbarov dünya çempionatı və gənclər Olimpiya oyunları uğur qazanan güləşçilərlə görüşdü

Oxşar xəbərlər