top
Levandovskinin Skorupskinin çağırılmaması barədə iddiaları rədd etməsi və Koxalskinin Polşa millisinə davət edilməsi Idman.biz
Bu gün, 13:16
- ↺ +

Levandovskinin Skorupskinin çağırılmaması barədə iddiaları rədd etməsi və Koxalskinin Polşa millisinə davət edilməsi

Polşa milli komandasının qapıçı seçimi ətrafında müzakirələr davam edir. İtaliyanın "Bolonya" futbol komandasının 35 yaşlı qapıçısı Lukaş Skorupskinin növbəti dəfə yığmaya dəvət almaması Robert Levandovski ilə aralarındakı münasibətləri yenidən gündəmə gətirib.

İdman.Biz xəbər verir ki, milli komandanın kapitanı mətbuat konfransında Skorupskinin heyətdən kənarda qalmasına təsir göstərməsi barədə iddiaları rədd edib.

Polşa mətbuatında müxtəlif vaxtlarda iki futbolçunun münasibətlərinin yaxşı olmadığına dair məlumatlar yayılıb. Skorupskinin həm sentyabr, həm də noyabr toplanışlarına çağırılmaması bu müzakirələri daha da gücləndirib.

Levandovski aralarında xarakter fərqlərinin olduğunu etiraf etsə də, bunun milli komandadakı münasibətlərinə təsir göstərmədiyini bildirib.

"Bizim xarakterlərimiz fərqlidir, dünyaya baxışımız və yanaşmalarımız başqadır. Amma milli komandada birlikdə olduğumuz vaxtlarda çox gülmüşük, əyləncəli anlarımız olub. Avtobusda da bir yerdə oturmuşuq, vaxt keçirmişik. Mənim bu qərarla qətiyyən əlaqəm yoxdur", - deyə kapitan bildirib.

Hücumçu Skorupskinin hazırkı formasını qiymətləndirmək istəmədiyini də vurğulayıb:

"Lukaşın oyunlarını izləməmişəm. Buna görə onun son dövrlərdə hansı formada olduğunu söyləmək mənim üçün çətindir. Futbolçuları məşqçi seçir, məşqçilər korpusu onların çıxışlarını təhlil edir. Onları çətin vəziyyətdə qoymaq istəmirəm".

Baş məşqçi Yan Urban isə Skorupskinin dəvət almamasını yığmada nəsildəyişmə prosesi ilə əlaqələndirib. Maraqlıdır ki, Kamil Qrabara və Marsin Bulkanın zədələnməsinə baxmayaraq, təcrübəli qapıçı yenə də heyətə qaytarılmayıb. Mütəxəssis onun əvəzinə Slavomir Abramoviç, Bartlomey Draqovski və Mateuş Koxalskiyə üstünlük verib.

Xatırladaq ki, 26 yaşlı Koxalski Azərbaycan futbol azarkeşlərinə yaxşı tanışdır. Polşalı qapıçı 2024-cü ildə "Stal Myelets"dən "Qarabağ"a transfer olunub və Ağdam təmsilçisinin heyətində UEFA Çempionlar Liqasında çıxış edib.

O, xüsusilə 2025/2026 mövsümündə "Benfika", "Kopenhagen" və "Çelsi" ilə qarşılaşmalarda göstərdiyi oyunla diqqət çəkib. "Qarabağ"ın Avropa arenasındakı uğurlarında polşalı qapıçının da mühüm rolu olub.

Hazırda ölkəsinin "Vyeçista Krakov" futbol komandasında çıxış edən Koxalski Polşa millisinin noyabr toplanışına dəvət alıb.

Qeyd edək ki, Polşa millisi UEFA Millətlər Liqasının qrup mərhələsində noyabrın 14-də Rumıniya ilə səfərdə, noyabrın 17-də isə İsveçlə doğma meydanda qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:20

Cim Retkliffinin xərcləri azaltma tədbirləri "Mançester Yunayted" veteranlarının narazılığına səbəb olub

Futbol
Bu gün, 13:19

Mançester Yunayted Brentforddan Kollinzi və Fulhamdan Bassini almağa və başqa

Futbol
Bu gün, 13:01

Özbəkistan nümayəndə heyəti DÇ-2027 öncəsi “Neftçi”nin akademiyasında olub

Qarabağ FK
Bu gün, 13:00

Ramin Musayev: "Dambrauskasin bu qədər güclü mütəxəssis olduğunu gözləmirdim"

Güləş
Bu gün, 12:48

Mikayıl Cabbarov dünya çempionatı və gənclər Olimpiya oyunları uğur qazanan güləşçilərlə görüşdü

Voleybol
Bu gün, 12:43

"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: CEV Çelenc Kubokundakı qələbə bizi arxayınlaşdırmamalıdır;

Futbol
Bu gün, 12:40

Mənbə: Manuel Noyerin karyerası bu mövsümün sonunda başa çata bilər

Futbol
Bu gün, 12:39

AFFA İntizam Komitəsi: İki İcraçıyı Hakimə Təhqir üçün Cəzalandırdı

Futbol
Bu gün, 12:33

Vaqif Sadıqov U-17 yığmasının Almaniyanı 0:7 hesabıyla uduzmasının səbəblərini izah etdi

Futbol
Bu gün, 12:21

«Zirə»nin milli fasilədən sonra «İmişli»yə qarşı ilk matçı noyabrın 20-də olacaq

Futbol
Bu gün, 12:20

Manchester United futbolçuları təyyarədə münaqişədə düşdülər

Futbol
Bu gün, 12:10

Zidane: Mbappe zədə səbəbindən Fransa millisinin İtaliya ilə oyununu buraxacaq

Digər
Bu gün, 12:09

Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Qarabağ FK
Bu gün, 11:58

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

Cüdo
Bu gün, 11:44

Bakıda region cüdoçularının təlim‑məşq toplanışı başladı

Gimnastika
Bu gün, 11:31

Azərbaycan gimnastları 32-ci Dünya Yaş Qrupları yarışı finalına çatdı

Voleybol
Bu gün, 11:28

Sportinq, Xilasediciyə məğlub olaraq Portuqaliyada məyusluqla qarşılandı

Futbol
Bu gün, 11:20

La Liqada son 10 mövsümdə bu qədər qol vurulmayıb

Voleybol
Bu gün, 11:13

‘Xilasedici’ baş məşqçisi: Yeni hədəflər üçün mübarizə davam edir

Gimnastika
Bu gün, 11:07

Ömər Qasımlı və Muhamməd Həsənli Çində dünya yaş qrupları gimnastikada finala vesiqə qazandı

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Oxşar xəbərlər