top
AMADA Türkiyə antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir İdman.biz
04 iyul 2024, 17:23
- ↺ +

AMADA Türkiyə antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbərliyi Türkiyədə işgüzar səfərdə olub.

İdman.biz xəbər verir ki, AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Türkiyə Milli Olimpiya Komitəsinin İdarə Heyətinin üzvü Sezai Bağbaşı ilə görüşüb.

Görüşdə Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan və türkiyəli idmançı və idmançı köməkçi heyətlərinin antidopinq sahəsi üzrə hazırlıq səviyyəsi və Olimpiadada idmançılardan gözlənilən nailiyyətlər müzakirə olunub.

Sonra Azərbaycan nümayəndə heyəti Hacettepe Universitetinin nəzdində fəaliyyət göstərən Dopinq Nəzarəti Mərkəzini ziyarət edib. Qonaqlar üçün laboratoriyanın fəaliyyətini əks etdirən geniş təqdimat nümayiş olunub. AMADA-nın icraçı direktoru və Mərkəzin texniki menecer və koordinatoru Sinan Önol arasında görüş keçirilib və tərəfləri maraqlandıran mövzular barədə fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti Hacettepe Universitetinin İdman elmləri fakültəsinin Bədən tərbiyəsi və idman fiziologiyası bölməsinin Heyvanlar üzərində tədqiqatlar laboratoriyasında olub. Görüş zamanı heyvanlar üzərində aparılan tədqiqatlar, habelə istifadə olunan güc artıran maddələrin canlıların orqanizminə və davranışlarına təsiri barədə qonaqlara ətraflı məlumat verilib və gələcəkdə birgə əməkdaşlığın perspektivləri müzakirə olunub. Laboratoriyanın rəhbəri professor Haydar Demirel AMADA ilə birgə layihələrin təşkilində maraqlı olduqlarını və qarşılıqlı fəaliyyətin imkanlarını yüksək qiymətləndirib.

Türkiyə Dopinqlə Mübarizə Komissiyasında təşkil olunan görüşdə qlobal miqyasda antidopinq səyləri müzakirə olunub. Komissiyanın rəhbəri professor Rüştü Günerin iştirak etdiyi görüşdə elmi-tədqiqat və təhsil yönümlü layihələrin birgə təşkili, "Paris-2024" Yay Olimpiya Oyunları öncəsi hər iki qurumun hazırlıq səviyyəsi, birgə maarifləndirici konfrans, vebinar, "workshop"ların keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması müzakirə mövzuları sırasında yer alıb.

AMADA-nın nümayəndə heyətinin tərkibində qurumun icraçı direktorunun müavini Rüfət Efendiyev və Təhsil proqramları üzrə menecer Qüdrət Səfərov da yer alıblar.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:25

Lamin Yamal UEFA Millətlər Liqasının noyabr oyunlarını diz zədəsi səbəbindən buraxa bilər

Futbol
Bu gün, 18:12

Kristal Pelas baş məşqçisi Pyer Sajı cəmi 5 ay sonra azad etdi

Digər
Bu gün, 18:09

Azərbaycan karateçiləri Gənc və Uşaq İdmançılarından ibarət milliləri Tbilisidə "Tbilisi Open 2026" beynəlxalq turnirində mübarizə aparacaq;

Futbol
Bu gün, 18:02

Neftçi U-19-U-15 komandaları üçün antidopinq seminarı keçirildi

Futbol
Bu gün, 18:00

Bologna müdafiəçisi Xuan Miranda Juventusun radarına düşüb

Qarabağ FK
Bu gün, 17:56

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Yassin Benzia “Moludiya”nın transfer hədəfi

Futbol
Bu gün, 17:43

Barselona"nın 19 yaşlı futbolçusu Mark Bernal valideynlərini işdən azad etdi

Futbol
Bu gün, 17:40

Danimarkalı mütəxəssis Tomas Frank, Crystal Palace baş məşqçisi ola bilər

Boks
Bu gün, 17:39

Gülər Hüseynova: Yeniyetmələrin Olimpiya Oyunlarında qadın boksunda gümüş medal qazanaraq tarixi imza atdı

Futbol
Bu gün, 17:33

Arsenal yetirməsi Cek Talbotla ilk peşəkar müqavilə imzaladı

Futbol
Bu gün, 17:28

Füzuli Məmmədov milli fasilədə test oyunları və hazırlıq planlarını açıqladı

Futbol
Bu gün, 17:20

PSV, De Bruyne-ı qış transferində almaq istəyir

Futbol
Bu gün, 17:13

Kristal Pelas" baş məşqçisi Pyer Sajla yolları ayırdı

Futbol
Bu gün, 17:13

MOİK "Sumqayıt"la yoxlama oyunu keçirəcək

Cüdo
Bu gün, 17:05

İşitmə qabiliyyəti məhdud idmançılar arasında cüdo üzrə Avropa çempionatında Azərbaycan ikinci pillədə qərara gəldi

Gimnastika
Bu gün, 17:00

Gəncə Olimpiya İdman Kompleksində Açıq Bölgə Bədii Gimnastika Yarışı

Qarabağ FK
Bu gün, 17:00

"Qarabağ"ın zədəlilərindən Bəhlul Mustafazadə qayıtdı, Elvin Cəfərquliyev isə "Kəpəz"ə qarşı oyun iştiraka bilməyəcək

Futbol
Bu gün, 16:55

Aden Makkarti: Atasının kölgəsində qalmaqla motivasiya tapır

Futbol
Bu gün, 16:41

Kristal Palas baş məşqçisini istifa etdirdi

Futbol
Bu gün, 16:32

Materatsi, Xesus de Miquelin ölümündən sonra Zidanla yaşadığı hadisəni xatırladı

Güləş
Bu gün, 16:24

Kanada 2027 Dünya Hokkey Çempionatında Rusiya Komandasını Qəbul Etməyəcək

Futbol
Bu gün, 16:20

Kriştiano Ronaldo vəfat edən futbolçunun ailəsinə maddi yardım göstərdi

Futbol
Bu gün, 16:18

AFFA aşağı yaş qruplarında dörd komanda üçün texniki məğlubiyyətlər tətbiq etdi

Futbol
Bu gün, 16:03

Göyçayın Çərəkə komandası AFFA U-11 liqasından kənarlaşdırıldı

Oxşar xəbərlər