top
AMADA rəhbərliyi Tunisdə Antidopinqdə süni intellektin tətbiqi: İnnovasiya ilə məsuliyyət arasında mövzusunda təqdimatla çıxış edib Report.az
06 oktyabr 2025, 12:06
- ↺ +

AMADA rəhbərliyi Tunisdə "Antidopinqdə süni intellektin tətbiqi: İnnovasiya ilə məsuliyyət arasında" mövzusunda təqdimatla çıxış edib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbər heyəti Tunis Milli Antidopinq Agentliyinin (ANAD) təşəbbüsü ilə keçirilən "Antidopinqlə mübarizədə data elmlərinin rolu" mövzusunda IV beynəlxalq konfransda iştirak edib.

Bu barədə "Report"a AMADA-dan məlumat verilib.

Tədbir Afrika qitəsindən və digər bölgələrdən olan yüksək səviyyəli nümayəndələri bir araya gətirib. Konfransda milli antidopinq təşkilatlarının, idman dürüstlüyü bölmələrinin, hüquq-mühafizə orqanlarının, laboratoriyaların və beynəlxalq qurumların ekspertləri iştirak ediblər. Mühazirəçilər Avropa, Şimali Afrika və Yaxın Şərqi təmsil edən geniş peşəkar və coğrafi spektri əhatə edərək, təhqiqatyönümlü və data əsaslı antidopinq fəaliyyətlərinin qloballaşan xarakterini ön plana çəkiblər.

AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə və İcraçı direktorun müavini Rüfət Efendiyev konfransda "Antidopinqdə süni intellektin tətbiqi: İnnovasiya ilə məsuliyyət arasında" adlı birgə təqdimatla çıxış ediblər. Onların çıxışında süni intellekt alətləri vasitəsilə dopinqin aşkarlanması, analitik fəaliyyətlər və test strategiyalarının təkmilləşdirilməsi imkanları araşdırılıb. Bununla yanaşı, məxfiliyin qorunması, ədalətli idman anlayışı və hüquqi prosedurların təmin olunması kimi fundamental prinsiplərə sadiqlik vurğulanıb. Təqdimatda, həmçinin gender bərabərliyinin inklüziv və gələcəyə yönəlmiş antidopinq idarəçiliyi üçün mühüm əhəmiyyət daşıdığı xüsusi qeyd olunub.

Digər çıxışçılar isə məxfi məlumatların idarə olunması, kriminalistik təhlillər, qurumlararası əməkdaşlıq, məlumatların birləşdirilməsi metodologiyaları, eləcə də antidopinq orqanları ilə hüquq-mühafizə strukturları arasında əlaqələrin gücləndirilməsi kimi mövzulara toxunublar.

Konfrans süni intellektə marağın, etik təminatların və inklüzivliyin qlobal antidopinq hərəkatında artmaqda olduğunu bir daha göstərib. Tunis isə bu sahədə dialoq və innovasiya üçün regional mərkəz kimi öz mövqeyini möhkəmləndirib. Müzakirələr çərçivəsində tədbir iştirakçılarının çıxışları idmanda təmizliyin yalnız dopinqin aşkarlanması ilə deyil, həm ədalət, etibar və həm də idmançıların, habelə institutların uzunmüddətli dürüstlüyü ilə bağlı olduğuna dair ortaq mövqeyi əks etdirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 03:45

2027-ci ildə "Dakar" rallisi Səudiyyə Ərəbistanından başqa ölkəyə köçürüləcək

Futbol
Bu gün, 03:22

Flik Barselona komandasının Real Madrid qarşısındakı 1-2 məğlubiyyəti haqqında şərh etdi

Futbol
Bu gün, 03:05

Mourinyo Real Madrid-in Barcelona qarşısındakı qələbəsindən sonra VAR-ı sərt tənqid etdi

Futbol
Bu gün, 02:48

Arturo Vidal “Juventus”a məşqçi kimi qayıdacağını açıqladı

Futbol
Bu gün, 01:48

“Çelsi”də futbolçunun zədəsi barədə məlumat sızması müzakirə edilir

Futbol
Bu gün, 01:25

Leonel Xayme rəqibinə kömək edərək ağladı, komanda yoldaşları və azarkeşlər tərəfindən tənqid edildi

Futbol
Bu gün, 01:04

Roma yıldızının yaralanmasından müsbət xəbər

Futbol
Bu gün, 00:49

Real Madrid və Barselona futbolçuları üçün El-Klasiko xüsusi butslar hazırlanıb

Digər
Bu gün, 00:32

Baku Flames Batumi'de Batumi Sharks'a 13-4 üstünlük qazandı

Futbol
Bu gün, 00:18

Fiorentina müdafiəçisi Dodo-nun gələcək transferi barədə açıqlama

Qarabağ FK
Bu gün, 00:05

Canni İnfantino və Arsenal məşqçisi Arsen Venger ‘Sabah – Qarabağ’ matçı izləyiblər

Futbol
Dünən, 23:52

“Qalatasaray”ın yeni transferləri “Fənərbağça” derbisində debutə hazırlaşır

Qarabağ FK
Dünən, 23:30

"Qarabağ" Sabaha qonaq gələrək çempionu müəyyən edəcək: Həsi Fotolar

Futbol
Dünən, 23:30

Real Madrid TV “El-klasiko” öncəsi La Liqa hakimlərini təəssübkeşliklə ittiham edib

Tennis
Dünən, 23:24

Çində Ninqbo WTA 500-də Yelena Rıbakina Şampiyonluğunu Qoruyub

Güləş
Dünən, 23:05

Eldəniz Əzizli: Beşinci Dünya Çempionu Olarkən Himni Səslənəndə Gözümdən Yağış Çəkdi

Futbol
Dünən, 23:05

Qari Nevill Manchester United-un uğursuz performansına tənqid etdi

Futbol
Dünən, 22:51

Qavi: Mourinyo və Flikin oyun yanaşmalarını bəyəndiyini açıqladı

Qarabağ FK
Dünən, 22:50

Qurban Qurbanov: “Maraqlı oyun, temp sonadək yüksək səviyyədə idi”

Futbol
Dünən, 22:28

Renat Dadaşovun komandası 0-0 ilə başa çatdı

Futbol
Dünən, 22:13

Toral Bayramovun Bursaspor komandası 4:2 qalib gəldi

Futbol
Dünən, 21:59

İmişli, Şamaxını 2:1 hesabına məğlub etdi - Video icmalı

Qarabağ FK
Dünən, 21:59

Kadi Borges: “Sabah” komandası son bir ildə gördüyüm ən yaxşı komandalar arasındadır

Güləş
Dünən, 21:35

Sənan Süleymanov 15 illik gözləntini bitirdi: Azərbaycan olimpiya çəkisində qızıl medal qazanır

Oxşar xəbərlər