top
Zelim Kotsoyev Qvadalaxara Qran-prisindəki qələbəsi və rəqibi Reyes haqqında danışdı Sport24.az
21 oktyabr 2025, 12:40
- ↺ +

Zelim Kotsoyev Qvadalaxara Qran-prisindəki qələbəsi və rəqibi Reyes haqqında danışdı

Cüdoçumuz Zelim Kotsoyev (100 kq) Meksikanın Qvadalaxara şəhərində keçirilmiş Qran-pri turnirinin final görüşündə komanda yoldaşı Hidayət Heydərovun dəstəyini hiss etdiyini bildirib. Sport24.az xəbər verir ki, olimpiya çempionu bu barədə Beynəlxalq Cüdo Federasiyasının mətbuat xidmətinə müsahibəsində bildirib:

 

"Bizim ölkədə çox yaxşı məşqçilər var, hər kəs bizim üçün çox çalışır. Biz də qalib gəlməliyik. Ümid edirəm ki, dünya çempionatı və Olimpiya Oyunlarında da ən yaxşı nəticələri qazanacağıq. Hidayəti təbrik edirəm. O, mənim yaxın dostumdur. Birlikdə məşq edirik. O güləşəndə mən onu dəstəkləyirəm, o da məni dəstəklədi. Finalda onun səsini eşidirdim. Onun üçün çox sevindim".

 

Qran-pridə "qızıl" qazanan Kotsoyev özünü yaxşı hiss etdiyini söyləyib:

 

"Yarış günü mənim üçün çox çətin idi. Fiziki durumum yüz faiz deyil, amma çox xoşbəxtəm. Finalda qalib gəldiyim Reyeslə bir neçə dəfə qarşılaşmışam. O, çox güclü cüdoçudur. Sol əli, demək olar ki, beton kimidir (gülür). Bilirdim ki, onun sol əlini "öldürməliyəm", yəni nəzarət altına almalıyam. Çox motivasiyalı idim. Qol tutuşunu aldığım anda düşündüm: "Ya indi, ya heç vaxt". Və icra etdiyim fənd dərhal işə yaradı. Döyüşdən sonra ona zarafatla dedim: "Niyə yatırsan, biz indi başlamışdıq axı?" O da öz ideal formasında deyildi".

 

Daha öncə Perunun paytaxtı Limada gerçəkləşən Qran-pridə beşinci yeri tutan cüdoçu həmin yarışın çox çətin keçdiyini vurğulayıb:

 

"Peru mənim üçün çox çətin idi – həm uyğunlaşmaq, həm də çəki salmaq baxımından. Özümü yaxşı hiss etmirdim. Amma bu dəfə artıq bir müddətdir Meksikadayam və özümü xeyli yaxşı hiss edirəm. Çətin gün idi, amma çox xoşbəxtəm. Peruya nisbətən hər şey daha yaxşı idi".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 08:24

Venesiya marafonunda 124 ölkədən 24,000 iştirakçı

Futbol
Bu gün, 08:20

Şamaxıda Araz-Naxçıvan – Qəbələ qarşılaşması

Futbol
Bu gün, 08:00

Qitələrarası Kubokun final mərhələsinə Qətər ev sahibliyi edəcək

Futbol
Bu gün, 07:31

Manchester Uniteddə paltardəyişmə otağında Karrik və Kunya arasında gərgin mübahisə

Digər
Bu gün, 06:15

Lamin Yamal “Qızıl top” mərasiminə xüsusi təyyarə ilə gedəcək

Futbol
Bu gün, 05:17

Kanselu: Tribunada hər kəs ekspertdir, təzyiqə necə cavab verəcəyini göstər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Güləş
Dünən, 22:32

Azərbaycan Güləş Federasiyası Qazaxıstan İdman Universitetində əməkdaşlıq görüşü keçirdi

Futbol
Dünən, 22:31

Mövlən Paşayev “Şamaxı” Futbol Klubunun Strateji Müşaviri Təyin Olundu

Futbol
Dünən, 22:24

Hans-Diter Flikin El-Klasikoda Havi Espartı əsas heyətdə çəkdiyi gözləntisi

Futbol
Dünən, 22:20

Sabah Arena’da Masazır tribunası yaradılacaq

Oxşar xəbərlər