top
Zelim Kotsoyev: Qran-pri finalında Hidayət Heydərovun dəstəyi və beton kimi əl haqqında Idman.biz
21 oktyabr 2025, 12:27
- +

Zelim Kotsoyev: Qran-pri finalında Hidayət Heydərovun dəstəyi və beton kimi əl haqqında

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Meksikanın Qvadalaxara şəhərində keçirilmiş Qran-pri turnirinin final görüşündə komanda yoldaşı Hidayət Heydərovun dəstəyini hiss edib.

İdman.Biz xəbər verir ki, olimpiya çempionu bu barədə "Judo TV"yə açıqlamasında deyib.

O, Azərbaycan təmsilçilərinin sözügedən turnirdə 6 qızıl medal qazandığını xatırladıb: "Bizim ölkədə çox yaxşı məşqçilər var, hər kəs bizim üçün çox çalışır. Biz də qalib gəlməliyik. Ümid edirəm ki, dünya çempionatı və Olimpiya Oyunlarında da ən yaxşı nəticələri qazanacağıq. Hidayəti təbrik edirəm. O, mənim yaxın dostumdur. Birlikdə məşq edirik. O güləşəndə mən onu dəstəkləyirəm, o da məni dəstəklədi. Finalda onun səsini eşidirdim. Onun üçün çox sevindim".

Meksikada qızıl mükafata sahib çıxan Kotsoyev özünü yaxşı hiss etdiyini söyləyib: "Yarış günü mənim üçün çox çətin idi. Fiziki durumum yüz faiz deyil, amma çox xoşbəxtəm. Finalda qalib gəldiyim Reyeslə bir neçə dəfə qarşılaşmışam. O, çox güclü cüdoçudur. Sol əli, demək olar ki, beton kimidir (gülür). Mən bilirdim ki, onun sol əlini "öldürməliyəm", yəni nəzarət altına almalıyam. Çox motivasiyalı idim. Qol tutuşunu aldığım anda düşündüm: "Ya indi, ya heç vaxt". Və icra etdiyim fənd dərhal işə yaradı. Döyüşdən sonra ona zarafatla dedim: "Niyə yatırsan, biz indi başlamışdıq axı?" O da öz ideal formasında deyildi".

Daha öncə Perunun paytaxtı Limada gerçəkləşən Qran-pridə beşinci yeri tutan cüdoçu həmin yarışın çox çətin keçdiyini vurğulayıb: "Peru mənim üçün çox çətin idi – həm uyğunlaşmaq, həm də çəki salmaq baxımından. Özümü yaxşı hiss etmirdim. Amma bu dəfə artıq bir müddətdir Meksikadayam və özümü xeyli yaxşı hiss edirəm. Çətin gün idi, amma çox xoşbəxtəm. Peruya nisbətən hər şey daha yaxşı idi".

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 22:35

AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni mətbuat katibi və digər əməkdaşlar təyin olundu

Futbol
Dünən, 21:31

Mikloško, Çex və Çexoslovakiya millisinin keçmiş qapıçısı, 64 yaşında vəfat edib

Futbol
Dünən, 20:58

David Domgjoni-nun Kəpəzdəki debutu: Hər şey yaxşı alındı

Qarabağ FK
Dünən, 18:50

Azərbaycan – Tacikistan dostluq matçının hakim heyəti kimlərdən ibarətdir?

Futbol
Dünən, 15:40

Karvan‑Yevlax, “Zirə”nin hücumçusunu icarəyə götürdü

Futbol
Dünən, 12:55

“Kəpəz” komandası “Qəbələ” matçında pirotexnika istifadəsi üçün 5 000 manat cərimə aldı

Qarabağ FK
Dünən, 10:50

"Neftçi" Premyer Liqanın ilk 5 oyununda 17 qol ilə XXI əsrin rekordunu qırdı

Futbol
Dünən, 05:44

Premyer Liqa nəhəngləri Fulham‑un 19‑yaşlı ulduzu Coş King ilə maraqlanır

Gimnastika
Dünən, 02:14

Mədinə Mustafayeva və Vladimir Dolmatov dünya gimnastika çempionatında gümüş medal qazandılar

Futbol
Dünən, 00:36

"Traktor" Asiya Çempionlar Liqasının Elit mərhələsində 0:1 məğlubiyyətlə başladı

Basketbol
14 sentyabr 2026, 23:54

Erhan Toker: “Matçdan razı qaldıq, amma nəticədən narazıyıq”

Futbol
14 sentyabr 2026, 23:37

Zaur Haşımov: “Sabah”a 0:3 məğlubiyyətdə də layiqincə mübarizə apardıq

Futbol
14 sentyabr 2026, 23:06

Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir

Güləş
14 sentyabr 2026, 22:30

Optimist və ILCA4 siniflərində Yelkən İdmanı Açıq Azərbaycan Çempionatı sona çatdı

Futbol
14 sentyabr 2026, 22:05

Azərbaycan U19 qadın milli komandası Moldova ilə 2-2 bərabərlikdə nəticələndi

Güləş
14 sentyabr 2026, 21:38

Azərbaycan çimərlik güləşi millisi Dünya Seriyası finalına hazırlaşır

Basketbol
14 sentyabr 2026, 21:26

LANDAU Lions, Latviya çempionu VEF Rīga qarşısında məğlub oldu

Futbol
14 sentyabr 2026, 21:15

Barselona 2027-ci ildə Erling Haalandı komandaya cəlb etməyi planlaşdırır

Futbol
14 sentyabr 2026, 19:55

“Neftçi” klubunun Elvin Camalovla müqaviləsi qarşılıqlı razılıqla xitam verildi

Qarabağ FK
14 sentyabr 2026, 19:40

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro millisinə dəvət alıb, Ermənistanla oyunlarda çıxış edəcək

Minifutbol
14 sentyabr 2026, 19:28

Araz‑Naxçıvanın Futzal Çempionlar Liqası matçları Polşanın Qlivitse şəhərindəki PreZero Arena’da keçiriləcək

Minifutbol
14 sentyabr 2026, 17:43

Araz‑Naxçıvan futzal klubu transfer siyasətini dəyişir

Qarabağ FK
14 sentyabr 2026, 17:19

“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia “Turan Tovuz”a keçməyib

Futbol
14 sentyabr 2026, 16:28

“Neftçi” Emil Səfərovla “2+1” illik müqaviləni uzatdı - FOTO

Oxşar xəbərlər