top
Yeniyetmələrdən ibarət cüdo yığmasının məşqçisi Yaponiyada beynəlxalq seminarı uğurla bitirib Idman.biz
06 noyabr 2025, 15:03
- ↺ +

Yeniyetmələrdən ibarət cüdo yığmasının məşqçisi Yaponiyada beynəlxalq seminarı uğurla bitirib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşəbbüsü ilə yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov Yaponiyada keçirilən beynəlxalq məşqçilik seminarını uğurla tamamlayıb.

İdman.Biz ACF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, "JUDOs" İctimai Birliyinin təşkilatçılığı ilə bir ay davam edən proqram Tokiodakı Kodokan cüdo mərkəzində və Tokay Universitetində baş tutub.

Seminar həm nəzəri, həm də praktiki modulları əhatə edib və iştirakçılara cüdo təlim metodologiyası, eləcə də yapon cüdo ənənələri üzrə biliklərini dərinləşdirmək imkanı yaradıb. Kodokan mərhələsində əsas diqqət nage-no-kata üzrə təlimlərə yönəlib.

Tokay Universitetində dərslər 8-ci dan sahibi Mitsumoto Kendjinin rəhbərliyi altında keçirilib. Olimpiya çempionu, 7-ci dan sahibi Kosei İnoue və Braziliya millisinin keçmiş baş məşqçisi Yuko Fuji də proqramda iştirak edərək əlavə dərslər aparıblar.

Təlimin əsas mövzularına yeni başlayanlar üçün təhlükəsiz cüdo qaydaları, məşq prosesinin düzgün təşkili, idman masajı üsulları, bandajlama texnikaları və fiziki hazırlıq daxil olub. Proqram çərçivəsində həmçinin Yaponiyanın mədəni-tarixi məkanlarına – cüdonun banisi Ciqoro Kanonun məzarı, Hiroşima Sülh Memorialı və Yaponiya Olimpiya Muzeyinə ziyarətlər təşkil edilib.

Seminarın sonunda Elnur İsmayılov beynəlxalq sertifikatla təltif edilib. O, Yaponiyada əldə etdiyi bilik və təcrübəni ölkəmizdə tətbiq etməklə, cüdonun inkişafına və yeni nəsil cüdoçuların yetişdirilməsinə töhfə verəcək.

Qeyd edək ki, daha əvvəl bu proqramı dünya mükafatçısı və Avropa çempionu Orxan Səfərov, eləcə də məşqçi Asiman Allahverdiyev də uğurla bitiriblər.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Bu gün, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Bu gün, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Bu gün, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Bu gün, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Güləş
Bu gün, 21:54

Elgün Kərimli Dakar-2026 Yay Olimpiya Oyunları çimərlik güləşində qızıl medal qazandı;

Futbol
Bu gün, 21:29

Şəmkir 1-0 Ağstafa Gəncləri – Qasımovun qolu qələbə gətirdi

Futbol
Bu gün, 20:37

"Bayer" Bundesliqanın 9-cu turunda "Köln"ü səfərdə 2:1 hesabı ilə məğlub edərək 5-ci yeri tutub

Futbol
Bu gün, 20:32

Dambrauskas: 2:2 nəticə çətin, külək bəhanə deyil

Cüdo
Bu gün, 20:25

U-14 yeniyetmələr arasında Bakı şəhər cüdo birinciliyi yekunlaşdırıldı

Futbol
Bu gün, 20:23

Liqa 1: Lill Renn'i məğlub edərək cədvəldə ikinci yerə yüksəldi

Futbol
Bu gün, 20:03

Liverpool Premier Liqada Crystal Palace-ı məğlub edərək dördüncüyə yüksəldi

Futbol
Bu gün, 20:00

Azər Bağırov: Qış dönəmində bir oyunçuyla güclənməyə çalışacağıq

Futbol
Bu gün, 19:55

Dünyanın Ən Məşhur Futbolçuları və Onların Gözəl Sevgililəri

Futbol
Bu gün, 19:50

İmişli – Sumqayıt matçının video icmalı (0:0)

Digər
Bu gün, 19:33

Azərbaycan karateçiləri Batumidə 7 medal qazandı

Qarabağ FK
Bu gün, 19:10

“Qarabağ”ın 8 futbolçusu gənc milli komandalara cəlb olunub

Futbol
Bu gün, 18:59

La Liqa: "Betis" səfərdə "Elçe"ni 2:0 hesabı ilə məğlub edərək 4-cü yerə yüksəlib

Futbol
Bu gün, 18:57

Fənərxaçanın müdafiəçisi Mert Mürdür "Atalanta"ya keçid danışıqlarını aparır

Qarabağ FK
Bu gün, 18:50

Zəfər Günü münasibətilə xalqımızı təbrik edirik!

Qarabağ FK
Bu gün, 18:50

4 futbolçumuz Azərbaycanın U-20 millisinə çağırılıb

Basketbol
Bu gün, 18:48

"Naxçıvan" basketbol komandasının baş məşqçisi: "Bəzi mövqelərdə oyunçu çatışmazlığı yaşayırıq, heyəti tam formalaşdırmaq üçün zamana ehtiyac var"

Futbol
Bu gün, 18:29

İmişli məşqçisi 0:0 nəticəsindən məmnun, futbolçuların çıxışından razıyam

Futbol
Bu gün, 18:22

Ervins Perkons: 0-0 Oyun Həqiqi Ədalətli İştirak, Zədələnmələr Qüvvəni Azaldır

Oxşar xəbərlər