15–16 iyul tarixlərində U-14 və U-17 yeniyetmələr arasında Aran-Mil-Muğan bölgəsi üzrə region birincilikləri keçiriləcək.
İdman.Biz bildirir ki, Mingəçevir Olimpiya İdman Kompleksində keçiriləcək yarışlarda ümumilikdə 200 cüdoçu mübarizə aparacaq.
Turnirlərin keçirilməsində əsas məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.
U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.