top
Veteran cüdoçu Elçin Məmmədov Avropa çempionatında bürünc medalqazandı: Azərbaycan bayrağını ucaltmaq qürur verir Idman.biz
Bu gün, 17:15
- ↺ +

Veteran cüdoçu Elçin Məmmədov Avropa çempionatında bürünc medalqazandı: "Azərbaycan bayrağını ucaltmaq qürur verir"

"Yarış çox gözəl keçdi, eyni zamanda da bir qədər çətin alındı. Çünki bu dəfə güclü idmançılar qatılmışdı. Maraqlı oldu, ona görə ki, turnir yaxşı təşkil olunmuşdu. Bu, mənim Avropa çempionatlarında əldə etdiyim ikinci bürünc medaldır".

Bu sözləri Portuqaliyanın Portiman şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanan Azərbaycanın veteran cüdoçusu Elçin Məmmədov (100 kiloqram) deyib.

M2 kateqoriyasında çıxış edən idmançının sözlərinə görə, onun üçün hər bir turnirdə əsas məqsəd qızıl medal qazanmaqdır.

"Düzdür, bu, hər bir idmançının məqsədidir. Biz də bu hədəfə doğru hazırlaşmışdıq. Amma qismət belə oldu. Buna da şükürlər olsun. Ən azından əliboş qayıtmırıq. Azərbaycanımızın bayrağını qaldırmışıq. İdmançı üçün ən əsası, ölkəsinin bayrağını yüksəltməkdir. Bu, insana qürur verən hissdir", - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

Görüşlərin gərgin keçdiyini deyən veteran cüdoçu gürcüstanlı idmançıların gücünü xüsusi vurğulayıb:

"Bu dəfə ən güclü rəqiblərdən biri, deyərdim ki, gürcü idmançılar idi. Onlardan birinə qalib gəldim, finala çıxmaq uğrunda görüşdə isə yenə gürcü idmançısına məğlub oldum. Amma ruhdan düşmədim. Bürünc medal uğrunda görüşdə bütün gücümü ortaya qoyub güləşdim. Şükürlər olsun ki, mükafat qazana bildim".

E.Məmmədov 12-ci dəfə Avropa çempionu olan digər veteran cüdoçu Fərhad Məmmədovun nailiyyətlərini yüksək qiymətləndirib:

"O, bu rekordu niderlandlı idmançı ilə bölüşür. Fərhad müəllimin nəticəsinə çatmaq bir az çətin olar. Fikrimcə, onun kimi bir insanın Azərbaycanda belə bir nailiyyət əldə etməsi nadir hadisədir. Amma gələcəyi bilmək olmaz. Hər şey ola bilər".

Komandanın ümumi çıxışını da dəyərləndirən idmançı medal qazanmaq üçün məqsədyönlü hazırlaşmağın vacib olduğunu bildirib:

"Medal qazanmaq üçün yaxşı hazırlaşmaq, yarışa məqsədli şəkildə gəlib mübarizə aparmaq lazımdır. İdmançılarımız arasında elələri var ki, əvvəllər yaxşı nəticələr əldə ediblər, amma bu dəfə alınmadı. Belə hallar olur. Ümidvaram ki, onlar da gələcəkdə bu yarışı bir sınaq və özləri üçün yaxşı dərs kimi qiymətləndirib, çatışmazlıqlarını aradan qaldırarlar".

Qeyd edək ki, Azərbaycan millisi turniri 4 medalla başa vurub. Elçin Məmmədovla yanaşı, Fərhad Rəcəbli (M8, 90 kiloqram) qızıl, Elşən Kərimov (M4, 60 kiloqram) və Babək Hacıyev (M5, 60 kiloqram) isə gümüş medal qazanıblar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 18:10

Boksçu Mayk Tayson Türkiyənin 'Tuzlu Kahve' serialında qonaq aktyor kimi çıxacaq

Futbol
Bu gün, 18:00

Kəpəz klubunun rəsmi fan-şopu “1959 Store” açıldı

Qarabağ FK
Bu gün, 17:45

Bruno Lanqa: ‘Sabah’la Əldə Edilən Xalın Dəyərini Yüksək Sayırıq

Cüdo
Bu gün, 17:41

Abşeron OİK-də U-17 ne-vaza üzrə ACF Kuboku yekunlaşıb

Futbol
Bu gün, 17:40

"Qayrat"ın baş məşqçisi Rafael Urazbaxtin çempionluq şansını itirdikdən sonra vəzifədən istefa verib

Minifutbol
Bu gün, 17:38

«Araz-Naxçıvan»ın prezidenti: «Komandamız Avropada futzalın bir markasıdır və Çempionlar Liqasında qalib gəlməyi hədəfə götürürük»

Cüdo
Bu gün, 17:33

Azərbaycan cüdo millisi Əbu-Dabidə keçiriləcək Böyük Dəbilqə turnirində 11 idmançı ilə səhnədə olacaq

Futbol
Bu gün, 17:31

Arsenal, Hull City-nin əlcəzairli oyunçusu Beşir Belluminin transferini diqqətli şəkildə izləyir

Qarabağ FK
Bu gün, 17:24

“Qarabağ”ın qapıçısı Martin Zlomisliç Bosniya və Herseqovina millisinə dəvət aldı

Futbol
Bu gün, 17:23

Barselonanın futbolçusu Xavi Espart Bakıda Sabaha qarşı UEFA Çempionlar Liqası oyununda iştirak etməyəcək

Futbol
Bu gün, 17:20

Dieqo Lopes "Bernli"nin yeni idman direktoru təyin edildi

Futbol
Bu gün, 17:13

Arsenalın müdafiəçisi Gabriel Magalhães Premier Liqada 200-cü oyununu qeyd etdi

Qarabağ FK
Bu gün, 17:00

Elmar Baxşıyev: “Sabah – Qarabağ oyunu müvəqqəti: hər iki komanda müdafiəyə prioritet verdi”

Futbol
Bu gün, 16:40

Jermeyn Pennant: 50 tikişlə ayağı yaralandı

Voleybol
Bu gün, 16:39

Çempionlar Liqası: “Turan” - “Mladost” cavab oyunu 29 oktyabrda baş tutacaq

Cüdo
Bu gün, 16:35

Veteran cüdoçusu Fərhad Rəcəbli: 12-ci dəfə Avropanın ən güclüsü olduğum üçün qürurluyam

Futbol
Bu gün, 16:24

Messi 2026 Qızıl Top təqdimat mərasiminə qatılmayacaq

Futbol
Bu gün, 16:20

Lokomotiv futbolçularının da olduğu Moskva qatarına dron hücumu

Digər
Bu gün, 16:08

Birbank “7 gözəl gün” kampaniyası: bonus, 3 aylıq taksit imkanı və 70%-ə qədər endirim

Qarabağ FK
Bu gün, 16:00

“Sabah” çempionluq uğrunda favoritdir: 68 faiz şansla liderlik qoruyur

Futbol
Bu gün, 15:59

Modriç İbrahimoviçinin A Seriyasındakı rekordunu qırdı

Futbol
Bu gün, 15:57

“Qızıl top”un 70 illik mükafatı: Keyn favorit, Messi rekord üçün namizəddir - London mərasiminin icmalları

Futbol
Bu gün, 15:41

Napoli və Barcelona, İsveçli futbolçu Berghvall üçün transfer istəyir

Oxşar xəbərlər