top
Uşangi Kokauri: Gürcü cüdoçularına güzəşt edirəm sualı məni özümdən çıxardı! Idman.biz
21 oktyabr 2025, 11:42
- ↺ +

Uşangi Kokauri: "Gürcü cüdoçularına güzəşt edirəm" sualı məni özümdən çıxardı!

Meksikanın Qvadalaxara şəhərində başa çatan cüdo üzrə Qran-pri turnirində Azərbaycan cüdoçusu Uşangi Kokaurinin (+100 kq) qələbəsi yarışın ən böyük və xoş sürprizlərindən biri oldu.

Bu uğur gürcü əsilli idmançının karyerasında ilk belə titul olub. İndiyədək onun ən böyük nailiyyəti 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının gümüş medalı idi.

İdman.Biz təxminən on ildir cüdo üzrə Azərbaycan millisinin heyətində çıxış edən Uşangi​ Kokauri ilə həmsöhbət olub.

- Uşangi, 2018-ci ildəki dünya çempionatının gümüş medalından sonra uzun müddət qalib gələ bilmirdin. İndi isə ikiqat olimpiya çempionunu finalda məğlub edərək Qran-pridə birinci oldun. Səmimi de, finaldan əvvəl qələbəyə inanırdınmı? Qran-prini qazana biləcəyini nə vaxt hiss etdin?

- Açığı, bu mənim ilk Qran-pri qızılımdır və çox xoşbəxtəm. Bu anı çoxdan gözləyirdim - Qran-pridə, "Böyük Dəbilqə" və digər yarışlarda qalib gəlmək istəyirdim, amma indiyə qədər alınmırdı. Yəqin ki, tam hazır deyildim.

İndi vəziyyət tamamilə fərqlidir - həm məşqçilər, həm də federasiya mənə tam dəstək olur. Maksimum nəticə qazanmaq üçün hər şey edilir. Artıq bunun bəhrəsini görməyə başlamışıq və bu, məni çox sevindirir.

- Siz Krpalek kimi güclü rəqibləri məğlub edirsiniz, amma bəzən sizə nisbətən zəif cüdoçulara uduzursunuz. Bunun səbəbi nədir?

- Bəli, güclü rəqibləri məğlub edə bilirəm, amma bəzən zəiflərə uduzuram. Bunun əsas səbəbi əvvəl lazımi formada olmamağım idi - çoxsaylı zədələr buna mane olurdu. İndi isə formamı bərpa edirəm və hər şey yaxşı istiqamətdə gedir.

- Bu sual məni demək olar, 10 ildir düşündürür. Niyə tez-tez gürcü cüdoçularına uduzursunuz? Hətta deyirlər ki, gürcü olduqları üçün siz guya onlara bilərəkdən güzəşt edirsiniz...

- Mən deməzdim ki, daim gürcülərə uduzuram. Axı artıq 3-4 gürcü cüdoçusuna qalib gəlmişəm. Mən heç vaxt Gürcüstan komandasından olan zəif rəqiblərimə uduzmamışam! Bu baxımdan sual bir qədər düzgün deyil. Bəzən qələbəyə çox yaxın oluram, sadəcə alınmır. Bilirsiniz ki, mən zəif idmançı deyiləm, dünyanın ən güclü komandalarından birini təmsil edirəm. Üstəlik, tək mən yox, digər azərbaycanlı cüdoçular da bəzən gürcülərə uduzur. Yəni bu, sadəcə idmandır.

- Ölkəmizdə bu çəki dərəcəsində hələ də rəqibsizsiniz, yoxsa artıq sizə çətinlik yarada biləcək gənclər yetişir?

- Uzun müddət bu çəki dərəcəsində ciddi rəqabət yox idi, idmançı az idi. Halbuki, inkişaf üçün güclü rəqiblərin çoxluğu vacibdir. Əsas problem də bu idi. İndi isə çox güclü gənclər yetişir. Gələcəkdə onlar mütləq nəticə göstərəcəklər. Əminəm ki, bu çəki dərəcəsi Azərbaycanda çox uğurlu olacaq.

- Gələn il dünya çempionatı yenidən Bakıda keçiriləcək. Yarışa qədər çıxışınızı davam etdirməyi planlaşdırırsınızmı? Əgər belədirsə, hansı nəticəni hədəfləyirsiniz?

- Bəli, gələn il keçiriləcək dünya çempionatında iştirak etməyi planlaşdırıram. Məqsədim sadəcə orada olmaq yox, medal uğrunda mübarizə aparmaqdır. Allahın köməyi ilə hər şeyin yaxşı alınacağına inanıram.

Məşqçilər və federasiya ilə birlikdə ən yüksək nəticə üçün əlimizdən gələni edəcəyik. Onların dəstəyi bizə əlavə motivasiya verir. Rəqabətin artması isə yalnız müsbət haldır - bu bizi daha da güclü edir.

- Siz uzun illərdir Azərbaycanı təmsil edirsiniz, elə Zelim Kotsoyev kimi. Amma o, artıq müsahibələrini Azərbaycan dilində verir. Bəs siz nə vaxt belə edəcəksiniz?

- Heç kim məndən Azərbaycan dilində müsahibə istəməyib. Dəqiq deyə bilmərəm, bu nə vaxt baş verəcək, amma Azərbaycan dilində cavab verməyi bacarıram.

Vüqar Vüqarlı

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:15

Napoli 20 milyon avroluq müdafiəçi üçün marağını yenidən qaldırdı

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Oxşar xəbərlər