Azərbaycan Cüdo Federasiyasında hesabat-seçki konfransı keçirilib.
İdman.Biz-in əldə etdiyi məlumata görə, konfrans "Four Seasons" hotelində mediaya qapalı baş tutub.
Seçkilərin nəticəsinə görə, federasiyanın prezidenti yenidən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev seçilib.
İclasda İcraiyyə Komitəsinin heyətində də dəyişiklik edilib. Belə ki, Ağayar Axundzadənin yerinə olimpiya mükafatçısı Mövlud Mirəliyev İcraiyyə Komitəsinin üzvü seçilib.
Vüqar Vüqarlı