top
Nazim Sadıxov Tbilisidə azərbaycanlı idmançılarla görüşüb, gəncləri ruhlandırıb - FOTO Idman.biz
05 iyul 2025, 10:32
- +

Nazim Sadıxov Tbilisidə azərbaycanlı idmançılarla görüşüb, gəncləri ruhlandırıb - FOTO

İyunun 23-də Bakıda keçirilmiş "UFC Fight Night" turnirində rəqibini nokautla məğlub edərək çempion titulunu qazanan Nazim Sadıxov Gürcüstanın paytaxtı Tbilisidə azərbaycanlı və gürcü idmançılarla görüş keçirib.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, görüş yeddiqat dünya və üçqat Avropa çempionu olan idmançı Alim Nəbiyevin təşəbbüsü ilə baş tutub.

Alim Nəbiyev bildirib ki, əsas məqsəd gənclərin idmana marağını daha da artırmaq, onları yarışlara və qələbəyə ruhlandırmaq, ən əsası onlara dəstək olmaqdır. İdmançı tədbir çərçivəsində gənclərlə səmimi söhbət aparıb, onların suallarını cavablandırıb və şəxsi təcrübəsini bölüşüb.

Nazim Sadıxov deyib ki, Tbilisiyə ilk dəfədir ki, gəlir. Səfərin məqsədi gənclərə motivasiya vermək, gənclərin idmana, qələbəyə inamını artırmaqdır: "Bu gün Gürcüstanda yaşayan azərbaycanlılar arasında dünya və Avropa çempionu, eləcə də digər beynəlxalq turnirlərdə qələbə qazanmış idmançılar var. Yeniyetmə və gənclər arasında da idmana marağı olan soydaşlarımız çoxdur. Məqsədimiz onları daha da ruhlandırmaq, gələcək qələbələrə həvəsləndirməkdir."

O, Gürcüstanda yaşayan yeniyetmə və gənclərin idmana olan marağını yüksək qiymətləndirib.

Görüş çərçivəsində birgəməşq təlimi də təşkil olunub, fərqlənən gənc idmançılara dəbilqə və digər idman aksesuarları hədiyyə olunub.

Görüşdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov qeyd edib ki, bu cür görüşlər gənc idmançılar üçün böyük arenalarda uğur qazanmaq baxımından mühüm əhəmiyyət kəsb edir. O, idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki, Nazim Sadıxov hazırda UFC-də çıxış edən ilk azərbaycanlı döyüşçülərdən biridir və beynəlxalq arenada uğurla çıxış edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:55

Kriştianu Ronaldu evləndikdən sonra saçına rəng qoyub

Boks
Bu gün, 01:37

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Futbol
Bu gün, 01:20

Çelsi Martin Subimendini transfer etməyə maraqlanır

Futbol
Bu gün, 00:46

Ərəb ölkələrinin futbol federasiyaları İnfantinoya dəstək veriblər

Futbol
Bu gün, 00:27

Beşiktaş UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib

Qarabağ FK
Bu gün, 00:14

Elvin Cəfərquliyev: “3-4 ay asfaltda məşq etmişəm”

Futbol
Dünən, 23:55

"Srvena Zvezda" yeni baş məşqçisi təyin olunub

Futbol
Dünən, 23:40

Mahir Emrelinin klubu Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib

Qarabağ FK
Dünən, 22:56

Qarabağ Konfrans Liqasında „Tvente“ ilə qarşılaşır

Qarabağ FK
Dünən, 22:49

Qurban Qurbanov: „Bakıda "Dinamo Kiyev"ə azarkeşlik edənlər çoxdur"

Qarabağ FK
Dünən, 22:34

İqor Kostyuk: „Bəxtimiz gətirmədi, fürsətlərdən istifadə edə bilmədik”

Futbol
Dünən, 22:19

Zion Suzukinin “Yuventus”a transferi

Futbol
Dünən, 21:40

Tomas Zanetti “İnter” ilə peşəkar müqavilə imzalayıb

Futbol
Dünən, 21:26

Abdul Uattara “İpsviç”ə keçəcək

Futbol
Dünən, 21:25

Abdul Uattara “İpsviç”ə keçir

Futbol
Dünən, 21:23

Abdul Uattara “İpsviç”ə keçir

Futbol
Dünən, 21:07

„Sumqayıt“ futbolcusu Ronaldo Vaskezlə müqavilənin müddətini uzadıb

Futbol
Dünən, 20:49

İrlandiya Futbol Assosiasiyası İnfantinonun namizədliyini dəstəkləməkdən imtina edib

Basketbol
Dünən, 20:32

Tahir Baxşıyev NTD ilə müqaviləsini uzadıb

Boks
Dünən, 20:15

İslam Mahaçev Konor Makqreqorla boks döyüşünə hazırdır

Formula 1
Dünən, 19:57

Maks Ferstappenə “Red Bull” tərəfindən 5 illik müqavilə təklifi

Futbol
Dünən, 19:24

Barselona Alvaresə alternativ olaraq Tresoldini nəzərdən keçirir

Futbol
Dünən, 19:07

La Liqanın 1-ci turunda “Selta” ilə “Osasuna”nın oyunu təxirə salınıb

Futbol
Dünən, 18:50

AFFA tərəfindən "Futbolda istedadların aşkarlanması" mövzusunda vebinar keçirilib

Oxşar xəbərlər