"İkinci hissədə biz təşəbbüsü ələ keçirdik".
Bu sözləri "Dinamo Kiyev"in baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının üçüncü təsnifat mərələsinin Bakıda "Qarabağ"la keçirilən oyunundan sonrakı mətbuat konfransında İdman.Biz-in reallaşdırılmayan qol fürsətlərinin oyunun nəticəsinə təsiri barədə sualına cavab verərkən deyib.
"İkinci hissədə üç real qol imkanımız var idi. Lakin bizim ola bilsin bəxtimiz gətirmədi və fürsətlərdən istifadə edə bilmədik", - Kostyuk bildirib.
Oyun 2:0 hesabı ilə ağdamlıların xeyrinə başa çatıb və "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.
Polşada keçirilən ilk matç 1:0 hesabı ilə kiyevlilərin xeyrinə başa çatmışdı.