Polşanın "Rakuv" klubu Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda İsveçin "Hammarbü" klubunu 1:0 hesabı ilə məğlub edib. İlk oyun 0:0 başa çatmışdı.
İdman.Biz xəbər verir ki, millimizin hücumçusu Mahir Emreli qarşılaşmaya start heyətində başlayıb. O, 67-ci dəqiqədə sarı vərəqə alıb, komandasının hesabı açmasından sonra isə 73-cü dəqiqədə əvəzlənib.
Beləliklə, "Rakuv" iki oyunun nəticəsinə görə 1:0 hesabı ilə qalib gələrək Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.