"Gərgin stresli oyun idi, amma futbolçularımız oyunun içində idilər".
İdman.Biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Kiyev "Dinamo"suna qarşı keçirilən matçdan sonra mətbuat konfransında deyib.
"Azarkeşlərimizə təşəkkür edirik, meydanda birlik var idi. Bakıda "Dinamo Kiyev"ə azarleşlik edənlər çoxdur, onlara da uğurlar arzu edirəm", - Qurbanov bildirib.
Oyun 2:0 hesabı ilə ağdamlıların xeyrinə başa çatıb və "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.
Polşada keçirilən ilk matç 1:0 hesabı ilə kiyevlilərin xeyrinə başa çatmışdı.