top
Millimizin sabiq üzvü Almaniyada paracüdo məşqçisidir Sport24.az
25 mart 2025, 17:40
- ↺ +

Millimizin sabiq üzvü Almaniyada paracüdo məşqçisidir

Cüdo üzrə Azərbaycan millisində karyerasını başa vuran Səid Mollayi yeni işə başlayıb. Sport24.az xəbər verir ki, 2018-ci il dünya çempionu və 2020-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı hazırda paralimpiyaçılar arasında Dünya kubokunun keçirildiyi Tbilisidədir.

 

Mollayi Beynəlxalq Gözdən Əlillər İdman Federasiyası (IBSA) və Beynəlxalq Cüdo Federasiyasının (IJF) birgə işçi komitəsinə yeni qoşulub.

 

O, IJF saytına müsahibəsində yeni məqsədləri, ambisiyaları və beynəlxalq cüdo ailəsinə vermək istədiyi və verə biləcəyi tögvə barədə danışıb: "Burada IJF əməkdaşı kimi cüdo ailəmlə və həmçinin IBSA ilə birlikdəyəm. Burada olmaqdan çox məmnunam. Ümumiyyətlə isə, Almaniyada yaşayıram və cüdoda çalışıram. Cüdo mənim həyatımdır. İşləməkdən, xüsusilə gənclərlə çalışmaqdan zövq alıram. Onlara bildiklərimi öyrətmək xoşuma gəlir və onlar da öyrənmək istəyirlər. Gənclərlə işləmək mənə rahatdır, cüdoda çalışdığıma görə də xoşbəxtəm".

 

Mollayi paralel olaraq IJF Akademiyasına da baş çəkir: "Hər gün işləyirəm və praktiki dərslərə başlamazdan əvvəl hər həftə imtahanım olur. Çox maraqlıdır və mən çox şey öyrənirəm. Çox xoşuma gəlir".

 

O, əlavə edib ki, paralimpiya sahəsində də işləmək təcrübəsi var: "Paracüdo ilə əlaqəm uzun illərdir. Vaxtilə Almaniyanın IBSA komandası ilə çalışmışam, lakin bu daimi iş deyildi. Yalnız kömək etmək üçün orada idim. Tbilisi - IBSA/IJF birgə işçi komitəsinin yeni üzvü kimi ilk rəsmi tədbirimdir. Paracüdonu növbəti səviyyəyə necə çıxara biləcəyimizi görmək üçün IBSA ilə çalışmağı səbirsizliklə gözləyirəm.
Ümumiyyətlə, söhbət cüdodan gedir və ən vacibi də budur. IJF və IBSA arasında çoxlu oxşarlıqlar var. Bəzi fərqlər də var, lakin bizdə cüdo kimi ortaq dil var və mənim IBSA ailəsinə gətirmək istədiyim də budur. Hazırda öyrənmək, kəşf etmək, anlamaq üçün buradayam. Bu ilk addımdır. İnanıram ki, bildiklərimi və bu idman növündəki həyatımda yaşadıqlarımı aşılaya biləcəyəm".

 

Mollayi yeni işində özünü çox xoş hiss etdiyini də vurğulayıb: "Bu, cüdonun sehridir: eyni dildə danışırıq. İnanıram ki, növbəti illərdə biz paracüdonu daha yüksək səviyyəyə qaldıra biləcəyik.
İndi təcrübə qazansam, təşkilatlarımız arasında körpü yaratmaq üçün əlimdən gələni edəcəyəm. Gürcüstanda olanları gördüm, paralimpiya və dünya medalçıları çox idi. Belə yüksək səviyyəni görmək çox xoşdur. Son illər paracüdonun keyfiyyəti artıq xeyli yaxşılaşıb. İnkişafa davam etmək lazımdır və mən də buna öz töhfəmi verməkdən məmnun olaram. Həmçinin demək istəyirəm ki, bu illər ərzində mənə dəstək olan cüdo ailəsinə həmişə minnətdar olacağam".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:45

Fənərbağçanın yeni baş məşqçi axtarışı: Aykut Kocaman və digər namizədlər gündəmdə

Voleybol
Bu gün, 10:25

Murov Az Terminal vs Gənclər: Super Liqa ikinci turu bu gün

Futbol
Bu gün, 10:20

Afrika Millətləri Kuboku 2027-ci ildə yenidən iki ildə bir keçiriləcək

Futbol
Bu gün, 10:14

Salahın oxşarı Trabzonsporda çıxdı

Futbol
Bu gün, 10:13

PSJ və Qalatasaray bugünkü səfər oyunlarına çıxır

Basketbol
Bu gün, 10:12

Azərbaycan Basketbol Liqasında V turun ilk oyunu bugün başlayacaq

Futbol
Bu gün, 10:06

İnter və Milan yeni Generali Stadionunu təqdim etdi – San-Siro söküləcək

Qarabağ FK
Bu gün, 10:00

Qarabağ, Braziliyalı Futbolçu Qustafo Assunção'ya təklif edir – Qalatasaray'da da oynayıb

Futbol
Bu gün, 09:50

2026 Dünya Çempionatı Qətərin 5x Gəlirindən Çox Gəlir Topladı

Futbol
Bu gün, 09:40

Harri Keyn: Cəngavər titulunun verilə biləcəyi barədə şərh edib

Minifutbol
Bu gün, 09:35

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının V qrupunda Polşanın Piast komandası ilə son oyunu oynayacaq

Cüdo
Bu gün, 09:28

Hidayət Heydərov və iki Azərbaycanlı cüdoçu 'Böyük Dəbilqə' turnirində mübarizəyə başlayır;

Futbol
Bu gün, 09:20

Trent Alexander-Arnold Liverpoolə qayıda bilər

Futbol
Bu gün, 09:08

Luis Enrike, Barcelona‑dan Gavi‑ni PSJ‑ə gətirmək istəyir

Futbol
Bu gün, 08:40

FİFA 2026 Dünya Çempionatından rekord 5 milyard dollar gəlir əldə etdi

Futbol
Bu gün, 08:20

La Liqada Oktyabr ayının məşqçisi mükafatına namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:13

Mançester Yunayted məşqçisi Maykl Karrik Bruno Fernandeni kapitan olaraq saxlayacağını bildirdi

Futbol
Bu gün, 08:00

İnтер və Milan Generali Stadium layihəsini ictimaiyyətə təqdim etdi

Futbol
Bu gün, 07:16

Barcelona, PSG və İngiltərə nəhəngləri Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakov üçün rəqabət aparır

Futbol
Bu gün, 06:18

“Yuventus”da baş məşqçi vəzifəsi üçün Deşam namizədlər arasındadır

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Oxşar xəbərlər