top
İlham Zəkiyev şəxsi vəsaiti hesabına kitablarını çap etdirib və təcrübəsini bölüşür Report.az
11 iyul 2025, 13:45
- ↺ +

İlham Zəkiyev şəxsi vəsaiti hesabına kitablarını çap etdirib və təcrübəsini bölüşür

Azərbaycanın ikiqat paralimpiya çempionu İlham Zəkiyev müəllifi olduğu kitabları şəxsi vəsaiti hesabına çap etdirib.

Paracüdoçu bu barədə "Report"a açıqlamasında bildirib.

O, təcrübəsini bölüşməyin Azərbaycan idmanına faydalı olacağını düşünür:

"Hazırda Azərbaycan İdman Akademiyasının doktorantıyam. Artıq ikinci kursa keçmişəm. 6 dəfə Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmişəm. Afina və Pekindən qızıl, London, Tokio və Parisdən isə bürünc medal gətirmişəm. Üç dəfə dünya, səkkiz dəfə Avropa çempionu olmuşam. Düşünürəm ki, təcrübəmi bölüşsəm, gənc nəsil, Azərbaycan idmanı bundan faydalanacaq".

İdmançı kitabların cəmi 500 tirajda çap olunduğunu nəzərə çatdırıb:

"Kitabları şəxsi vəsaitim hesabına çap etdirmişəm. Cəmi 500 tirajda çap olunub və satışa çıxarılmayacaq. İdman məktəblərinə, federasiyalara paylanacaq. Həmçinin məşqçilər arasında sorğu keçirəcəyik. Burada təkcə cüdo olmayacaq. Digər idman növləri üzrə məşqçilər də fikirlərini bildirəcəklər. Sorğunun cavablarını növbəti elmi işlərdə istifadə edəcəyik".

O, daha bir kitab çap etdirmək planının olduğunu söyləyib:

"Yenə kitab hazırlamağı nəzərdə tutmuşuq. Formatı bir qədər geniş olacaq. Amma bu barədə açıqlama vermək istəmirəm, sirr kimi qalsın. İdmançı karyeramı bitirməmişəm. Sentyabrda keçiriləcək Avropa çempionatına hazırlaşıram. Zədələndiyimə görə tam gücümlə hazırlaşa bilmirdim. Mayda keçirilən dünya çempionatını buraxdım. Vaxtımı səmərəli keçirmək üçün elmi işlə məşğul oldum. Hazırda tam sağalmasam da, məşqləri davam etdirirəm. Elmi rəhbərim, professor Dilqəm Quliyevə, Azərbaycan İdman Akademiyasının rəhbərliyinə dəstəyə görə təşəkkür edirəm".

Qeyd edək ki, İ.Zəkiyevin müəllifi olduğu "Təlim-məşq toplanışlarının təşkili" adlı metodik vəsait və "Məşqçinin əxlaq kodeksi" adlı metodik göstəriş işıq üzü görüb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Dünən, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Dünən, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Dünən, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Dünən, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Dünən, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Dünən, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Futbol
Dünən, 21:13

Espanyolun Sabiq Həcumçusu Mişel Pineda 62 Yaşında Ölüm

Oxşar xəbərlər