Azərbaycan cüdoçusu Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanmasını şərh edib.
İdman.Biz xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı sosial şəbəkə hesabında paylaşım edərək Azərbaycanı beynəlxalq arenada təmsil etməkdən qürur duyduğunu bildirib.
"Medal kolleksiyama daha biri əlavə olundu! Əbu-Dabidə keçirilən IJF "Böyük Dəbilqə" turnirinin bürünc medalı! Ölkəmi beynəlxalq arenada təmsil etməkdən qürur duyuram!" - deyə Heydərov "Instagram" hesabında yazıb.