top
Emin İskəndərov: Avropa çempionatındakı səhvlərin üzərində çalışıb, EYOF və dünya çempionatına hazırlaşacağıq Idman.biz
01 iyul 2025, 15:05
- ↺ +

Emin İskəndərov: "Avropa çempionatındakı səhvlərin üzərində çalışıb, EYOF və dünya çempionatına hazırlaşacağıq"

"Avropa çempionatında qazandığımız uğuru Avropa Gənclər Olimpiya Festivalında da təkrarlamaq istəyirik".

İdman.biz xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında yeniyetmə oğlan cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Emin İskəndərov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatı ilə bağlı fikirlərini bölüşərkən deyib.

O, komandanın üç qızıl medalla oğlarlar arasında birinci yeri tutması ilə bağlı danışıb: "50, 55 və 60 kq çəki dərəcələrində idmançıların uğurlu çıxış edəcəyini gözləyirdik. Anar Quliyev, Rəsul Əlizadə və Zeyd Ələsgərovu çempionluğa namizəd görürdük. 55 kq-da güclü rəqibimiz də var idi. Rusiyalı Aleksey Taptıqin son dünya çempionudur. Qubada keçirilmiş Avropa kubokunda da qızıl medal əldə edib və finalda Rəsul Əlizadəyə qalib gəlmişdi. Amma bu dəfə yarımfinalda İtaliya təmsilçisinə uduzdu. Rəsul finalda rəqibinə qalib gələrək Avropa çempionu oldu".

E.İskəndərov 50 kq-da Anar Quliyevin komandada ən yaxşı güləşən cüdoçulardan biri olduğunu deyib: "O, Aleksey Toptıqinin kiçik qardaşı İlya Taptıqini məğlub etdi. Şansların bərabər olduğunu düşünürdük, amma Anar rəqibini üstələdi. 60 kq-da Zeyddən də qalibiyyət gözləyirdik. Digər çəkilərdəki idmançıların da ən azı bürünc mükafat əldə edəcəklərinə ümid edirdik. Çox təəssüf ki, birinci görüşdə texniki səhvlərinə görə uduzdular. Öndə olduqları qarşılaşmalarda texniki səhvə görə məğlub oldular. 81 və +90 kq-da əsas idmançılarımız yarışda iştirak edə bilmədilər. Amin Mehdiyevin (81 kq) ayağında yüngül zədə olduğu üçün onu turnirə aparmamaq qərarına gəldik. Ötən il Avropa ikincisi olan Sübhan Axundov (+90 kq) isə imtahanı ilə əlaqədar Avropa çempionatına gedə bilmədi. Həmin cüdoçuların iştirak etməməsi iki medaldan məhrum olmağımıza səbəb oldu".

Baş məşqçi iyulda eyni şəhərdə Avropa Gənclər Olimpiya Festivalında (EYOF) iştirak edəcəklərini xatırladıb: "Bu yarışda da yaxşı nəticələr qazanmaq şansımız yüksəkdir. Avqustun sonunda isə Bolqarıstandakı dünya çempionatına yollanacağıq. Avropa çempionatından sonra uşaqlara tapşırıqlarımızı verdik. Avropa çempionatının son olmadığını söylədik. Həmin nəticəni mundialda da təkrarlamaq lazımdır. Əlbəttə, çətindir. Çox gərgin görüşlər keçəcək. Amma hər şey hazırlıqdan asılıdır. Avropa çempionatındakı səhvlərin üzərində çalışacağıq".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında fərdi yarışları 3 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 6 medalla tamamlayıb. Yığmanın heyətində Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq), Zeyd Ələsgərov (60 kq) qızıl, Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) bürünc medal qazanıblar. Bu nəticə ilə millimiz medalların əyarına görə ümumi komanda hesabında ikinci, oğlanlar arasında isə birinci yeri tutub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
Bu gün, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
Bu gün, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
Bu gün, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
Bu gün, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
Bu gün, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Bu gün, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Bu gün, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
Dünən, 23:48

Yeton Bekiri: “Qəbələyə şikayət və ya ağlamağa gəlməmişəm, yalnız işləmək üçün buradayam”

Futbol
Dünən, 23:40

Flick erkən qolun “Barselona”nın 3:0 qələbəsindəki əhəmiyyətini vurğuladı

Futbol
Dünən, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
Dünən, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
Dünən, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Futbol
Dünən, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Cüdo
Dünən, 20:54

Uşanqi Kokaurinin Dünya Çempionatı Finalı Taktiki Səhvlərə Bağlıdır, Titullar Onun Psixologiyasına Təsir Etmir

Futbol
Dünən, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
Dünən, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
Dünən, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Dünən, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Dünən, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Dünən, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Dünən, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Dünən, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Dünən, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Oxşar xəbərlər