top
Emin İsgəndərov: Gənclərin çıxışı əladır, ən azı iki cüdoçu Olimpiadaya düşə bilər Idman.biz
07 oktyabr 2025, 11:07
- ↺ +

Emin İsgəndərov: Gənclərin çıxışı əladır, ən azı iki cüdoçu Olimpiadaya düşə bilər

III MDB Oyunlarında Azərbaycan cüdo yığması ölkəmizi təmsil edən digər komandalar müqayisədə ən yüksək nəticəni göstərib.

İdmançılarımız ümumilikdə altı qızıl, yeddi gümüş və doqquz bürünc medal qazanıblar.

Cüdo üzrə gənclərdən ibarət Azərbaycan yığmanın baş məşqçisi Emin İsgəndərov turnirlə bağlı təəssüratlarını İdman.biz-lə bölüşüb.

– Cüdo komandamız yaxşı çıxış etdi. Amma ölkə cüdosu tarixində ilk dəfədir ki, "zərif cins"in nümayəndələri oğlanlardan daha çox qızıl medal qazandı.

– Bəli, biz iki "qızıl" qazandıq, onlar isə üç (gülür). Üstəlik, Azərbaycan yığması qarışıq komanda yarışlarında da qızıl medal qazanıb ki, bu da MDB Oyunlarında azərbaycanlı cüdoçuların yüksək səviyyədə çıxış etdiyini bir daha göstərdi.

– Yəni bu turnirdə gənclərin çıxışını "əla" qiymətləndirərdiniz?

– Əlbəttə. Xüsusilə də heyətində üç dünya çempionu olan Özbəkistanla gərgin mübarizəni nəzərə almalıyıq. Rusiya cüdoçuları da çox güclü idilər.

– Gümüş medal qazanan beş idmançımız barədə soruşmaq istərdim. Sizcə, bu nəticə kimin üçün nailiyyət, kimin üçünsə əksinə, uğursuzluq hesab olunmalıdır?

– Əslində, kiminsə "qızılı" qaçırdığını deməzdim. Məsələn, iki finalda qaliblər öz aralarında müəyyənləşdi. 60 kiloqram çəki dərəcəsində Zeyd Ələskərov Rəyal Qayıbova qalib gəldi, 66 kq-da isə Fəxri Sahibzadə Hüseyn Hüseynovu məğlub etdi. Onlar güc baxımından bir-birinə çox yaxındır və nəticə əksinə də ola bilərdi.

– Mövcud heyətdən kimlərin 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadaya düşmək şansı var?

– Fikrimcə, ən azı iki nəfərin real imkanı var: 66 kiloqram çəki dərəcəsinə keçən Zeyd Ələsgərov və ağır çəkidə çıxış edən Sübhan Axundov. Amma bu, Olimpiadad yalnız onların təmsil oluna biləcəyi anlamına gəlmir. Zaman göstərəcək…

Vüqar Vüqarlı

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:10

Azər Bağırov: "İmişli"yə məğlubiyyətdə penalti qərarı təssüf doğurduq, amma dərin təhlil etməkdən çəkinirik

Qarabağ FK
Bu gün, 21:01

Dambrauskas: Çempionluq mübarizəsi ötən mövsümdən daha ağır olacaq

Qarabağ FK
Bu gün, 20:59

Dambrauskas: 0:0 nəticəni ədalətli hesab edir, futbolçuları Avropa transferlərinə sevinclidir

Cüdo
Bu gün, 20:55

Gənc cüdoçularımız Düşəbədə keçirilən Qran-pri turnirində 5 medal qazandı

Qarabağ FK
Bu gün, 20:48

Qurbanov: “Texniki səhvlərimiz çox, fiziki hazırlığı artırmalıyıq”

Futbol
Bu gün, 20:41

FIFA U-15 Dünya Çempionatında Azərbaycan millisi Avstraliyaya 1:3 hesabı ilə məğlub oldu

Futbol
Bu gün, 20:39

Hoffenheim 3-0 Bayer: Üç qol ilə Bundesligada qalib

Qarabağ FK
Bu gün, 20:34

Qurban Qurbanov: "Sabah"la 0:0 hesablı heç-heçə edən "Qarabağ"da texniki səhvlərə baxmayaraq mübarizədən qopmadıq"

Güləş
Bu gün, 20:27

Sənan Süleymanov: Bir ay əvvəl dünya çempionu olacağımı yazmışdım, indi qızıl medal qazanmışam

Futbol
Bu gün, 20:19

Monako, Lillə 1:1 tarazlıqda bitirdi

Qarabağ FK
Bu gün, 20:15

Sabah vs Qarabağ 0‑0: Mərkəzi oyunda bərabərlik

Futbol
Bu gün, 20:02

Premyer Liqa: Manchester United evində 0:3 məğlub oldu, Liverpool isə 2:0 qalib gəldi

Cüdo
Bu gün, 19:45

U-17 ne‑vaza ACF Kubokunun ilk günündə 198 cüdoçu yarışdı

Cüdo
Bu gün, 19:33

Azərbaycan millisi Düşənbədə Qran-Pri cüdo turnirində beş medal qazanıb

Cüdo
Bu gün, 19:27

U-17 cüdoçuların ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri ACF-də elan edildi

Futbol
Bu gün, 19:04

Atletik 4-0 Xetafe: La Liqada dörd qol

Futbol
Bu gün, 18:59

Konyaspor Gənclərbirliyi 2-0 məğlub etdi

Güləş
Bu gün, 18:40

Ukraynada təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibov bürünc medal uğrunda mübarizə aparacaq

Futbol
Bu gün, 18:13

Real Madrid El‑Klasiko öncəsi qapıçısı Kurtua qrip səbəbiylə oyun verməyəcək

Futbol
Bu gün, 18:05

Azər Bağırov: "Rəqib heç nə yaratmadı, qolları öz səhvlərimizdən buraxdıq"

Futbol
Bu gün, 17:52

İmişli baş məşqçisinin Şamaxı qarşısında riskli taktikası qələbəyə yol açdı

Güləş
Bu gün, 17:43

Eldəniz Əzizli 55 kiloqram çəki kateqoriyasında dünya çempionu oldu

Futbol
Bu gün, 17:42

İnter, 98-ci dəqiqə qoluyla Fiorentina’yı məğlub etdi

Futbol
Bu gün, 17:38

Perkons: 2:1 Qələbə Üç Xalın Nəzarətində

Oxşar xəbərlər