BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, mundialın dördüncü günündə 3 çəkidə mükafatçılar bəlli olacaq.
Kişilər 90 kq, qadınlar 70 kq və 78 kq çəkidə mübarizə aparacaq. Azərbaycan millisinin iki cüdoçusu tatamiyə çıxacaq.
Kişilər
90 kq
Elcan Hacıyev Eduard Trippellə (Almaniya) qarşılaşacaq.
Vüqar Talıbov startda Con Ceynlə (ABŞ) güləşib. Qələbə qazanan cüdoçumuz 1/16 finalda italiyalı Kristian Parlati ilə gücünü yoxlayacaq.
Qeyd edək ki, millimiz Abu-Dabidəki yarışın ilk üç günündə bir qızıl medal qazanıb. Hidayət Heydərov 73 kq çəkidə dünya çempionu olub.
İdman.biz