top
Azərbaycan millisi üçün tarixin ƏN UĞURLU NƏTİCƏSİ İdman.biz
03 sentyabr 2024, 14:00
- ↺ +

Azərbaycan millisi üçün tarixin ƏN UĞURLU NƏTİCƏSİ

Yeniyetmələr arasında dünya çempionatında Azərbaycanın cüdo üzrə milli yığması tarixinin ən uğurlu nəticələrindən birinə imza atıb.

İdman.biz xəbər verir ki, millimiz Peruda keçirilən dünya çempionatında 4 medal qazanmaqla buna nail olub.

Mundialda çıxış edən 7 idmançıdan Nihad Məmişov (-55 kq) və Cəsur İbadlı (-73 kq) bütün rəqiblərinə qalib gələrək qızıl, Məhəmmədəli Hüsiyev (-50 kq) və Mehdi Abbasov (-81 kq) isə bürünc medal əldə edib. Bununla da Azərbaycan ümumkomanda hesabında yalnız Yaponiyadan geri qalaraq 48 ölkə arasında 2-ci, yalnız oğlanların sıralamasında isə Yaponiya da daxil olmaqla, bütün ölkələri qabaqlayaraq 1-ci yeri tutub.

Çempionlarımızdan Nihad Məmişov ikinci dəfə Dünya çempionu olub. Çempionat ərzində keçirdiyi beş görüşün hamısında "ippon"la qalib gələn 17 yaşlı idmançımızla bağlı daha bir xüsusi qeyd ediləsi məqam onun bütün qələbələrini "ne-vaza" vəziyyətində qazanması olub. Məmişovun Peru paytaxtında göstərdiyi yüksək performans Beynəlxalq Cüdo Federasiyasının da diqqətindən yayınmayıb. BCF-in rəsmi sosial şəbəkə səhifəsində onunla bağlı edilmiş "ne-vaza-baijan" başlıqlı paylaşım maraqla qarşılanıb.

O cümlədən, digər çempionumuz Cəsur İbadlı yüksək əzmkarlıq və qətiyyətlə mübarizə aparıb və Azərbaycanın - 73 kq çəki dərəcəsində yeniyetmələr arasında ilk dünya çempionu kimi tarixə düşüb.

Digər əyarlı medalçılarımıza gəlincə, Məhəmmədəli Hüsiyev 15 yaşında dünya çempionatında bürünc medal qazanıb.

O, bu ilin iyun ayında Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Avropa çempionatında da fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Bunadək bir neçə Avropa kuboku turnirində yüksək yerlərlə diqqət çəkən Mehdi Abbasovun bürünc medalı da həmçinin, bir ilklə əlamətdardır. Belə ki, o, 81 kq çəki dərəcəsində dünya çempionatının mükafatını qazanan ilk azərbaycanlı yeniyetmə olub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Bu gün, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Bu gün, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Bu gün, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Bu gün, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Bu gün, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Bu gün, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Bu gün, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Futbol
Bu gün, 21:39

Martines, dünya çempionatının finalında məğlubiyyəti və zədə səbəblərini açıqladı

Futbol
Bu gün, 21:37

Kurban Berdiyev: "Sabah"a qarşı qalib gəldik, futbolçular özünü sübut etdi

Futbol
Bu gün, 21:26

Dirk Kuyt, “Fənərbaxça”nın müvəqqəti baş məşqçisi olacaq

Futbol
Bu gün, 21:16

Valdas Dambrauskas: "Sabah"ın "Turan Tovuz"a məğlubiyyətində məsuliyyəti mən daşıyıram

Futbol
Bu gün, 21:09

La Liqada yeni təcrübə: hakimlər matçdan sonra qərarları televiziya izah edəcəklər

Futbol
Bu gün, 20:57

Qəbələ-2, Sabah-2'yi 1-0 məğlub etdi

Digər
Bu gün, 20:44

Azərbaycan cüdoçusu qızıl medal qazandı

Futbol
Bu gün, 20:41

"Real Madrid"də Federiko Valverde "Rasinq Santander"lə oyunu buraxa bilər

Futbol
Bu gün, 20:28

Premyer Liqa: “Sabah” komandası Turan Tovuz qarşısında 3-2 hesablı məğlubiyyət aldı;

Futbol
Bu gün, 20:27

II Liqada 9-cu tur oyun təyinatları

Cüdo
Bu gün, 20:14

U-20 cüdo üzrə Abşeron‑Xızı birinciliyinin qalibləri açıqlanıb

Futbol
Bu gün, 19:59

Bruno Fernandes: Manchester Uniteddan ayrılma ehtimalı

Futbol
Bu gün, 19:58

Baş məşqçi deyil, bütün futbolçular da məsuliyyət daşıyır

Digər
Bu gün, 19:40

Azərbaycan bodibildinq komandası dünya çempionatında ilk bürünc medalı qazandı

Basketbol
Bu gün, 19:28

“Sabah” – “Trabzonspor” matçının biletləri satışa çıxdı

Futbol
Bu gün, 19:19

Bakıda FIFA U-15 Dünyə Çempionatı Finalında Pirin 3-0 İlə Qələbə Qazandı

Oxşar xəbərlər