Fidan Əlizadə (57 kq) Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub. Sport24.az xəbər verir ki, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Əlizadə Azərbaycanın aktivinə ikinci qızıl medalı yazıdırıb.
Qeyd edək ki, bundan öncə Könül Əliyeva (48 kq) qızıl medala sahib çıxıb.Nizami İmranov (60 kq) isə gümüş medalla kifayətlənib.