top
Cüdo Millisinin Baş Məşqçisindən Müsahibə: Səbir, Özündənrazılıq və Uğur Sirrləri Idman.biz
20 oktyabr 2025, 12:14
- ↺ +

Cüdo Millisinin Baş Məşqçisindən Müsahibə: Səbir, Özündənrazılıq və Uğur Sirrləri

Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-pri turnirində möhtəşəm nəticə göstəriblər. Yığmamız altı qızıl medal qazanaraq, ölkəmizin bu səviyyəli yarışlarda bütün dövrlər üzrə rekordunu yeniləyib.

Bu uğurda, şübhəsiz ki, komandamızın baş məşqçisi – alman mütəxəssis Rixard Trautmanın rolu böyükdür.

İdman.Biz oxucularına onunla eksklüziv müsahibəni təqdim edir:

– Bu il ərzində Balabəy Ağayevə bir neçə dəfə şans verilmişdi, amma o, gözlənilən nəticəni göstərə bilmirdi. İndi isə qalib gəldi. Bəs əgər bu dəfə də uğursuz olsaydı, yenə ona etimad göstərərdinizmi?

– Balabəy üçün bu il asan keçmədi, çünki zədələr onu çox yordu. Buna görə ilin əvvəlində formaya düşməkdə çətinlik çəkirdi. Ola bilsin, çoxları unudub, amma Balabəy bu ilin əvvəlində Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanmışdı. Təəssüf ki, həmin yarışda – qalib olduğu anda – zədələndi. O, bizim üçün çox dəyərli idmançıdır, buna görə də səbrlə gözlədik ki, tam sağalsın. Məhz bu səbəbdən onu dünya çempionatına aparmadıq.

Balabəy çox çalışqan, intizamlı idmançıdır. Biz onun potensialına və gücünə həmişə inanmışıq. Yaxşı məşqçi idmançısının vəziyyətini düzgün qiymətləndirib planı buna uyğun qurmalıdır. O da Meksikada göstərdi ki, zədəsini tam sağaldıb formaya düşəndə, qalib gəlmək onun üçün çətin deyil.

– Ümumiyyətlə, siz çox səbirli insana bənzəyirsiniz. Nə sizi səbrdən çıxara bilər?

– Bəli, səbirli adamam. Amma komandada kiminsə özündənrazı davranmasına dözə bilmirəm. Belə hallar əvvəllər olurdu, indi isə demək olar ki, tam aradan qalxıb. Bu da mənim iş metodumun nəticəsidir.

– Hidayət Heydərovun Perudakı çıxışı ilə Meksikadakı çıxışı tam fərqli idi, halbuki yarışlar arasında çox az vaxt keçmişdi. Bu fərqi nəyə bağlayırsınız? Artıq demək olarmı ki, Hidayətin uğursuz dövrü geridə qaldı?

– Olimpiya Oyunlarından sonra Hidayətə qısa bir istirahət verdik. Fasilədən sonra məşqlərə əvvəlki tempdə qayıtmaqda bir qədər çətinlik çəkdi. Açığı, formaya tam uyğunlaşmaq onun üçün asan olmadı. Dünya çempionatında orta səviyyəli bir rəqibə uduzduqdan sonra bu, onun özünəinamına zərbə vurdu. Amma eyni zamanda o məğlubiyyət onun üçün bir siqnal oldu – məşqlərə daha ciddi yanaşmağa və motivasiyasını bərpa etməyə başladı.

Olimpiadadan sonra yalnız bir yarışda çıxış etmişdi və orada da cəmi bir görüş keçirmişdi. Özünəinam tam bərpa olunmadığından, Peru Qran-prisində üslubca ona uyğun gəlməyən rəqiblə qarşılaşdı və potensialını tam göstərə bilmədi. Həmin məğlubiyyətdən sonra bir anlıq "bəlkə də əvvəlki gücümü itirmişəm" deyə düşündü.

Yarışdan sonra mən və Elnur Məmmədli onunla çox danışdıq. Ona izah etdik ki, problem nə formadadır, nə texnikada - məsələ sırf psixoloji idi. O da bunu başa düşdü və növbəti yarışa udmaq-uduzmaq fikrindən uzaq, sırf döyüş ruhunu ortaya qoymaq məqsədilə çıxdı.

Nəticədə biz tam başqa Hidayət gördük: diqqətini düzgün məqamlara yönəltdi, gücünü düzgün bölüşdürdü və yarışın qalibi oldu. Bu iki turnir sübut etdi ki, yüksək səviyyəli yarışlarda nəticəni müəyyən edən təkcə fiziki forma deyil, idmançının mental hazırlığıdır.

– Bu iki Qran-pri "Qrand Slam"lardan səviyyəcə daha aşağıdır. Niyə bu yarışlara ikinci heyətlə yox, əsas heyətlə qatıldınız? İslam Oyunları öncəsi bu qədər riskə getməyə dəyərdimi? Axı zədə riski də var...

– Əslində, zədə istənilən vaxt baş verə bilər - istər yarışda, istərsə də məşq zamanı. Cüdo elə bir idman növüdür ki, zədələrin çoxu məhz məşqlərdə yaranır. İslam Oyunlarının önəmini çox yaxşı bilirik, amma əsas hədəfimiz qarşıdakı dünya çempionatıdır.

Bu səbəbdən, idmançılara əlavə yarış təzyiqi yaratmadan, onları ciddi hazırlıq prosesində saxlamaq istədik. Eyni zamanda, məqsədimiz o idi ki, püşkatmalarda idmançılarımız hər çəki dərəcəsində ilk "səkkizlik"də yer alsın. Yeni ildə yarış məcburiyyətinə düşməmək və reytinq xallarını sabitləşdirmək üçün bu yarışlara qatılmaq qərarına gəldik. Strategiyamız öz nəticəsini verdi - bir çox çəki dərəcəsində bu addım idmançılar üçün çox faydalı oldu.

– Bir çox finallarda siz şəxsən cüdoçuları tatamiyə çıxarırsınız. Dil baryeri olsa da, adətən qalib gəlirsiniz. Bu necə alınır?

– Bizim sistemdə hər şey planlı şəkildə gedir. Yarışdan əvvəl müəyyən olunur ki, həmin gün hansı idmançı ilə hansı məşqçi işləyəcək. Bu qərar həm texniki heyətin, həm də idmançıların fikri nəzərə alınaraq verilir.

Mən idmançılarla demək olar, hər gün bir yerdəyəm, onların xarakterlərini, hansı şəraitdə özlərini rahat hiss etdiklərini yaxşı bilirəm. Buna görə də aramızda anlaşma problemi olmur. Əgər hansısa idmançı yarış gərginliyi zamanı Azərbaycan dilli məşqçi ilə ünsiyyət qurmaq istəyirsə, biz bunu anlayışla qarşılayırıq və o, yerli məşqçi ilə tatamiyə çıxır.

Sadəcə, bəzi yarışlarda məşqçilərin sayı məhdud olur. Məsələn, eyni vaxtda üç cüdoçumuz döyüşürsə, iki-üç məşqçi onların hamısına eyni anda çatmaya bilər. Buna görə bəzən mən bir neçə idmançıya eyni anda kömək etməli oluram.

Məsələn, Turan Bayramov, Hidayət Heydərov və Zelim Kotsoyev adətən mənim onlara sekundantlıq etməyimi istəyirlər. Balabəy Ağayev, Ruslan Paşayev, Murad Fətiyev kimi idmançılar isə yerli məşqçilərlə işləməyə üstünlük verirlər. Meksikadakı yarışda da belə idi - Balabəy Ağayev, Ruslan Paşayev və Vüsal Qələndərzadəyə Elçin İsmayılov sekundantlıq edirdi.

Vüqar Vüqarlı

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:15

Napoli 20 milyon avroluq müdafiəçi üçün marağını yenidən qaldırdı

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Oxşar xəbərlər