top
Cüdo məşqçiliyi üzrə sertifikatların təqdim olunması mərasimi keçirilib Sport24.az
15 avqust 2025, 19:28
- +

Cüdo məşqçiliyi üzrə sertifikatların təqdim olunması mərasimi keçirilib

Avqustun 15-də Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə proqramının iştirakçılarına sertifikatların təqdimolunma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr idarəsinin müdiri Anar Bağırov, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu və ACF prezidentinin müşaviri Natiq Bağırov iştirak edib.

 

Mərasimi giriş sözü ilə açan ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu göstərilən dəstəyə görə BCF prezidenti Marius Vizerə, BCF Akademiyasının rəhbərliyinə, eləcə də proqramın yerli dəstəkçiləri və ekspertlərinə təşəkkürünü bildirib. Təhsil sahəsində fəaliyyətin ACF-in ümumi strategiyasının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb və növbəti ildən etibarən daha çox beynəlxalq iştirakçıların qəbuluna şərait yaradılacağını qeyd edib. Yekunda Rəşad Rəsullu iştirakçılara sabahkı imtahanlarda uğurlar arzulayıb.

 

BCF Akademiyasının direktoru Envik Qalea məşqçilərin yaradılan imkanlardan maksimum yararlanaraq imtahanlardan uğurla keçəcəklərinə inamını ifadə edib. O, həmçinin iştirakçıların hamısının bu gün keçirilən kata imtahanını müvəffəqiyyətlə başa vurduğunu bildirib.

 

Yekunda proqrama qatılan məşqçilərə iştirakçı sertifikatları təqdim olunub.

 

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu ilə Gənclər və İdman Nazirliyinin dəstəyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə 5-ci dəfə baş tutan proqrama Azərbaycanla yanaşı, Gürcüstan və Özbəkistandan olmaqla ümumilikdə 48 məşqçi qatılıb. İndiyə qədər isə sözügedən proqrama 245 yerli məşqçi təhsil prosesinə cəlb edilib. Onlardan 168 nəfər isə imtahanları uğurla başa vuraraq beynəlxalq məşqçilik diplomunu əldə ediblər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:40

Fənərbağça futbolcusu Braziliyaya qayıdır

Qarabağ FK
Bu gün, 16:28

„Qarabağ“ - „Dinamo“ oyunundan əvvəl fan zona təşkil olunacaq

Futbol
Bu gün, 16:20

Qaradağ Lökbatan” Hüseyn Hüseynlini transfer edib

Voleybol
Bu gün, 16:04

“Ordu” klubu polşalı voleybolçu Mixal Kubyakı transfer edib

Futbol
Bu gün, 16:00

"Sabah"ın Çempionlar Liqasına Gedəcəyi Məlumdur?

Futbol
Bu gün, 15:40

Kaxa Kaladze Xviça Kvaratsxelianın "Qızıl top" şanslarını dəyərləndirdi

Futbol
Bu gün, 15:19

„Şəfa“ FK fransalı futbolçunu transfer edib

Güləş
Bu gün, 15:05

Sona Ağayeva Paralimpiya Oyunlarına lisenziya qazandı

Futbol
Bu gün, 14:54

Şəfa klubu Fransalı futbolçu Omar Abdulaye Diavı transfer edib

Futbol
Bu gün, 14:40

Nyukasl Kamerunlu Yarımmüdafiəçi ilə Marqlanır

Qarabağ FK
Bu gün, 14:39

“Qarabağ”- “Dinamo Kiyev” oyunundan əvvəl fan zona təşkil olunacaq

Güləş
Bu gün, 14:01

ABŞ qarışıq.estafetdə dünya rekordunu yenilədi

Futbol
Bu gün, 13:47

"Kəpəz" belçikalı futbolçu ilə müqavilə imzalayıb

Futbol
Bu gün, 13:39

Tijjani Reijnders „Əl-Qadisiyə“yə keçə bilər

Futbol
Bu gün, 13:20

Çelsitransfer yolları ayırmağa hazırlaşır

Futbol
Bu gün, 12:40

"Kəpəz" belçikalı futbolçu ilə müqavilə imzalayıb

Futbol
Bu gün, 12:20

Dinamo müdafiəçisini itirdi

Digər
Bu gün, 11:53

Azərbaycan triatlonçuları Avropa Kubokunda

Basketbol
Bu gün, 11:46

“Neftçi” basketbol komandası heyətini ABŞ-li hücumçu ilə gücləndirib

Futbol
Bu gün, 11:40

Messi atasının vəfatından sonra böyük sürprizlə meydana qayıdıb

Olimpiada
Bu gün, 11:26

İspaniyalı olimpiyaçı Günəş tutulması zamanı skeytbord tryuku edib

Qarabağ FK
Bu gün, 11:20

Aleksey Kaşukun “Polissya”ya keçidi niyə baş tutmayıb

Futbol
Bu gün, 11:00

Sabir Buqrin “Neftçi”yə qayıda bilər

Futbol
Bu gün, 10:40

İpsviç "Strasburq"dan iki futbolçu transfer edir

Oxşar xəbərlər