top
Cüdo Federasiyasının İcraiyyə Komitəsində görüş İdman.biz
02 sentyabr 2024, 04:29
- +

Cüdo Federasiyasının İcraiyyə Komitəsində görüş

Azərbaycan Cüdo Federasiyasının (ACF) İcraiyyə Komitəsinin məşqçi-müəllimlər ilə görüşü keçirilib.

İdman.biz xəbər verir ki, görüşdə ACF-in prezidenti Rəşad Nəbiyev, İcraiyyə Komitəsinin üzvləri və ölkənin müxtəlif regionlarından məşqçi-müəllimlər iştirak ediblər.

İclas zamanı ölkədə cüdo idman növünü inkişaf etdirilməsi və kütləviləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri və tövsiyələri dinlənilib.

ACF-in prezidenti Rəşad Nəbiyev çıxışında məşqçilərin həm Azərbaycanda cüdonun inkişafında, həm də beynəlxalq səviyyədə əldə olunan uğurlarda mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, cənab Prezident İlham Əliyevin idman siyasətinə uyğun olaraq, Federasiyanın əsas məqsədi təkcə medallar qazanmaq deyil, gələcək nəsillərin sağlam və layiqli vətəndaşlar kimi böyüməsinə dəstək göstərməkdir. ACF-in prezidenti məşqçilərin bu missiyadakı böyük məsuliyyətini vurğulayaraq deyib: "Məşqçilərimiz ölkəmiz üçün məsuliyyətli vətəndaşların yetişdirilməsinə öz töhfələrini verməlidirlər. Yaxşı məşqçi valideynlərin işini tamamlayır, övladlarımızın daha sağlam böyüməsinə və yaxşı tərbiyə almasına dəstək olur".

Bildirilib ki, əsas məqsədlərdən biri də qızların cüdoya cəlb edilməsidir. Bu istiqamətdə davam edən səylər artıq öz nəticələrini verir və bu istiqamətdə fəaliyyət davam etdiriləcək.

Görüş zamanı aparılan müzakirələr nəticəsində qeyd olunub ki, məşqçilərin peşəkar inkişafı üçün ACF tərəfindən təhsil fəaliyyətləri davamlı şəkildə təşkil ediləcək. Bundan əlavə, Federasiya cüdo zallarının maddi-texniki bazasının yaxşılaşdırılmasına dəstək verəcək. Cüdonun ölkə üzrə daha da kütləviləşdirilməsi üçün klubların sayının artırılması və cüdo bölmələri olmayan bölgələrdə yeni cüdo zallarının açılması istiqamətində fəaliyyət göstəriləcək.

Bundan əlavə, yüksək keyfiyyətli cüdo məşqlərinin təmin edilməsi və cüdo üzrə məşqçilikdə peşəkar standartların saxlanması məqsədilə 2025-ci ildən etibarən məşqçilər üçün sertifikatlaşdırma və lisenziyalaşdırma prosesinin həyata keçiriləcəyi, həmçinin müxtəlif yaş kateqoriyaları üçün hazırlanmış vahid tədris metodologiyasının inkişaf etdiriləcəyi vurğulanıb.

İclas zamanı irəli sürülən təkliflər Federasiyanın katibliyi tərəfindən müvafiq təhlillər aparıldıqdan sonra Federasiyanın iş proqramına əlavə olunacaq və planlı surətdə həyata keçiriləcək.

Sonda məşqçi-müəllimlərlə bu cür görüşlərin müntəzəm olaraq keçirilməsi qərara alınıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:17

Xabi Alonso Premyer Liqada ilk beş matçında hər birində iki qol buraxmaq rekordunu qırdı

Futbol
Bu gün, 01:03

Brentford, Çelsini 3-0 məğlub etdi – Qələbəsiz seriya 3 oyuna çatdı

Futbol
Bu gün, 00:33

Bayern'dən Union'a 7-0 dəhşətli qələbə: Olise hətt-rik, Kane dubl, tarixi rekord - VİDEO

Qarabağ FK
Dünən, 23:34

“Qarabağ” və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev ağır zədədən sonra tribunadan matç izləyir - VİDEO

Futbol
Dünən, 23:24

Qəbələdə Neftçi 3 qolla qalib gəldi - Video icmalı

Futbol
Dünən, 23:19

UEFA Infantino'ya Dünya Kuboku səhmlərinin satışı planına qarşı təzyiq artırır

Qarabağ FK
Dünən, 23:05

Qurban Qurbanov: “1:0 qələbə aldıq, lakin bəzi futbolçular uzun fasilədə istirahətə üstünlük verirlər”

Futbol
Dünən, 20:36

Azər Məmmədov: “Kəpəz” komandasının kubokun finalında çıxmasını çox istərdim – MÜSAHİBƏ

Futbol
Dünən, 18:59

Tomas Tuhel İngiltərə milli futbol heyətini açıqladı

Futbol
Dünən, 18:26

Gəncəbasar 2 oktyabrda Kəpəzlə təlim mərkəzində yoxlama oyunu keçirəcək

Futbol
Dünən, 18:12

Azərbaycan milli komandası üçün legionerlərin siyahısı açıqlandı: çağırılanlar və kənarda qalanlar

Futbol
Dünən, 15:04

AFFA və PFF rəhbərləri əməkdaşlıq perspektivləri üzrə geniş müzakirə aparıblar - FOTO

Futbol
Dünən, 14:31

Karvan‑Yevlax futbolçusu Ruslan Voronsovla yollarını ayırdı;

Şahmat
Dünən, 11:54

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan kişi və qadın yığmaları üçüncü turda İsveçrə və İsveçlə üz-üzə

Futbol
Dünən, 11:11

Libertadores Kubokunda yarımfinal cütləri açıqlanıb: Flamenqo‑Estudiantes, Palmeyras‑Fluminense qarşılaşacaq

Formula 1
Dünən, 10:05

Formula-1 Qran-prisi zamanı Bakıda yol hərəkəti cədvəli açıqlanıb

Futbol
Dünən, 10:00

“Sumqayıt”da zədəli vitse‑kapitan Roy Kehat komanda ilə məşqlərə qayıdır

Boks
Dünən, 09:48

Azərbaycanın iki boksçusu Avropa çempionatında qələbə qazandı

Qarabağ FK
Dünən, 09:10

Qarabağ – Şəfa: Misli Premyer Liqasının 6-cı turunun ilk oyun günü

Futbol
Dünən, 04:53

“Bavariya” “Benfika”nın mərkəz müdafiəçisi Tomas Arauxonu transfer etmək istəyir

Digər
Dünən, 03:31

İsveçin keçmiş dünya hokkey çempionu Hans Tvillinq 98 yaşında vəfat etdi

Futbol
Dünən, 01:02

Beşiktaş Avropa Liqası I turunda Marsel'i 4:1 hesabı ilə məğlub etdi

Futbol
17 sentyabr 2026, 23:54

“Qəbələ”nin yeni baş məşqçisi Yeton Beqiri təqdim edildi

Qarabağ FK
17 sentyabr 2026, 23:48

Misli Premyer Liqası VI turun hakim heyəti açıqlanıb

Oxşar xəbərlər