"Anahaym"ın baş məşqçisi Coel Kenvill NHL-in müntəzəm çempionatlarında 1000-ci qələbəsini qazanıb.
"Report" xəbər verir ki, 67 yaşlı mütəxəssisin yubiley qələbəsi "Edmonton" ilə oyuna (6:5) təsadüf edib.
Kenvill hazırda 1825 oyunda 1000 qələbə ilə ikinci pillədə qərarlaşıb. Siyahıya 2141 matçda 1244 qalibiyyət əldə edən Skotti Boumen başçılıq edir. Üçüncü sırada isə "Florida"nın baş məşqçisi Pol Moris yer alır – 1987 oyunda 945 qələbə.
Qeyd edək ki, Coel Kenvill daha əvvəl "Sent-Luis", "Kolorado", "Çikaqo" və "Florida" klublarında çalışıb.