top
Cavad Ağayevin Dünya Çempionatında uğursuzluğunun səbəbi: Dostunun ölümü - ÖZƏL + FOTO Idman.biz
30 oktyabr 2025, 16:12
- ↺ +

Cavad Ağayevin Dünya Çempionatında uğursuzluğunun səbəbi: Dostunun ölümü - ÖZƏL + FOTO

Artıq xəbər verdiyimiz kimi, Çin Xalq Respublikasının Usi şəhərində keçirilən dünya çempionatında çıxış edən Azərbaycan taekvondoçuları yarışlarını başa vurublar.

Komandamız aktivinə cəmi bir bürünc medal yazdırıb. Bu uğura 58 kq çəki dərəcəsində çıxış edən Qaşım Maqomedov imza atıb.

Yarışların son günündə yığmanın liderlərindən biri, 2022-ci ilin dünya çempionatının bürünc mükafatçısı Cavad Ağayev (74 kq) də medal qazanmaq üçün yaxşı şanslara malik idi. O, öz çəki dərəcəsinin favoritlərindən sayılırdı. Təəssüf ki, Cavad artıq ikinci döyüşündə məğlub olaraq medal mübarizəsini dayandırdı.

İdman.Biz-ə məlum olub ki, Cavad Ağayev ümumiyyətlə dayanqa çıxmaq istəmirmiş. Buna səbəb onun çox yaxın dostu olan 21 yaşlı taekvondoçu Adil Eyvazovun qəfil vəfatı xəbəri olub.

Fotoda Adil Eyvazov

İdmançımızın komandasında təmsil olunan nümayəndələrindən biri saytımıza açıqlamasında aşağıdakı sözləri deyib:

"Hamımız bu faciəvi xəbəri eşidəndə şok vəziyyətində idik - idmançılar, məşqçilər, amma ən çox Cavad. Çünki Eyvaz onun çox yaxın dostu idi! Biz əlimizdən gəldiyi qədər onu döyüşə kökləməyə çalışdıq, dedik ki, indi o, iki nəfər üçün - həm özü, həm də Eyvaz üçün qalib gəlməlidir... Amma o, əvvəlcə ümumiyyətlə dayanqa çıxmaqdan imtina edirdi, özümüz gördük ki, aldığı xəbərdən sonra tamam başqa bir vəziyyətdə idi. Bu xəbəri o, sözün əsl mənasında dayanqa çıxmazdan bir neçə dəqiqə əvvəl almışdı və özünü toplaya bilmirdi. Bu qədər qısa vaxtda heç kim bunu bacara bilməzdi. Əgər onun ehtiyatında heç olmasa bir gün vaxt olsaydı, biz tam fərqli bir Cavadı görərdik. O, bu dünya çempionatında qalib gəlməyi çox istəyirdi".

Vüqar Vüqarlı

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Dünən, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Dünən, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Dünən, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Dünən, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Oxşar xəbərlər