top
Camal Qamzatxanov Tbilisidə: Bürünc medal şansı və uğurlu çıxışlar - YENİLƏNİR + VİDEO Idman.biz
22 mart 2026, 14:20
- ↺ +

Camal Qamzatxanov Tbilisidə: Bürünc medal şansı və uğurlu çıxışlar - YENİLƏNİR + VİDEO

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqə turnirində Azərbaycanın ağır çəkili cüdoçusu Camal Qamzatxanov uğurlu çıxışını davam etdirir.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz təsəlliverici görüşdə Polşa idmançısı Yakub Sordil ilə üz-üzə gəlib. Görüşü üstünlüklə başa vuran Qamzatxanov rəqibini ipponla məğlub edərək bürünc medal qarşılaşmasında iştirak etmək hüququ qazanıb.

İndi cüdoçumuzu fəxri kürsünün üçüncü pilləsi uğrunda həlledici sınaq gözləyir. O, turnirin son günündə Azərbaycan komandasına medal qazandırmaq üçün tatamiyə çıxacaq. Onun rəqibi Niderland idmançısı Yur Spaykers olacaq.

13:40

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqə turnirində Azərbaycanın ağır çəkili cüdoçusu Camal Qamzatxanov 1/4 final görüşünü keçirib.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinala gedən yolda rusiyalı Artyom Zolotuxinlə qarşılaşıb. Gərgin keçən mübarizədə rəqibinə məğlub olan Qamzatxanov final şansını itirib.

Buna baxmayaraq, cüdoçumuz turnirdə mübarizəni dayandırmır. O, bürünc medal qazanmaq şansını qorumaq üçün təsəlliverici görüşə çıxacaq. Bu mərhələdə qalib gələcəyi təqdirdə, Camal üçüncü yer uğrunda həlledici qarşılaşmada iştirak etmək hüququ qazanacaq.

12:57

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycanın ağır çəkili təmsilçiləri 1/8 final görüşlərini keçiriblər.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan Camal Qamzatxanov turnirə uğurlu start verib. O, ilk görüşündə Qazaxıstan idmançısı Yelaman Yerqaliyevlə qarşılaşıb. Gərgin keçən mübarizənin qızıl xal (Golden Score) bölümündə rəqibinə yuko fəndi ilə qalib gələn Qamzatxanov 1/4 finala vəsiqə qazanıb.

Eyni çəki dərəcəsində çıxış edən digər cüdoçumuz Kənan Nəsibov isə 1/8 finalda məğlubiyyətlə üzləşib. Almaniyalı Losseni Kone ilə qarşılaşan təmsilçimiz qızıl xal bölümündə rəqibinə uduzaraq yarışla erkən vidalaşmalı olub.

12:26

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycanın ağır çəkili idmançılarının növbəti rəqibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan hər iki cüdoçumuz 1/8 final mərhələsində ciddi rəqiblərlə qarşılaşacaqlar.

Kənan Nəsibov Almaniyadan olan Losseni Kone, Camal Qamzatxanov isə Qazaxıstan təmsilçisi Yelaman Yerqaliyevlə qarşılaşacaq.

Hər iki idmançımız bir nömrəli tatamidə mübarizə aparacaq. Kənan Nəsibovun görüşü proqram üzrə 21-ci, Camal Qamzatxanovun döyüşü isə 24-cü sırada yer alıb.

12:10

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin son günündə Azərbaycanın qadın idmançısı tatamiyə çıxıb.

İdman.Biz xəbər verir ki, +78 kq çəki dərəcəsində mübarizə aparan Madina Kaisinova yarışa 1/8 final mərhələsindən başlayıb. O, bu mərhələdə İtaliya təmsilçisi Erika Simonetti ilə qarşılaşıb.

Gərgin keçən görüşün əsas vaxtında qalib müəyyənləşmədiyi üçün qızıl xal (Golden Score) bölümünə ehtiyac duyulub. Bu hissədə rəqibinə məğlub olan Kaisinova turnirdə çıxışını başa vurub.

09:35

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri başa çatır. Yarışın son günündə Azərbaycan millisinin daha üç üzvü medallar uğrunda qüvvəsini sınayacaq.

İdman.Biz xəbər verir ki, bu gün həm kişilər, həm də qadınlar arasında ağır çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Kişilərin mübarizəsində +100 kq çəki dərəcəsində iki idmançımız 1/8 finaldan mərhələyə başlayacaq. Camal Qamzatxanov Saba Kardava (Gürcüstan) - Losseni Kone (Almaniya) cütünün qalibi ilə, Kənan Nəsibov isə Yelaman Yerqaliyev (Qazaxıstan) - Gela Zaalişvili (Gürcüstan) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Qadınların yarışında isə +78 kq çəkidə çıxış edən Madina Kaisinova start götürəcək. O, 1/8 final mərhələsində İtaliya təmsilçisi Erika Simonetti ilə qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:29

“Beşiktaş” və “Trabzonspor”un oyunlarına hakim təyinatları açıqlanıb

Digər
Bu gün, 18:24

“Bavariya”nın baş məşqçisi “Arsenal”la oyun öncəsi xəstələndi

Digər
Bu gün, 18:11

“Əl-Nəsr” borca görə satışa çıxarılır: Ronaldo klubun ortağı olacaq

Qarabağ FK
Bu gün, 18:10

AFFA İntizam Komitəsinin iclası keçirilib

Futbol
Bu gün, 18:00

FIFA Araz-Naxçıvan futbolçusuna 154k USD ödəniş qərarı

Digər
Bu gün, 17:39

NBA-da 81-ci mövsüm başlayır: favoritlər kimlərdir və çempion necə müəyyənləşəcək? - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 17:28

Şahin Diniyev “Sabah” - “Borussiya” oyunu barədə proqnoz verdi

Digər
Bu gün, 17:20

Millinin mövqeyi dəyişmədi

Digər
Bu gün, 17:12

"Liverpul" səs-küylü qış transferinə hazırlaşır

Digər
Bu gün, 17:01

Naxçıvan stadionu təmirə bağlanır? - KLUBDAN AÇIQLAMA

Futbol
Bu gün, 17:00

Mauro İkardi Qalatasaray'dan ayrıldı, Beşiktaş və İngiltərə klubları maraqlanır

Futbol
Bu gün, 16:53

Mourinyonun etirazından sonra El‑Klasiko üçün hakim dəyişdirildi, yeni hakim hələ açıqlanmayıb

Digər
Bu gün, 16:40

Son dəqiqələrin qəhrəmanı: Tellur Mütəllimovun hekayəsi - VİDEO

Digər
Bu gün, 16:34

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Qarabağ FK
Bu gün, 16:26

Xəyal etdi, inandı, qazandı - “Sürətlə Yeni Mövsümə” lotereyasının “Changan Q07” qalibi danışdı - VİDEO

Digər
Bu gün, 16:24

“Kəpəz” Birinci Liqanın bombardirini transfer etmək istəyir

Futbol
Bu gün, 16:20

İnтер "Flamenqo"nun hücumçusunu transfer etmək istəyir

Futbol
Bu gün, 16:12

Coy-Lens Mikels: “Almaniyada alınmadı” – Dortmund klubuna dair açıqlamalar

Futbol
Bu gün, 15:50

Borussiya futbolçuları Bakıda futbol-tennis oynadı

Digər
Bu gün, 15:42

“Ronaldu komandanı da, məni də yarı yolda qoydu”: Ten Haq “Mançester Yunayted”in sirlərini açıqladı

Digər
Bu gün, 15:40

Ruslar özbəkləri seçdi

Qarabağ FK
Bu gün, 15:27

“Qarabağ”ın sabiq futbolçusu: “Sabah”dan uğurlu nəticə gözləyirik”

Digər
Bu gün, 15:11

Voleybol üzrə Azərbaycan çempionu “Turan” “Mladost”a qarşı: Tovuz klubu Avropada sözünü deyə biləcəkmi? - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 15:00

Luis Enrike: Barcelona dünyanın ən yaxşı komandalarındandır, ideal komanda yoxdur

Oxşar xəbərlər