Qazaxıstanın Astana şəhərində keçirilən cüdo üzrə "Böyük dəbilqə" turniri davam edir.
İdman.biz xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin 4 cüdoçusu mübarizə aparır.
73 kq
Vüsal Qələndərzadə yarışa Arun Kumar (Hindistan) üzərində qələbə ilə başlayıb. Cüdoçumuz ardınca Giorgi Çilelidzeni də məğlub edərək, 1/8 finala yüksəlib. O, bu mərhələdə Daniyar Şamşayevlə (Qazaxıstan) üz-üzə gələcək.
Rəşid Məmmədəliyev yarışa ikinci mərhələdən başlayıb. O, Manuel Parlatti (İtaliya) və məğlubiyyətə üzülüb.
81 kq
Ömər Rəcəbli ilk görüşündə Nase Herkoviçlə (Sloveniya) bacarmayıb.
Məhərrəm İmamverdiyev startda Aurilyen Bonferoniyə (İsveçrə) uduzub.
Qeyd edək ki, yarışın ilk günündən sonra yığmamızın hesabında bir bürünc medal var. Kamran Süleymanov 66 kq çəkidə 3-cü olub.
İdman.biz