top
“Bir dəfə peşəkarlar arasında üçüncü olmuşam, niyə veteranlar arasında birinci olmayım?” - Mövlud Mirəliyevin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ Idman.biz
03 noyabr 2025, 12:55
- ↺ +

“Bir dəfə peşəkarlar arasında üçüncü olmuşam, niyə veteranlar arasında birinci olmayım?” - Mövlud Mirəliyevin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Sabah Fransanın paytaxtı Parisdə start götürəcək veteran cüdoçular arasında dünya çempionatında tanınmış adlar da mübarizə aparacaq. Onlardan biri də Azərbaycan yığmasının heyətində yarışa qatılacaq olimpiya və dünya çempionatlarının bürünc mükafatçısı Mövlud Mirəliyevdir.

İdman.Biz xəbər verir ki, hazırda Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin sədri, polis polkovniki olan 51 yaşlı cüdoçu bu dəfə də öz sevimli - 100 kq çəki dərəcəsində tatamiyə çıxacaq.

Təcrübəli idmançı yarış öncəsi saytımıza müsahibə verib:

Peşəkar karyerasını bitirdikdən sonra bu qədər illər keçməsinə baxmayaraq, o, necə formadadır və Parisdə qarşısına hansı məqsədi qoyub? Qısa söhbətimizə də bu suallardan başladıq:

- Hə, indi mən məmur olsam da, bu, yalnız kağız işləri ilə məşğul olduğum anlamına gəlmir. İmkan düşən kimi fiziki formamı qorumağa çalışıram, zala gedirəm, məşq edirəm. Buna görə də idman karyeram dövründəki çəkimi qoruyub saxlamışam. Üstəlik, vəzifəmə görə də polis əməkdaşlarının artıq çəkisinə qarşı "mübarizə aparmaq" mənim borcumdur. Yəni heç olmasa, şəxsi nümunəmlə göstərməliyəm ki, formadan düşməmək necə olur. Bundan başqa, dünya çempionatında iştirak etməyə qərar verdikdən sonra məşqləri daha da intensivləşdirdim.

- Bəs məqsədiniz nədir?

- Qələbədən başqa hansı məqsəd ola bilər ki?

- Yanılmıramsa, bu, veteranlar arasında dünya çempionatında üçüncü iştirakınızdır?

- Bəli, tamamilə doğrudur. 2014-cü ildə Malaqada, 2023-cü ildə isə Əbu-Dabidə çıxış etmişəm. Hər iki dəfə qalib gəlmişəm. İndi də düşünürəm: bir dəfə peşəkarlar arasında üçüncü olmuşdum, elə isə niyə veteranlar arasında üç dəfə birinci olmayım? (gülür) Amma ciddi desəm, sadəcə cüdonun ab-havasını, döyüşlərdən əvvəlki o hissləri, keçmiş rəqiblərlə ünsiyyəti çox darıxıram.

- Burada rəqabət böyüklər arasında olduğu qədər güclüdürmü?

- Əlbəttə. Burada təkcə çəki yox, həm də yaş kateqoriyaları var, ona görə idmançıların sayı çoxdur. Bildiyimə görə, bu çempionatda müxtəlif çəki və yaş kateqoriyalarında 2500-dən çox cüdoçu çıxış edəcək. Mən 100 kq-a qədər çəki dərəcəsində, 50–55 yaşlı cüdoçular arasında mübarizə aparacağam. Ola bilsin, gənclikdəki qədər sürətli deyilik, amma tatamidəki ehtiras heç də azalmayıb, qələbə istəyi isə hələ də tükənməyib.

Vüqar Vüqarlı

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Oxşar xəbərlər