top
Bakı 2026-cı ildə cüdo üzrə Böyük Dəbilqə turnirinə ev sahibliyi etməyəcək, dünya çempionatı keçiriləcək Idman.biz
31 oktyabr 2025, 12:53
- ↺ +

Bakı 2026-cı ildə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə ev sahibliyi etməyəcək, dünya çempionatı keçiriləcək

Bakı 2026-cı ildə cüdo üzrə "Böyük Dəbilqə" seriyasına daxil olan turnirə ev sahibliyi etməyəcək.

İdman.biz xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) gələn il üçün yarış təqvimini təsdiqləyib. Təqvimə dünya çempionatları, qitə birincilikləri və digər nüfuzlu turnirlər daxil edilib.

Təqvimə əsasən, 2026-cı ildə artıq ənənə halını almış "Böyük Dəbilqə" mərhələsi Bakıda təşkil olunmayacaq. Bunun səbəbi, həmin il Azərbaycan paytaxtında 4-11 oktyabr tarixlərində keçiriləcək cüdo üzrə dünya çempionatıdır.

Xatırladaq ki, 2025-ci ildə Bakıda "Böyük Dəbilqə" turniri 14–16 fevral tarixlərində baş tutmuşdu.

2026-cı ildə "Böyük Dəbilqə" turnirləri Paris (Fransa), Daşkənd (Özbəkistan), Tbilisi (Gürcüstan), Düşənbə (Tacikistan), Astana (Qazaxıstan), Ulan-Bator (Monqolustan), Budapeşt (Macarıstan), Əbu-Dabi (BƏƏ) və Tokioda (Yaponiya) keçiriləcək.

Ulan-Batorda 19–21 iyun tarixlərində baş tutacaq mərhələ isə Los-Ancelesdə keçiriləcək 2028-ci il Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran cari olimpiya dövrünün ilk turniri olacaq. Reytinq xalları baxımından ilin ən mühüm yarışı isə yuxarıda qeyd olunan kimi Bakıda keçiriləcək dünya çempionatı olacaq.

IJF-in saytında bu barədə belə deyilir:

"İlin əsas hadisələrindən biri, şübhəsiz ki, Ulan-Batorda keçiriləcək "Böyük Dəbilqə" olacaq. Bu turnir 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarına ilk təsnifat yarışıdır. Bu andan etibarən "World Judo Tour" çərçivəsində keçirilən hər bir yarış daha da böyük əhəmiyyət qazanacaq, çünki idmançılar olimpiya seçmə mərhələsinə doğru yol alacaqlar. Gərginlik isə daha da artacaq – xüsusilə Bakıda keçiriləcək dünya çempionatında, burada dünya titulları və əsas reytinq xalları uğrunda mübarizə aparılacaq".

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 23:44

Mikel Arteta: “Subimendi "Bavariya" ilə oyunda iştirak edə biləcək”

Digər
Bu gün, 23:41

Dambrauskas: “Bəxtimiz gətirmədi”

Digər
Bu gün, 23:31

Dambrauskas “Borussiya”ya məğlubiyyətdən sonra futbolçuları ilə fəxr etdiyini söylədi

Digər
Bu gün, 23:26

“Sabah” Dortmund “Borussiya”sına qarşı: layiqli mübarizə, həlledici səhvlər və əldən çıxan fürsət - İDMAN.BİZ-in TƏHLİLİ

Qarabağ FK
Bu gün, 22:58

İqor Ponomaryov “Sabah”ın “Borussiya”ya məğlubiyyətini şərh etdi

Futbol
Bu gün, 22:55

Arsenal, Barcelona müdafiəçisi Xavi Espartı alqı‑satqıya təklif edir

Digər
Bu gün, 22:35

Ançelotti: Fransadakı iğtişaşlar Lilldə mağazaları dağıtdı

Futbol
Bu gün, 22:19

Flik, Rodrinin PSJ qarşılaşmasında ehtiyatda qalmasının səbəbini izah etdi

Basketbol
Bu gün, 22:09

NBA 2026/2027 mövsümündə 125 əcnəbi basketbolçu çıxış edəcək, Fransa Kanada hərfini keçib

Futbol
Bu gün, 21:58

Entoni Teylor Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsinin sədri ola bilər

Digər
Bu gün, 21:50

U-23 Avropa çempionatında 9 medal qazanan Azərbaycan ağırlıqqaldıran seçməsini hava limanında təntənəli qarşılama mərasimi təşkil olundu

Voleybol
Bu gün, 21:50

Ziya Rəcəbov: “Qadın voleybolçularımız CEV Çempionlar Liqasında Mladostu 3:0 məğlub etdi və təcrübə öz sözünü dedi”

Futbol
Bu gün, 21:39

Mingəçevir futbol klubunda maliyyə böhranı: oyunçular maaş borcuna görə məşqləri boykot edir

Voleybol
Bu gün, 21:33

“Turan” qadın voleybol komandası qələbəyə sevinsə də, arxayınlaşmamalıdır

Voleybol
Bu gün, 21:31

Həsən Zeynalov: Turanın 3:0 qələbəsi və CEV Çempionlar Liqasında gələcək hədəfləri

Futbol
Bu gün, 21:26

David Alaba "Udineze"də ikinci oyunda baldır əzələsindən zədələndi

Voleybol
Bu gün, 21:19

Turan baş məşqçisinin CEV Çempionlar Liqasında Mladostu məğlub etməsi: fürsətimiz hələ bitmədi

Futbol
Bu gün, 21:14

İngiltərə klubları Roma 60 milyonluq müdafiəçini ələ keçirmək üçün yarışır

Voleybol
Bu gün, 21:02

Ayşən Əbdüləzimova: İlk oyun, ilk qələbə – əsas məqsədimiz qələbə idi

Futbol
Bu gün, 20:57

Liverpulda ciddi zədələnmə

Digər
Bu gün, 20:51

Konate “El-Klasiko” öncəsi “Real Madrid”in qələbə şərtini açıqladı

Futbol
Bu gün, 20:36

Van Deyk, Liverpoolun 123 milyon funtlu transferini yüksək qiymətləndirir

Futbol
Bu gün, 20:07

Real Madrid Arsenal müdafiəçisini 100 milyon avrodan çox təkliflə almağa hazırdır

Futbol
Bu gün, 20:01

Jota Oliveyra: "Mövsümün ən yaxşı qolunu vurdu"

Oxşar xəbərlər