Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada cüdo yarışları başlayır. Sport24.az xəbər verir ki, bu gün dörd azərbaycanlı cüdoçu tatamiyə çıxacaq.
Babarəhim Mirzəyev (60 kq) polşalı İqor Blaşçakla qüvvəsini sınayacaq.
Nazir Talıbov Haiti təmsilçisi Etnaison Sent-Hilar ilə qarşılaşacaq.
Qadınların yarışında Könul Əliyeva (48 kq) və Aydan Vəliyeva (52 kq) mübarizəyə ikinci mərhələdən başlayacaqlar. (İdman.biz)