top
Azərbaycanın cüdo yığması medal sayında Yaponiyanı geridə qoyub İdman.biz
09 iyul 2024, 15:28
- ↺ +

Azərbaycanın cüdo yığması medal sayında Yaponiyanı geridə qoyub

Azərbaycan cüdoçularının bu il beynəlxalq arenada qazandığı medalların sayı bəlli olub.

İdman.biz xəbər verir ki, idmançılarımız 2024-cü ilin arxada qalan hissəsində böyüklər, gənclər, yeniyetmələr və veteranların yarışlarında 129 mükafat qazanıb.

Bunlardan 39-u qızıl, 30-u gümüş, 60-ı bürüncdür. Yığmamız bu göstəricidə dünyada 9-cu yerdə qərarlaşıb. Azərbaycan bu göstəricidə cüdonun yaradıcıları olan Yaponiyanı qabaqlayır. Asiyalılar 38 qızıl, 18 gümüş və 37 bürüncə sahib olub.

Təbii ki, çoxsaylı mükafatlar arasında Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) Abu-Dabidəki dünya çempionluqları xüsusi çəkiyə malikdir. Onların uğuru tarixi nəticə kimi yadda qalıb.

Bakıda keçirilən "Böyük Dəbilqə" turniri mükafat baxımından zəngin alınıb. Tatami sahib olan yığmamız evdə qızıl "het-trik"ə imza atıb. Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) çempionluq yaşayıb.

Hidayət Heydərov (73 kq) və Elcan Hacıyevin (81 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı Avropa çempionatı da qeyd olunmalıdır. Yeri gəlmişkən, Elcan bu mövsüm artıq 5 dəfə fərqlənib. O, Paris və Tbilisidə "Böyük Dəbilqə" yarışlarının finala qədər irəliləyib, həmçinin Astanada keçirilən analoji turnirdə və Portuqaliyada keçirilən Qran-Pridə bürünc medal qazanıb.

Ümumi medal sıralamasına Fransa başçılıq edir: 112 qızıl, 96 gümüş və 165 bürünc. Gürcüstan (62-51-87) ikinci, Almaniya isə (61-51-82) üçüncüdür.

Zəki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:30

Braziliya çempionatının bombardiriri Kevin Viverosun ÇSKA transferi

Digər
Bu gün, 19:28

Tahir Abdullayev UFC-də qərarla qələbə qazanıb, mart ayına qədər yenidən döyüşmək istəyir

Futbol
Bu gün, 19:20

Fermin Lopes iki oyunda diskvalifiyasiya edildi

Qarabağ FK
Bu gün, 19:20

«Sabah» – «Barselona»: Azərbaycan və İspaniya klublarının avrokuboklardakı 10-cu qarşılaşması

Futbol
Bu gün, 19:16

Yoroya məhkumlaya cəza ləğv edilməsi qərarı müdafiə edildi

Futbol
Bu gün, 19:11

Qvardiola milli komandaya rəhbərlik etməyi düşünür

Futbol
Bu gün, 19:10

Mançester Yunayted müdafiəçisi Eyden Heven qış transfer pəncərəsində icarəyə göndərilə bilər

Digər
Bu gün, 19:08

Bakıda 33 idman federasiyasını bir araya gətirəcək ExpoSport Azerbaijan 2026 sərgisi

Qarabağ FK
Bu gün, 19:00

Şahruddin Məhəmmədəliyev səs-küylü açıqlamasına “Sportinfo”nun qeyri-rəsmi söhbətində aydınlıq gətirdi

Futbol
Bu gün, 18:59

Pep Qvardiola, Neymarı “Barselona”dan əvvəl “Bavariya”ya transfer etmək istəyib

Futbol
Bu gün, 18:39

Man City rədd edilən qırmızı kart üçün üzr istəməyəcək

Digər
Bu gün, 18:26

Azərbaycanda idman yarışlarında hakim və xarici idmançı xərcləri yeni normalara uyğunlaşdırıldı

Futbol
Bu gün, 18:20

"Barselona" Dortmundun 17 yaşlı yarımmüdafiəçisi Matis Albert ilə maraqlanır

Futbol
Bu gün, 18:17

Jistau eyni gündə Çempionlar Liqasında "Sabah"a qarşı da meydana çıxa bilər

Futbol
Bu gün, 18:15

Qabriel Xesusun "Bavariya"ya transferi üçün danışıqlar başlayıb

Futbol
Bu gün, 18:09

Kivu: "İnter" Çempionlar Liqasında 90 dəqiqə ərzində daha sabit oynamalıdır"

Digər
Bu gün, 18:02

Baş nazir idman tədbirlərində hakimlərin xidmət haqqı normaları haqqında qərar imzalayıb

Futbol
Bu gün, 18:00

"Neftçi"nin gənclər komandaları üçün oyun qaydaları və açıqlıq üzrə seminar keçirilib

Voleybol
Bu gün, 17:56

Çempionlar Liyasında 'Skandicçi' - 'Turan' qarşılaşması öncəsi məşqçi Qasparinin Azərbaycan klubları ilə keçmiş görüşləri xatırlanıb

Futbol
Bu gün, 17:52

Elçin Məsiyev U-17 Dünya Çempionatı üçün baş hakimi təyin edildi

Cüdo
Bu gün, 17:50

Samuxda ilk cüdo zalı istifadəyə verilib – FOTO

Futbol
Bu gün, 17:44

Rüştü Reçber "Sabah"a "Barselona" qarşısında müdafiə məsələsində tövsiyələr verib

Futbol
Bu gün, 17:40

FK 'Şimal' iki mövsümdə Region Liqasından I Liqaya yüksələrək yerli futbolçular üçün inkişaf platformasına çevrildi

Qarabağ FK
Bu gün, 17:36

AFFA İntizam Komitəsi 7 komanda üçün texniki məğlubiyyət qərarı verdi

Oxşar xəbərlər