top
Azərbaycan cüdoçuları Avropa çempionatında: Turan Bayramovdan bürünc medal Idman.biz
16 aprel 2026, 18:27
- +

Azərbaycan cüdoçuları Avropa çempionatında: Turan Bayramovdan bürünc medal

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında Azərbaycan cüdoçusu Turan Bayramov bürünc medal qazanıb.

İdman.Biz xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan T.Bayramov üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi Abdullah Parçiyevə qalib gəlib.

Xatırladaq ki, ondan əvvəl Əhməd Yusifov (60 kq) da bürünc medal qazanmışdı.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

16:56

Azərbaycan cüdoçusu Əhməd Yusifov Avropa çempionatında bürünc medal qazanıb.

İdman.Biz xəbər verir ki, o, üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Balabəy Ağayevi məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Bu, yığmamızın turnirdə qazandığı ilk medal olub.

Qeyd edək ki, Balabəy Ağayev yarışda medalsız qalıb.

16:22

Azərbaycan cüdoçusu Şəfəq Həmidova Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatını mükafatsız başa vurub.

İdman.Biz xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Laura Martinezə (İspaniya) uduzub.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

14:42

Azərbaycan cüdoçusu Şəfəq Həmidova Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında finala vəsiqə qazana bilməyib.

İdman.Biz xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Şirin Bukliyə (Fransa) uduzub.

Bununla da o, bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

14:34

Azərbaycan cüdoçuları Avropa çempionatında çıxışlarını davam etdirir.

İdman.Biz xəbər verir ki, Turan Bayramov moldovalı rəqibi üzərində əzmkar qələbə qazanaraq bürünc medal görüşünə vəsiqə əldə edib.

Əhməd Yusifov (-60 kq) isə təsəlliverici görüşdə Fransa təmsilçisi Roman Valadye Pikarı məğlub edərək üçüncü yer uğrunda qarşılaşmaya yüksəlib.

Balabəy Ağayev yarımfinalda məğlub olub. Cüdoçumuz bürünc medal uğrunda mübarizəni davam etdirəcək.

13:26

Azərbaycan cüdoçusu Şəfəq Həmidova Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Tara Babulfathdan (İsveç) güclü olub.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

13:00

Balabəy Ağayev (60 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

İdman.Biz xəbər verir ki, cüdoçumuz bu mərhələyə vəsiqəni ukraynalı Dilşot Xalmatovu ipponla məğlub edərək qazanıb.

Əhməd Yusifov (60 kq) isə bu 1/4 final mərhələsində uduzub. O, Fransa təmsilçisi Luka Mixeidze ilə bacarmayıb. Ə.Yusifov təsəlliverici görüşə çıxacaq.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

12:49

Azərbaycanın daha bir cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, Şəfəq Həmidova 1/8 finalda İtaliya təmsilçisi, son dünya çempionu Assunta Skuttonu məğlub edib.

1/8 final mərhələsində Könül Əliyeva (48 kq) İspaniya idmançısı Laura Martines Abelendaya uduzub.

1/4 finalda Rusiya təmsilçisinə məğlub olan Turan Bayramov (66 kq) isə təsəlliverici görüşdə mübarizəni davam etdirəcək.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

12:29

Azərbaycan cüdoçusu Turan Bayramov (66 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, idmançımız 1/8 final mərhələsində İtaliya təmsilçisi Elios Manzini üzərində qələbə əldə edib.

Daha əvvəl Almaniya cüdoçusu Nikolas Kuntseyə qalib gələn T.Bayramov bununla 1/4 finala vəsiqə qazanıb.

Təmsilçimiz Gültac Məmmədəliyeva (52 kq) macarıstanlı idmançı Reka Ruppaya, Leyla Əliyeva (52 kq) isə dünya çempionu italiyalı Odette Cuffridaya qızıl xal bölümündə məğlub olaraq çıxışını 1/8 final mərhələsində başa vurub.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

11:33

Azərbaycanın daha iki cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə start verib.

İdman.Biz xəbər verir ki, Şəfəq Həmidova (48 kq) 1/16 finalda Erza Muminoviçi (Kosova) məğlub edib.

Könül Əliyeva (48 kq) isə Amber Qersyesi (Niderland) üstələyib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

11:09

Azərbaycan cüdoçusu Leyla Əliyeva (52 kq) Gürcüstanın Tbilisi şəhərində keçirilən Avropa çempionatında növbəti mərhələyə yüksəlib.

İdman.Biz xəbər verir ki, idmançının 1/16 finaldakı rəqibi serbiyalı Nikolina Nişaviç görüşə çıxmayıb.

Nəticədə L.Əliyeva döyüşsüz şəkildə 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl Gültac Məmmədəliyeva da turnirin bu mərhələsinə adlamışdı.

Yarış aprelin 19-da yekunlaşacaq.

10:59

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva (52 kq) Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Avropa çempionatına uğurlu başlayıb.

İdman.Biz xəbər verir ki, təmsilçimiz 1/16 final mərhələsində Lüksemburq idmançısı Karla Tavares Fernandeşlə qarşılaşıb.

Görüşdən qalib ayrılan G.Məmmədəliyeva növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, bu gün Azərbaycanın yeddi cüdoçusu tatamiyə çıxır. Yarış aprelin 19-da yekunlaşacaq.

09:30

Bu gün Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında mübarizəyə başlayırlar.

İdman.Biz xəbər verir ki, ilk yarış günündə milli komandanın yeddi üzvü tatamiyə çıxacaq.

Kişilərdən Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Turan Bayramov (66 kq), qadınlardan Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq) medal qazanmağa çalışacaqlar.

Kişilər
60 kq, 1/8 final

Balabəy Ağayev - Qal Blajiç (Sloveniya) / Andrea Karlino (İtaliya) cütünün qalibi ilə
Əhməd Yusifov - Çarli Eyr (Böyük Britaniya) / Marton Andrasi (Macarıstan) cütünün qalibi ilə

66 kq, 1/16 final
Turan Bayramov - Nikolas Kuntse (Almaniya)

Qadınlar
48 kq, 1/16 final

Könül Əliyeva - Amber Qersyes (Niderland)
Şəfəq Həmidova - Erza Muminoviç (Kosova)

52 kq, 1/16 final
Leyla Əliyeva - Nikolina Nişaviç (Serbiya)
Gültac Məmmədəliyeva - Karla Tavares Fernandeş (Lüksemburq)

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 16:00

Xankəndi şəhər stadionunun təmirinə 2.1 milyon manat ayrılıb

Futbol
Bu gün, 15:45

"Xankəndi" futbol klubu üç futbolçu ilə yollarını ayırıb

Futbol
Bu gün, 15:40

İspaniya məşqçisi: Fransanı dayandırmağın yolunu tapıb

Futbol
Bu gün, 15:20

"Barselona" 2027/28 mövsümündə "Kamp Nou"da oynamayacaq

Basketbol
Bu gün, 15:10

Azərbaycanda gənc basketbol hakimləri üçün təlim-seminar keçirilib

Qarabağ FK
Bu gün, 15:00

„Real“ Tibo Kurtua ilə mərhələ uzatmaq istəyir

Futbol
Bu gün, 14:40

Liverpul yeni məşqçisi transfer planları barədə danışdı

Qarabağ FK
Bu gün, 14:32

„Qarabağ” azarkeşlərinə müraciət edib

Futbol
Bu gün, 14:25

Prezident Ançelottiyə robot ilə müqavilə təklif edib

Güləş
Bu gün, 14:04

Mingəçevirdə 5-ci “Kürü keçək?! ” açıq suda kütləvi üzmə yarışı

Futbol
Bu gün, 14:00

Bayıl stadionu yenidənqurulur və uşaq və gənclər futboluna uyğunlaşdırılır

Futbol
Bu gün, 13:26

DÇ-2026: Yarımfinal matçları başlanğıcını alır

Futbol
Bu gün, 13:26

DÇ-2026: Fransa və İspaniya yarımfinalda üzləşəcək

Futbol
Bu gün, 13:20

Argentina İngiltərə ilə oyun üçün 20 il əvvəlki mavi formasını geyəcək

Digər
Bu gün, 13:07

Azərbaycanda bilyard üzrə dünya çempionatını keçirmək istəyirik

Futbol
Bu gün, 12:40

Əl-Əhli Fransişku Trinkaonu transfer edib

Futbol
Bu gün, 12:22

Norveçli futbolçu kralın qəbuluna başmaqla gedib

Futbol
Bu gün, 12:22

Norveç futbolçusu Yulian Ryerson kralın qəbuluna başmaqla gedib

Futbol
Bu gün, 12:07

„Şəfa“nın legioneri mövsümə hazırlıqdan danışdı

Futbol
Bu gün, 11:40

Aston Villa Dinyeyə əvəzləyici axtarır

Basketbol
Bu gün, 11:22

Azərbaycanın gənclər basketbol millisi İrlandiya ilə qarşılaşacaq

Digər
Bu gün, 10:44

Azərbaycan karateçiləri Dünya Kubokunda uğur qazanıb

Futbol
Bu gün, 10:40

Barselona 2027/28 mövsümünün ilk yarısında „Kamp Nou“da oynaya bilməyəcək

Futbol
Bu gün, 10:35

Lamin Yamal mətbuat konfransında diqqət mərkəzinə düşüb

Oxşar xəbərlər