"Everton" və "Kristal Pelas" arasında transfer razılaşması əldə olunub. Sport24.az xəbər verir ki, Brennan Conson "Kristal Pelas"dan "Everton"a, Duayt MakNil isə əks istiqamətdə – "Everton"dan "Kristal Pelas"a keçəcək.
Tərəflərin transfer şərtləri üzrə tam anlaşdığı və yaxın saatlarda rəsmi müqavilələrin imzalanacağı gözlənilir.