top
Azərbaycan Cüdo Federasiyasının növbədənkənar Konfransının yekunları və İcraiyyə Komitəsinin yeni tərkibi Report.az
18 oktyabr 2025, 20:14
- ↺ +

Azərbaycan Cüdo Federasiyasının növbədənkənar Konfransının yekunları və İcraiyyə Komitəsinin yeni tərkibi

18 oktyabr 2025-ci il tarixində Azərbaycan Cüdo Federasiyasının (ACF) növbədənkənar konfransı keçirilib.

"Report" ACF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Federasiyanın prezidenti Rəşad Nəbiyev, İcraiyyə Komitəsinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.

ACF-in prezidenti açılış nitqində Azərbaycan idmanına və cüdonun inkişafına göstərdiyi diqqət və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Vurğulanıb ki, dövlət başçısının idmana göstərdiyi davamlı dəstək nəticəsində Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır. Konfrans çərçivəsində Federasiyanın adından ölkə başçısına təşəkkür məktubu göndərilməsi qərara alınıb.

Bildirilib ki, əldə olunan uğurlar Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Federasiyanın, idman təşkilatlarının, məşqçilərin, idmançıların və cüdo ailəsinin bütün üzvlərinin birgə əməyinin nəticəsidir.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Azərbaycan Cüdo Federasiyasının son illərdəki fəaliyyətini yüksək qiymətləndirib. O, həm idman nailiyyətləri, həm də cüdonun kütləviləşdirilməsi və təhsil istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.

Konfransda Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin tərkibi müəyyənləşdirilib. Rəşad Nəbiyev, Rövşən Rüstəmov, Elnur Məmmədli, Rəşad Rəsullu, Asif Əsgərov, Azər Əsgərov, Nazim Hüseynov, Mövlud Mirəliyev və Elxan Məmmədov komitə üzvləri kimi seçiliblər. Konfransın qərarına əsasən, Rəşad Nəbiyev Federasiyanın prezidenti, Rövşən Rüstəmov və Elnur Məmmədli vitse-prezidentlər, Rəşad Rəsullu isə icraçı vitse-prezident kimi təsdiqlənib.

Həmçinin, ACF-in Nəzarət-Təftiş Komitəsinin üzvlərinin və sədrinin seçilməsi üçün səsvermə keçirilib. Natiq Bağırov, Dilarə Məmmədova və Orxan Əsədov komitə üzvləri kimi təsdiqlənib, Natiq Bağırov isə Komitənin sədri seçilib.

Daha sonra yeni seçilmiş İcraiyyə Komitəsinin genişləndirilmiş iclası keçirilib. İclasda idman təşkilatlarının, klubların nümayəndələri və cüdo məşqçiləri iştirak ediblər. Görüşün əvvəlində ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu 2022–2025-ci illəri əhatə edən fəaliyyət hesabatını təqdim edib. Daha sonra məşqçilərlə regionlarda cüdonun inkişafı və kütləviləşdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb, iştirakçıların təklif və tövsiyələri dinlənilib.

ACF-in prezidenti Rəşad Nəbiyev iclasda bildirib ki, bu gün demək olar, ölkənin bütün regionlarında cüdo idman növü inkişaf edir, yeni klublar açılır və mövcud zallarda bərpa işləri aparılır. Vurğulanıb ki, cüdo uşaqların və gənclərin zərərli vərdişlərdən uzaq qalmasına, vaxtlarını səmərəli keçirməsinə, həmçinin qızların erkən nikahdan qorunaraq idmana cəlb olunmasına mühüm töhfə verir.

İclas zamanı məşqçilərin bu prosesdə həlledici rol oynadığını vurğulanaraq bildirilib ki, Federasiyanın məqsədi yalnız medallar qazanmaq deyil, sağlam və layiqli gənclərin yetişməsinə dəstək göstərməkdir.

Görüş zamanı qeyd olunub ki, məşqçilərin peşəkar inkişafı üçün ACF tərəfindən təlim proqramları davamlı şəkildə həyata keçiriləcək. Eyni zamanda, cüdo zallarının maddi-texniki bazasının gücləndirilməsi, yeni klubların yaradılması və cüdo bölmələri açılması istiqamətində fəaliyyət davam etdiriləcək.

İclas zamanı irəli sürülən təkliflər ACF katibliyi tərəfindən müvafiq təhlillər aparıldıqdan sonra federasiyanın iş proqramına əlavə olunacaq və planlı surətdə həyata keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 20:41

Van der Vart: “Real Madrid” “Barselona”nı cəzalandıracaq”

Digər
Bu gün, 20:27

"Atletiko" argentinalı yarımmüdafiəçi ilə maraqlanır

Digər
Bu gün, 20:23

“Bavariya”nın baş məşqçisi huşunu itirdi - Təcili xəstəxanaya çatdırıldı

Futbol
Bu gün, 20:10

Araz‑Naxçıvan – Qəbələ matçının video icmalı: Qəbələ 2-1 qalib gəldi

Futbol
Bu gün, 20:09

Yuri Maksimov: Qolları rəqibə veririk, öz qol vurmamız çətindir

Futbol
Bu gün, 19:58

Kriştianu Ronaldo 982-ci qol vurdu, Al‑Nəsr 3:1‑ə qalib gəldi

Boks
Bu gün, 19:51

Azərbaycan millisinin üç boksçusu U-15 Avropa çempionatının finalına yüksəldi

Qarabağ FK
Bu gün, 19:37

“Qəbələ”nin baş məşqçisi: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”

Futbol
Bu gün, 19:35

Neftçi Turan Tovuzla matçın hazırlığını başa çatdırdı

Digər
Bu gün, 19:30

FIFA açıqladı: Azərbaycan futboluna 17,9 milyon dollar vəsait ayrılması təsdiqlənib

Digər
Bu gün, 19:28

Derbi öncəsi “Qalatasaray”da narahatlıq

Futbol
Bu gün, 19:20

Qadınlar klubları Dünya Çempionatı 2028-ci ildə ABŞ‑da keçiriləcək

Digər
Bu gün, 19:13

“Kür” komandası Azərbaycanda yeganə həndbol komandasıdır, deyə Mirzəyev bildirib

Futbol
Bu gün, 18:59

Puxaç: “Yamala meydanda rahatlıq verməyəcəyəm”

Digər
Bu gün, 18:45

“Mançester Yunayted” rəhbərliyi Karriki deyil, futbolçuları günahlandırır

Digər
Bu gün, 18:37

Yuri Maksimov: “Hər oyunda özümüz öz qapımıza qol gətiririk”

Digər
Bu gün, 18:29

“Beşiktaş”da ciddi itki

Digər
Bu gün, 18:25

“Napoli” - “Roma”: A Seriyasının səkkizinci turunda Alleqri üçün imtahan - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 18:17

Yeton Bekiri: Qısa müddətdə stabil komanda yaratmaq çətindir

Güləş
Bu gün, 18:13

Azərbaycan yığması Astanada Güləş üzrə Dünya Çempionatına çıxışa hazırlanır: Əsas iddiaçılar və medal ümidləri

Qarabağ FK
Bu gün, 18:10

“Qarabağ” və “Kəpəz”in əvəzedicilərinin məğlubiyyəti

Qarabağ FK
Bu gün, 17:58

Samir Əliyev: Çempionluqda artıq Neftçi də qoşuldu, üç komanda mübarizə aparır

Digər
Bu gün, 17:47

Kovaç yenidən Bakını xatırladı: “Borussiya” rekord 11 min kilometr yol qət edib”

Digər
Bu gün, 17:35

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib

Oxşar xəbərlər