top
AÇ: Zelim Kotsoyev Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq - YENİLƏNİR Idman.biz
19 aprel 2026, 13:42
- +

AÇ: Zelim Kotsoyev Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq - YENİLƏNİR

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.

İdman.Biz xəbər verir ki, təmsilçimiz yarımfinal mərhələsində Niderland idmançısı Simeon Katarinaya məğlub olub və üçüncü yer uğrunda mübarizə aparmaq hüququ qazanıb.

Bu gün tatamiyə çıxan digər idmançılarımızdan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) isə turnirlə erkən vidalaşıblar.

Qeyd edək ki, Avropa çempionatı bu gün başa çatacaq. Azərbaycan millisinin aktivində artıq 4 medal var: Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

12:48

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Tbilisidə keçirilən Avropa çempionatında uğurlu çıxışını davam etdirərək yarımfinala yüksəlib.

İdman.Biz xəbər verir ki, təmsilçimiz 1/4 final mərhələsində Macarıstan idmançısı Jombor Veqi məğlub edərək növbəti raunda adlayıb və medal uğrunda mübarizəni davam etdirir.

Bu gün tatamiyə çıxan digər idmançılarımızdan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) isə turnirlə erkən vidalaşıblar.

11:45

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Tbilisidə keçirilən Avropa çempionatında uğurlu çıxışını davam etdirir.

İdman.Biz xəbər verir ki, təmsilçimiz 1/8 final mərhələsində ukraynalı Yaroslav Davıdçuku məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Bu gün tatamiyə çıxan digər idmançılarımızdan Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) isə mübarizəni erkən dayandırıblar.

11:09

Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Tbilisidə keçirilən Avropa çempionatında çıxışını başa vurub.

İdman.Biz xəbər verir ki, təmsilçimiz 1/8 final mərhələsində Almaniya cüdoçusu Erik Abramovla qarşılaşıb və bu görüşdə məğlub olaraq mübarizəni dayandırıb.

Bu gün tatamiyə çıxan digər idmançımız Madina Kaisinova (+78 kq) da turnirlə erkən vidalaşıb.

10:28

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, idmançı 1/16 finalda Şimali Makedoniya təmsilçisi Nikola Pavlovski ilə üz-üzə gəlib və rəqibini məğlub edərək növbəti mərhələyə yüksəlib.

Bu gün Azərbaycan millisinin daha iki üzvü də tatamiyə çıxacaq. Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) öz çəkilərində mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, Avropa çempionatı bu gün başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

10:28

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatı bu gün başa çatır.

İdman.Biz xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin daha üç üzvü mübarizəyə başlayacaq. Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) tatamiyə çıxacaqlar.

100 kq çəki dərəcəsində Kotsoyev 1/16 finalda Şimali Makedoniya təmsilçisi Nikola Pavlovski ilə qarşılaşacaq. +100 kq-da Nəsibov 1/8 finaldan mübarizəyə qoşulacaq və Fransa təmsilçisi Mateo Akiana Monqo ilə Almaniyadan Erik Abramovun duelinin qalibi ilə üz-üzə gələcək. +78 kq-da isə Kaisinova 1/16 finalda rusiyalı Elis Startseva ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Azərbaycan yığmasının aktivində artıq 4 medal var. Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc mükafat qazanıblar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:08

Harri Keyn “Bavariya” ilə müqaviləsini 2029-cu ilə qədər uzadacaq

Futbol
Bu gün, 13:52

Trabzonspor azarkeşi loja icarəsini 2040-ci ilədək uzadır, 100 milyon lirə ödəyib

Futbol
Bu gün, 13:45

Sumqayıt "Neftçi" ilə qarşılaşmasını digər stadionda keçirəcək

Futbol
Bu gün, 13:40

Roma Rodrigo Moraya 25 milyon avro təklif edib

Futbol
Bu gün, 13:20

İnter Musa Diabiyə yenidən təklif edir

Futbol
Bu gün, 12:52

Vircil van Deyk Andoni İraolanın rəhbərliyi altında işləmək barədə danışdı

Futbol
Bu gün, 12:40

Everton və Kristal PelasTransfer Razılaşması

Futbol
Bu gün, 12:23

Levandovski “Barselona”nın əfsanələri sırasına daxil edilib

Futbol
Bu gün, 12:20

Viktor İbarbo karyerasını İtaliyada bərpa edə bilər

Boks
Bu gün, 11:53

Uqandalı boksçular Britaniyada sığınacaq istəyirlər

Boks
Bu gün, 11:38

Azərbaycan boksçuları beynəlxalq turnirdə iki qızıl medal qazandı

Futbol
Bu gün, 11:20

Fulhem Şi Çarlzı 30 milyonlara alıb

Futbol
Bu gün, 11:10

Zakari Atekamenin “Lion”a icarəyə verilməsi barədə razılıq əldə olunub

Futbol
Bu gün, 10:25

Əl-Nəsrdə Samu Kosta ilə daha bir portuqaliyalı transferi

Futbol
Bu gün, 10:10

Mourinyo “Mançester Yunayted”i niyə workingə imtina edib

Futbol
Bu gün, 09:55

Robert Levandovski “Leagues Cup”da növbəti qolunu vurub

Futbol
Bu gün, 09:40

Toral Bayramov “Bursaspor”’un heyətində debüt etdi

Futbol
Bu gün, 09:40

Əl-Nəsr Samu Kostanı transfer etdi

Basketbol
Bu gün, 09:13

Azərbaycanın U-16 qızlardan ibarət basketbol millisi Avropa Çempionatına hazırlaşır

Futbol
Bu gün, 08:25

PSJ “Parma” ilə Dzion Suzukinin transferi barədə razılığa yaxındır

Futbol
Bu gün, 08:20

Lionel Messiyə qarşı sui-qəsd planlaşdırılıb

Futbol
Bu gün, 08:00

Trabzonspor Darvin Nunyesi transfer edə bilər

Futbol
Bu gün, 07:35

Endrik uğrunda „Roma“ ilə „Aston Villa“ın mübarizəsi

Futbol
Bu gün, 06:27

Markus Reşford “Barselona”ya qayıda bilər

Oxşar xəbərlər