top
Sahil Babayev: 2025-ci ildə Azərbaycan boksçuları əvvəlki ilə nisbətən 50 faiz çox medal qazanıblar Sport24.az
30 dekabr 2025, 11:20
- ↺ +

Sahil Babayev: 2025-ci ildə Azərbaycan boksçuları əvvəlki ilə nisbətən 50 faiz çox medal qazanıblar

Azərbaycan boksçuları 2025-ci ildə ötən ilə nisbətən 50 faiz çox olmaqla 231 medal qazanıblar. Sport24.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev qurumun bu ilin yekunları və gələn ilki hədəflərə həsr olunmuş tədbirində bildirib.

 

Tədbirdən əvvəl Federasiyanın rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib.

 

Tədbirdə Sahil Babayev idmançıları və əməyi olan hər kəsi bu il əldə olunan uğurlara görə təbrik edib. Cari ildə müxtəlif yaş qrupları üzrə milli komandaların 47 yarışda əldə etdikləri 231 medalın 69-nun qızıl, 60-nın gümüş, 102-nin bürünc olduğunu diqqətə çatdırıb.

 

Federasiya prezidenti rəsmi yarışlarda da ciddi irəliləyişlərə nail olunduğunu qeyd edib. Bildirib ki, boksçularımız World Boxing, IBA təşkilatlarının Avropa və dünya çempionatlarında 60 medal qazanıblar. Bu da ötən ilki göstəricidən 3,5 dəfə çoxdur. 19 yaşlı Sübhan Mamedov isə həm U-23 Avropa çempionu, həm də dünya çempionu tituluna yiyələnib. Cari ildə qazanılan qızıl medalların sayı da 57 faiz artaraq 69-a yüksəlib. Qadın boksçularımız isə bu il əvvəlki ilə nisbətən medal sayını 2 dəfəyə yaxın artıraraq 55-ə çatdırıblar.

 

Sahil Babayev cari ildə boksumuzun maddi-texniki bazasının da gücləndirildiyini deyib. Qeyd edib ki, Lənkəranda Cənub Regional Boks Mərkəzi istifadəyə verilib, Gəncə, Qazax və İmişli Olimpiya İdman Komplekslərində boks bölmələri fəaliyyətə başlayıb. Paytaxt və bölgə klublarına, zallara müasir avadanlıqlar, ləvazimatlar verilib. Bölgələrdə boksun inkişafı üçün görülən işlərin müsbət nəticəsi kimi, Şabrandan Xumar Cəfərli U-15, Lənkərandan Qardaş Rəhimov U-17 Avropa çempionatlarında qızıl medallara yiyələniblər.

 

Federasiya prezidenti Azərbaycan hakimlərinin mötəbər beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etdiyini vurğulayıb. O, Boks Federasiyasının, boks üzrə milli komandanın və baş məşqçinin, dünya çempionunun və həkimin Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən 2025-ci ilin yekunları üzrə müxtəlif nominasiyalarda fərqlənməsini yüksək qiymətləndirib.

 

2026-cı illə bağlı plan və hədəflərdən bəhs edən Sahil Babayev 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək Dünya Kubokunda, Avropa və dünya çempionatlarında maksimum nəticələrin əldə edilməli olduğunu deyib. O, regionlarda və Bakıdakı klublara, boks zallarına dəstəyin davam etdirilməsini, bir neçə rayonun Olimpiya İdman Komplekslərində də boks bölmələrinin fəaliyyətə başlamasını tapşırıb, görüş iştirakçıların qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrikini və xoş arzularını çatdırıb.

 

Federasiyasının baş katibi Nağı Səfərovun hesabatından sonra məşqçilər və boksçuları maraqlandıran məsələlər müzakirə olunub, tövsiyə və tapşırıqlar verilib. 2025-ci ildə uğur qazanan boksçulara və milli komandaların baş məşqçilərinə təşəkkürnamələr təqdim olunub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Bu gün, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Bu gün, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Bu gün, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Bu gün, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Bu gün, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Bu gün, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Bu gün, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
Dünən, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
Dünən, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Cüdo
Dünən, 22:46

Bakıda keçirilən cüdo dünya çempionatı: Azərbaycan üçüncü yerdə

Futbol
Dünən, 22:33

PSJ iki oyunçusuna əlavə istirahət verdi

Futbol
Dünən, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Futbol
Dünən, 19:25

“İmişli” PFK‑da Zamir Həsənov və Rəsul Allahverdiyevlə yollar ayrıldı

Basketbol
Dünən, 16:57

“Neftçi”nin basketbolçusu: “FIBA Avropa Kubokunda mərhələ keçmək üçün şansımız var”

Basketbol
Dünən, 12:14

Sumqayıtın basketbolçısı Teyvion Kirk: ‘Play‑offun dörd ən güclü komandası arasında olmaq istəyirik’

Futbol
Dünən, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Futbol
Dünən, 10:41

“Səbail” “Sərtan Taşkın”ı transfer etdi

Futbol
Dünən, 10:11

Ronaldın çıxışı sonrası Portuqaliya milli komandası FIFA reytinqində beşinci yerə yüksəldi

Futbol
Dünən, 09:41

Azərbaycan Kubokunun birinci mərhələsində bu gün üç yeni qarşılaşma baş tutacaq

Qarabağ FK
Dünən, 06:23

“Qarabağ”ın 18 yaşlı hücumçusu Əli İbrahim “Olimpiakos” B komandasında baxışa yollanacaq

Futbol
Dünən, 04:14

Benin məşqçisi: Argentina oyunçularından Messi'nin fotosunu və formasını ala bilmədik

Basketbol
07 oktyabr 2026, 23:54

LANDAU Lions FIBA Avropa Kubokunda 83-105 ilə “Lions de Geneve”yə məğlub oldu

Futbol
07 oktyabr 2026, 23:38

Luka Modriç Messi’nin milli karyerasını başa vurmasına təəssüfünü bildirir: “O, unikal futbolçudur”

Oxşar xəbərlər