top
Mədinə Sadıqova Karate 1 seriya A turnirində gümüş medal qazandı Idman.biz
11 yanvar 2026, 00:15
- ↺ +

Mədinə Sadıqova "Karate 1 seriya A" turnirində gümüş medal qazandı

Dünya Karate Federasiyasının (WKF) Tbilisidə idman karatesi üzrə təşkil etdiyi "Karate 1 seriya A" beynəlxalq turnirdə Azərbaycan komandasının üzvü Mədinə Sadıqova uğurlu çıxış edib.

İdman.Biz bildirir ki, 55 kiloqram çəki dərəcəsində qadınlar arasında mübarizə aparan idmançımız turnir ərzində rəqiblərini məğlub edərək finala yüksəlib və həlledici görüşdə iranlı rəqibinə məğlub olaraq gümüş medal qazanıb.

Qeyd edək ki, turnirdə dünyanın 70-dən çox ölkəsindən 1200-ə yaxın karateçi iştirak edir.

15:40

"Dünya Karate Federasiyasının Tbilisidə idman karatesi üzrə keçirdiyi beynəlxalq turnirdə iştirak etməkdən çox məmnunam. İnanıram ki, Azərbaycan bayrağını ucaldacağam".

Bu sözləri turnirin finalına yüksəlmiş Azərbaycan milli komandasının üzvü, İslam Oyunlarının bürünc mükafatçısı Mədinə Sadıqova söyləyib.

"Bu yarışa gəlməmişdən əvvəl çox gərgin məşq toplantısı keçirmişik. Məqsədim A Seriyasında yaxşı reytinq xalı toplamaq, gələcəkdə 32-likdə və daha böyük yarışlarda iştirak etməkdir. Artıq finaldayam, inanıram ki, birinci yerə çıxacağam, Azərbaycan Himnini səsləndirəcəyəm və bayrağımızı yüksəldəcəyəm", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Qeyd edək ki, 24 yaşlı Mədinə Sadıqova 55 kiloqram çəki dərəcəsində tatamiyə çıxaraq turnirdə beş idmançını məğlub edərək finala yüksəlib

Xatırladaq ki, Tbilisidə keçirilən turnirdə dünyanın 70-dən çox ölkəsindən 1200-ə yaxın idmançı iştirak edir. Bu mötəbər yarışda Azərbaycan 21 karateçi ilə təmsil olunur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

"Şimal"ın məşqçisi Tural Cəlilov: "Zaqatala"ya 4:1 qələbə komandamızın oyununa verilən yaxşı qiymətdir

Şahmat
Bu gün, 11:59

15 yaşlı Azərbaycan şahmatçısı dünya çempionatının liderini təqib edir

Futbol
Bu gün, 11:45

Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur"

Futbol
Bu gün, 11:45

Çempionlar Liqasında tarixi duel: Arda Turan və Emre Belözoğlu bədən bədənə

Futbol
Bu gün, 11:37

Şəfa klubu baş məşqçi Zaur Həşimova davamlı əməkdaşlıq qərarı verdi

Futbol
Bu gün, 11:28

Enrike: “Tələsik transfer etməyəcəyik, bu bizim stilimiz deyil”

Tennis
Bu gün, 11:25

Rinderkneş dopinq testindən imtina etdiyinə görə dörd ilədək diskvalifikasiya cəzası ala bilər

Digər
Bu gün, 11:20

Klub prezidentinin qaranlıq əməlləri bir-bir üzə çıxır

Cüdo
Bu gün, 11:14

Bakıda cüdo məşqçiləri üçün 6 günlük peşəkar inkişaf proqramı keçiriləcək

Basketbol
Bu gün, 11:11

Stiv Kerr MBA-da ən çox qazanan baş məşqçi oldu

Futbol
Bu gün, 11:08

"Sabah" və "Fənərbaxça"nın UEFA Çempionlar Liqasındakı matçları bu kanallarda canlı yayımlanacaq

Futbol
Bu gün, 11:02

UEFA Gənclər Liqası V tur: "Sabah" U19 "Barselona" ilə Bank Respublika Arenada qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Cahangir Həsənzadə: "Barselona ilə müsabiqə qeyri-real görünə bilər"

Futbol
Bu gün, 10:59

Milanın fransalı yarımmüdafiəçisi Rabyo 2030-ə qədər müqaviləni uzatmaq üçün hazır

Futbol
Bu gün, 10:56

Haaland öz soyadının əmtəə nişanı kimi qeydiyyatına qarşı məhkəməyə baş vurub

Futbol
Bu gün, 10:55

UEFA Avropa Liqasında Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən eyni stadionda olacaq

Şahmat
Bu gün, 10:54

Cenevrədə Qukeş–Sindarov matçının ilk partiyası heç-heçə ilə başa çatdı

Futbol
Bu gün, 10:40

Mbappe Real Madridin tarixində 105 qol ilə Ronaldoyu geridə qoydu

Futbol
Bu gün, 10:40

ÇL V turunda PSJ Roma ilə, Şaxtyor isə Fənərbağça ilə qarşılaşır

Futbol
Bu gün, 10:20

Yan Urban Polşa millinin baş məşqçisi olaraq işini davam etdirəcək

Futbol
Bu gün, 10:15

İvan Perişiç UEFA Çempionlar Liqasında penaltidən qol vuran ən yaşlı futbolçu oldu

Basketbol
Bu gün, 10:13

Boston Celtics, Washington Wizards qarşısında 131‑116 qalib gəldi, Tatum 41 xal topladı

Futbol
Bu gün, 10:08

“Latsio” klubu A Seriyasında rekord qət olunan məsafə ilə tarix yazır

Futbol
Bu gün, 10:00

Mövqeyimi dəyişməsəydim, Barselona’da uzun müddət qalmaq mümkün olmazdı

Oxşar xəbərlər