top
İslam Maxaçev: Bakı UFC turnirlərini keçirməyə layiqdir Idman.biz
17 iyun 2025, 15:21
- ↺ +

İslam Maxaçev: Bakı UFC turnirlərini keçirməyə layiqdir

"Bakı UFC-nin turnirlərini keçirməyə çoxdan layiqdir".

İdman.biz xəbər verir ki, bu sözləri məşhur UFC çempionu İslam Maxaçev Haqqin.az-a açıqlamasında deyib.

Hazırda UFC-də çəki dərəcəsindən asılı olmayaraq, dünyanın ən güclü döyüşçüsü sayılan rusiyalı idmançı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatının qarşılaşmalarını izləyənlər arasında olub.

Maxaçev iyunun 21-də keçiriləcək UFC turniri ilə bağlı tezliklə ölkəmizə gələcəyini deyib: "İyunun 19-da Bakıya gələcəyəm. Mən və Həbib Nurməhəmmədov komanda yoldaşımız Tagir Ulanbekova dəstək üçün onun yanında olacağıq. Ümid edirəm ki, o qalib gələcək.

UFC turnirinin Bakıda keçiriləcəyinə çox sevinirəm. Azərbaycan paytaxtı çox gözəl və yaxşı şəhərdir. Bakı artıq çoxdan UFC döyüşlərini, o cümlədən nömrələnmiş turnirləri keçirməyə layiqdir. Ümid edirəm ki, gələcəkdə Bakıda nömrələnmiş turnirlər də baş tutacaq. Bu halda bizim üçün Azərbaycana gəlib orada döyüşmək daha rahat olar".

Xatırladaq ki, Bakıda hələlik aralıq UFC turniri – "UFC Fight Night" keçiriləcək. Nömrələnmiş turnirlərlə "Fight Night" arasındakı əsas fərq onların səviyyəsi və miqyasındadır. Nömrələnmiş turnirlər UFC-nin əsas tədbirləridir, burada müxtəlif çəki dərəcələrində ən məşhur döyüşçülər və çempionlar iştirak edir. Bu tədbirlər ayda bir dəfə təşkil olunur. "UFC Fight Night" isə daha kiçik miqyaslı turnirlərdir və adətən nömrələnmiş yarışlar arasında keçirilir.

Qeyd edək ki, İslam Maxaçev son döyüşünü bu ilin yanvarında braziliyalı Renato Moykano ilə keçirib və qələbə qazanıb. Qarışıq döyüş növlərində (MMA) dağstanlı döyüşçünün hesabında 27 qələbə (bunlardan 16-sı UFC-də) və cəmi 1 məğlubiyyət var – onu da demək olar ki, 10 il əvvəl - 2015-ci ildə alıb. Maxaçev yüngül çəkidə UFC çempionluğundan imtina edərək yarımorta çəkiyə (77 kq) keçib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:20

Dambrauskas: “Yamalı üçün üzüldüm”

Digər
Bu gün, 17:05

Bakı 2026 "Dünyanın İdman Paytaxtı" münasibətilə məktəblilər arasında velosiped birinciliyi keçirilib - FOTO

Futbol
Bu gün, 17:00

Dambrauskas: "Barselona" ilə qarşılaşma karyeramın zirvə oyunu olacaq"

Minifutbol
Bu gün, 16:55

Rahim Sterlinq şərti həbslə cəzalandırıldı

Formula 1
Bu gün, 16:51

Formula-1-də 2030-cu ildən 2,1 litrlik V8 mühərrikləri tətbiq olunacaq

Futbol
Bu gün, 16:40

Unay Emery "Qalatasaray"ın futbolçularının vaxt aparması və hakimin əlavə vaxtındakı qərarını tənqidaya tutdu

Futbol
Bu gün, 16:40

Luis Enrike PSJ ilə 14 il sonra UEFA Çempionlar Liqasında "Roma"ya qarşı üz-üzə gələcək

Futbol
Bu gün, 16:30

Rahim Sterlinq təhlükəli avtomobil idarə etdiyinə görə 12 aylıq şərti həbs cəzasına məhkum olundu

Voleybol
Bu gün, 16:30

AVF rəsmisi qadınlar arasında CEV Çempionlar Liqasının matçında supervayzer təyin edilib

Futbol
Bu gün, 16:21

„Barselona“ və „Real“ arasında barışıq müqaviləsi imzalanmayıb

Futbol
Bu gün, 16:20

Fransalı müdafiəçi Jül Kunde Bakıda baş məşqçini qəzəbləndirdi

Futbol
Bu gün, 16:20

Juventus üçün 3 yeni hücumçu namizədi

Qarabağ FK
Bu gün, 16:10

Qarabağın keçmiş futbolcusu Leandro Andrade'nin Polissya müqaviləsi: 1,1 milyon dollarlıq ilk mövsüm maaşı açıqlanıb

Futbol
Bu gün, 16:00

AFFA İntizam Komitəsi gənclər klublarına 0:3-lük texniki məğlubiyyətlər qazandırdı

Futbol
Bu gün, 16:00

“Sabah” bu axşam Çempionlar Liqasında “Barselona”ya qarşı meydan çıxacaq - Ümid var?

Futbol
Bu gün, 15:50

AFFA U-17 Liqasında 8 futbolçuya və bir məşqçiyə cəza verildi

Futbol
Bu gün, 15:50

Zəfər AFFA U-14 Liqasından kənarlaşdırıldı – "Sabah"la oyuna üç dəfə çıxmaqdan imtina etdi

Futbol
Bu gün, 15:49

Zlatan Ibrahimović MobLand serialında cinayətkar obrazını canlandıracaq

Futbol
Bu gün, 15:49

AFFA İntizam Komitəsi qərar verdi: Bəğirov və Hüseynova 3 oyunluq cəza

Digər
Bu gün, 15:46

Məhəmmədəli Osmanlı UFC-də Pavel Andruşka ilə dərdəşəcək: "İlk məğlubiyyətini məndən alacaq"

Digər
Bu gün, 15:44

Məhəmmədəli Osmanlı UFC-də Pavel Andruskayaya qarşı ilk məğlubiyyətini yaşadacağını bildirib;

Boks
Bu gün, 15:42

Tahir Abdullayev UFC-də ilk 15‑liyə meydan oxuyur

Futbol
Bu gün, 15:41

Elgün Əmiraslanov hakimi təhqir edərək 4 oyun cəza aldı

Futbol
Bu gün, 15:40

AFFA Sumqayıt komandasını və oyunçusunu cəzalandırdı

Oxşar xəbərlər