top
Həbib Konoru narkomaniyadan müalicə almaq üçün Dağıstana dəvət edib Idman.biz
27 noyabr 2025, 00:28
- ↺ +

Həbib Konoru narkomaniyadan müalicə almaq üçün Dağıstana dəvət edib

Dünya şöhrətli MMA döyüşçüləri Konor Makqreqorla Həbib Nurməhəmmədovun sosial şəbəkə üzərindən bir-birilərini təhqir edən açıqlamaları serial xarakter almağa başlayıb.

İdman.Biz-in məlumatına görə, 66 və 70 kq çəki dərəcələrində UFC-nin ikiqat çempionu, 37 yaşlı irlandiyalı Konor Makqreqor keçmiş rəqibi və UFC Şöhrət Zalının üzvü, rusiyalı Həbib Nurməhəmmədovun şərhlərinə növbəti cavabını verib.

"Bu qədər pula başa gələn "hədiyyələri" satmaq məqsədilə mərhum atanızın adından istifadə etdiyiniz üçün fanatlarınızdan dərhal üzr istəyin. Bundan əlavə, bir şey satmaq onun hədiyyə olmadığı anlamına gəlir, ey aşağı IQ-lü axmaq troqlodit (mağara adamı – red.)! Bu, "hədiyyə" anlamının tam əksidir. Bəli, bəli, bəli, axmaq, hahaha. Mərhum atanın adından fırıldaqçılıqda istifadə. Biabırçılıq", - Makqreqor sosial media səhifəsində yazıb.

Həbibinsə Konora cavabı gecikməyib. O, bu yaxınlarda Telegram-da keçirilən hərracda papaqların satışı ilə bağlı aldatma və riyakarlıq ittihamları ilə başlayan uzun sosial media mübahisəsindən sonra irlandiyalı Konor Makqreqoru Dağıstana narkotik asılılığından müalicə almağa dəvət edib.

"Hesablamama görə, mən Dağıstandakı reabilitasiya mərkəzlərimdə 56 keçmiş narkomanı müalicə etmişəm. Dağıstana gəl, Konor, burada sənin qayğına qalacaqlar. Anladığım qədəri ilə Meksika sənə kömək etməyib", - Nurməhəmmədov X sosial şəbəkəsindəki hesabında yazıb.

Xatırladaq ki, Konor daha əvvəl Meksika klinikasında müalicəsini başa vurduqdan sonra sosial media hesabında İsa peyğəmbərlə görüşdüyünü və xilas olduğunu açıqlamışdı.

21:51

37 yaşlı UFC Şöhrət Zalının üzvü və keçmiş UFC yüngül çəkidə çempionu, rusiyalı Həbib Nurməhəmmədov, 66 və 70 kq çəki dərəcələrində keçmiş UFC çempionu, irlandiyalı Konor Makqreqorun Telegram-da keçirilən hərracda papaqların satışı ilə bağlı ittihamlarına cavab verib.

İdman.Biz bildirir ki, Makqreqor Həbibi yalan və ikiüzlülükdə ittiham edib.

"Sən tamamilə yalançısan. O gecə məhv edildikdən sonra həmişə adımı ləkələməyə çalışacaqsan, amma heç vaxt uğur qazana bilməyəcəksən! Bəli, yaxşı adamlar bunu etmirlər. Onlar dostları və ailəsi ilə bölüşmək üçün real dəyərə malik eksklüziv rəqəmsal hədiyyələr yaratmırlar. Dağıstan xalqının adət-ənənələrini və mədəniyyətini simvolizə edən papaq şəklində hədiyyələr. İstəsəniz də, istəməsəniz də, bu dünyaya yavaş-yavaş daxil olan adət-ənənələr və mədəniyyət! Yalnız dünyanın ən yaxşı messencerində Telegramda tapıla bilən hədiyyələr", - Nurməhəmmədov sosial media səhifəsində yazıb.

19:53

66 və 70 kiloqram çəki dərəcələrində keçmiş UFC ikiqat çempionu Konor Makqreqor, rusiyalı idmançı Həbib Nurməhəmmədovu öz papaqlarını Telegram messencerində keçirilən rəqəmsal NFT formatlı hərraca çıxarmasından sonra fanatlarını aldatmaqda və ikiüzlülükdə günahlandırıb.

İdman.Biz-in məlumatına görə, X sosial şəbəkəsində paylaşdığı bir mesajda irlandiyalı keçmiş rəqibinin hərəkətlərini sərt tənqid edərək, onu mərhum atasının adından və Dağıstan mədəniyyətindən sürətli qazanc əldə etmək üçün istifadə etdiyini iddia edib.

"Həbib kimi yaxşı bir oğlan mərhum atasının adından və Dağıstan mədəniyyətindən istifadə edərək fanatlarını aldada, tez bir zamanda papaqları internetdə rəqəmsal NFT formatındakı hərracda sata, satışdan sonra bütün məzmunu silə və azarkeşlərini pulsuz qoyaraq iflasa uğrada bilərmi? Yaxşı oğlan sadəcə bunu edə bilməz", - Makqreqor yazıb.

Sözügedən idmançılar əvvəllər UFC tarixində ən çox danışılan döyüşlərdən birini keçiriblər. Onların rəqabəti hətta illər sonra da azarkeşlərin diqqətini cəlb etməkdədir.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:18

“Yuventus”da baş məşqçi vəzifəsi üçün Deşam namizədlər arasındadır

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Dünən, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Dünən, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Oxşar xəbərlər