top
Fərman Həsənov UFC-də Azərbaycan bayrağını dalğalandırmağa və Erik Nolana məğlubiyyət yaşatmağa hazırdır Idman.biz
15 may 2026, 16:22
- ↺ +

Fərman Həsənov UFC-də Azərbaycan bayrağını dalğalandırmağa və Erik Nolana məğlubiyyət yaşatmağa hazırdır

"Komanda olaraq hər kəs öz tövsiyələrini verir. Hazırkı rəqibim daha çox boksa üstünlük verir. Azərbaycanda isə güləş ənənəsi güclüdür".

İdman.Biz-in məlumatına görə, bu sözləri Azərbaycanın MMA döyüşçüsü Fərman Həsənov "UFC Fight Night Baku" turniri ilə bağlı təşkil olunan mətbuat konfransında səsləndirib.

O, UFC-dəki növbəti çıxışına hazırlaşır və rəqibinə beşinci məğlubiyyətini yaşadacağını bildirib.

"Hazırda ABŞ-dəyəm. Döyüşdən üç həftə əvvəl Bakıya gələcəyəm. UFC-də çıxış edəcəyimi gözləyirdim və buna hazır idim. Məqsədimiz Azərbaycan bayrağını dalğalandırmaq və ölkəmizi layiqincə təmsil etməkdir".

Döyüşçü həmçinin çəkisalma prosesi barədə də danışıb:

"Uzun illərdir bu idmandayıq və bu mərhələləri yaxşı bilirik. Bu döyüşdə də çəki salacağıq və heç bir problem olmayacaq".

Fərman Həsənov Azərbaycanın digər MMA döyüşçüsü Tofiq Musayevlə daim əlaqədə olduğunu da qeyd edib:

"Komanda olaraq hər kəs öz tövsiyələrini verir. Hazırkı rəqibim daha çox boksa üstünlük verir. Azərbaycanda isə güləş ənənəsi güclüdür və bundan istifadə edib qələbə qazanmağa çalışacağam. Həmyerlilərimiz bizə dəstək olurlar, onlara təşəkkür edirəm. UFC turnirinin Bakıda keçirilməsi isə böyük bir hadisədir".

O, həmçinin MMA karyerasının başlanğıcı ilə bağlı bunları deyib:

"MMA-ya başlayanda məqsədim UFC-də çıxış etmək idi. Amma debütümün məhz Bakıda olacağını gözləmirdim".

Qeyd edək ki, Bakıda keçiriləcək "UFC Fight Night" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Fərman Həsənov yarımağır çəki dərəcəsində ABŞ təmsilçisi Erik Nolanla qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 08:00

Azərbaycan komandası mundialda 10-cu yeri tutdu

Futbol
Bu gün, 08:00

Luçano Spaletti A Seriyasında bunu bacaran 6-cı məşqçi oldu

Qarabağ FK
Bu gün, 08:00

“Qarabağ”ın nəzərə almadığı iki məqam

Futbol
Bu gün, 07:36

İtaliya A Seriyasında "Milan" "Frozinone"ni 5:1 məğlub etdi, "Atalanta" ilə "İnter" 4:4-lük heç-heçəyə qovuşdu

Futbol
Bu gün, 07:28

İnter, qapıçılıq mövqeyi üçün Marko Karnesekkinin transferini araşdırır

Futbol
Bu gün, 06:15

Arda Turana Çempionlar Liqası öncəsi şok

Futbol
Bu gün, 05:31

Roy Kin “Mançester Yunayted”ə qəzəbləndi: “Söyüş söymək istəyirəm”

Basketbol
Bu gün, 04:20

ABL-də Neftçi Naxçıvanı 104:84 hesabı ilə məğlub etdi, LANDAU Lions isə Orduyu 97:80 hesabı ilə yenib

Futbol
Bu gün, 04:20

Okan Burukun etiraz etdiyi almaniyalı hakim Zibert yenidən Qalatasarayın oyununa təyin olunub

Futbol
Bu gün, 04:12

Liverpul

Gimnastika
Bu gün, 04:00

Sağlamlıq problemləri səbəbindən Rotterdamda finala qadaq

Futbol
Bu gün, 03:59

Bavariya üçün Ağır İtki: Harri Keynin Qayıdışı üçün Üç Aydan Yarıma qədər

Futbol
Bu gün, 03:30

“Azərbaycan klubuna bu qədər asan qalib gələcəyimizi gözləmirdik”

Futbol
Bu gün, 03:27

Spalletti Seriya A-da 600-cü oyununa "Venetsiya" üzərində 4:0-lıq qələbə ilə çatdı

Futbol
Bu gün, 03:10

Bakıda futbol oynayarkən 74 yaşlı kişi infarktdan vəfat edib

Tennis
Bu gün, 02:55

Alkaras Zverevi məğlub edərək ATP-nin Yekun turnirində ilk titulunu qazandı

Futbol
Bu gün, 02:40

Diego Simeone La Liqada 345 qələbə ilə Luis Araqonese məxsus rekordun sahibinə çevrilib

Futbol
Bu gün, 02:26

Milan 5:1 Qələbəsində Ruben Amorimın Taktik Sirləri

Futbol
Bu gün, 01:56

Barselona Bakıya səyahətdən əvvəl Villarrealı 3-2 məğlub etdi

Futbol
Bu gün, 01:50

"Şamaxı"nın mərakeşli yarımmüdafiəçisi Ayman Buali: "Bu səhvimizi düzəltmək istəyirik"

Futbol
Bu gün, 01:40

28 yaşlı hücumçudan ötrü Almaniya klubuna təklif göndərməyi planlaşdırır - "Milan"

Futbol
Bu gün, 01:31

Barselona futbolçusunun iki oyunluq cəzası gözlənilir

Futbol
Bu gün, 01:30

"Mançester Yunayted"ə öz meydanında “toy” tutdular - VİDEO

Futbol
Bu gün, 01:15

İraola: Manchester United qarşısında 4-0 qələbə aldıq, daha çox qol vura bilərdik

Oxşar xəbərlər