top
Dörd Azərbaycanlı Boksçu Avropa Çempionatının Finalına Yüksəldi Idman.biz
15 dekabr 2025, 21:20
- +

Dörd Azərbaycanlı Boksçu Avropa Çempionatının Finalına Yüksəldi

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilib.

İdman.Biz bildirir ki, Azərbaycan millisinin bu mərhələdə mübarizə aparan 4 idmançısının hər biri finala yüksəlib.

Gülər Hüseynova (48 kq) Serana Mali (İngiltərə) ilə üz-üzə gəlib. Boksçumuz inamlı çıxış sayəsində rəqibini məğlub edib – 3:2 (29:28, 29:28, 29:28, 28:29, 28:29). O, finalda Asmin Cabasla (Türkiyə) döyüşəcək.

Qardaş Rəhimov (46 kq) Rati Xarbedia (Gürcüstan) ilə qarşılaşıb. O, hər 3 raundda rəqibindən güclü olub və yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Rəhimov qızıl medal uğrunda Birham-Pasa İuseimlə (Rumıniya) gücünü yoxlayacaq.

Şahin Aslanov (60 kq) da adını finala yazdırıb. O, Ceyson Maherlə (İrlandiya) dueldən qalib ayrılıb – 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27). Boksçumuzun finalda rəqibi Frenki Smit (İngiltərə) olacaq.

Şükar Əliyev (75 kq) isə finala döyüş keçirmədən vəsiqə qazanıb. Aleks Domjan (Macarıstan) döyüşə gəlmədiyi üçün milli üzvü qalib elan olunub. O, finalda Maykl Mauqanı (İngiltərə) sınağa çəkəcək.

Qeyd edək ki, həlledici döyüşlər dekabrın 17-də keçiriləcək.

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 09:24

Qarabağ” „CSKA Sofia” ilə Avropa Liqasında oyun keçirəcək

Futbol
Bu gün, 09:09

Zirənin Estoniyaya qarşı çətin səfər oyunu

Futbol
Bu gün, 08:40

Rodrinin transfer qiyməti açıqlanıb

Futbol
Bu gün, 08:20

Mançester Siti Xusanov və Doku ilə müqaviləsini uzadır

Futbol
Bu gün, 08:12

Rodrinin “Real”a keçidi ilə bağlı danışıqların təfərrüatları açıqlanıb

Futbol
Bu gün, 08:00

Serxio Buskets "Barselona"nın ikinci komandasında məşqçi ola bilər

Futbol
Bu gün, 07:18

Vulverhempton hücumçusu transfer oluna bilmədiyinə görə meydanda etiraz edib

Futbol
Bu gün, 06:13

FİFA DÇ-2026-da heç bir danışılmış oyun aşkar edilməyib

Futbol
Bu gün, 05:16

İraola Makallisterin “Liverpul”dan gedəcəyi barədə danışdı

Futbol
Bu gün, 04:11

Mbappe Oliseni “Real”a qoşulmağa razı salıb

Futbol
Bu gün, 03:14

Liverpul Pedru Netunu transfer etməyə maraq göstərir

Futbol
Bu gün, 02:05

Napoli Alleqrinin rəhbərliyi altında debüt matçında Arezzoya uduzub

Futbol
Bu gün, 01:45

Vilyam Saliba onurğa zədəsi ilə mübarizə aparmağa davam edir

Futbol
Bu gün, 01:26

Konfrans Liqasında “Başakşehir” və “Neftçi”nin rəqibləri müəyyənləşib

Futbol
Bu gün, 01:06

FİFA DÇ-2026-nın simvolik komandası açıqlanıb

Futbol
Bu gün, 00:47

“Liverpul”un gələcək sahibləri Vinisius və Oliseni transfer etməyə hazırdılar

Futbol
Bu gün, 00:29

Zinəddin Zidanın Fransa millisinin baş məşqçisi təyinatının elan tarixi açıqlanıb

Futbol
Bu gün, 00:10

Ferran Torres “Barselona”nı tərk edə bilər

Futbol
Dünən, 23:51

Mançester Yunayted Tçuameni ilə maraqlanır

Futbol
Dünən, 23:36

Devid Bekhemin DÇ-2026-da qazanacağı məbləğ açıqlanıb

Futbol
Dünən, 23:30

Babək Quliyev Konfrans Liqası matçında hakim-inspektor olacaq

Futbol
Dünən, 23:21

ABŞ-ın Federal Təhqiqat Bürosu Argentina Futbol Assosiasiyasının prezidentini saxlayıb

Futbol
Dünən, 23:18

“Kiminlə oynadığımızı bilirdik” – Şaqoyko

Futbol
Dünən, 22:52

CSKA baş məşqçisi “Qarabağ”la oyun haqqında danışdı

Oxşar xəbərlər