top
Böyük İpək Yolu turnirində 19 Azərbaycan boksçusu yarımfinala yüksəlib Report.az
05 aprel 2026, 21:34
- +

"Böyük İpək Yolu" turnirində 19 Azərbaycan boksçusu yarımfinala yüksəlib

Bakıda ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turniri davam edir.

"Report" xəbər verir ki, yarışın dördüncü günündə kişi boksçular arasında 1/4 final, qadınlarda yarımfinal mərhələsi başa çatıb.

50 kq-da Sübhan Mamedov Şipsi Laçlanla (Avstraliya) üz-üzə gəlib. Dünya çempionumuz hər 3 raundu xeyrinə bitirib və 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, yarımfinalda Qoqa Topuriya (Gürcüstan) ilə döyüşəcək.

Bu çəkidə Bilalhəbaşi Nəzərov də mərhələ adlayıb. O, komanda yoldaşı Yusif Soltanov üzərində vaxtından əvvəl qələbə qazanıb. Nəzərov finala gedən yolda Sahil Allahverdovi (Gürcüstan) ilə qarşılaşacaq.

Məhəmmədəli Aşırəliyev (60 kq) Ümid Rüstəmov 3:2 (29:28, 28:29, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib. O, növbəti qarşılaşmasında Altınbek Nursultanla (Qazaxıstan) münasibətinə aydınlıq gətirəcək.

Eyni çəkidə Məhəmmədəli Qasımzadə Tolqa Kayanı (Türkiyə) mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27). O, finala uğrunda Mouates Beçeqra (Əlcəzair) 4:1 (30:27, 29:28, 30:27, 27:30, 30:27) hesabı ilə qalib gələn komanda yoldaşı Tayfur Əliyevlə gücünü yoxlayacaq.

Sərxan Əliyevin (70 kq) rəqibi Oliver Vilson (Avstraliya) döyüşə çıxmayıb. Təmsilçimiz yarımfinalda Refik Kartalla (Türkiyə) qarşılaşacaq.

Beləliklə, kişilər arasında sabah keçiriləcək yarımfinal mərhələsində 19 boksçumuz rinqə çıxacaq. Onlar bu mərhələyə yüksəlməklə özləri üçün azı 3-cü yeri təmin ediblər.

Qadınlardan ibarət millimizin heyətində isə Günel Rəhimova (51 kq) və Emili Rzayeva (65 kq) turniri bürünc medalla başa vurublar.

Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən "Böyük İpək Yolu" beynəlxalq turniri aprelin 7-də başa çatacaq. Qadın boksçuların final döyüşləri sabah olacaq.

Azərbaycanın 19 boksçusu Böyük İpək Yolu turnirinin yarımfinalında mübarizə aparacaq Azərbaycanın 19 boksçusu Böyük İpək Yolu turnirinin yarımfinalında mübarizə aparacaq Azərbaycanın 19 boksçusu Böyük İpək Yolu turnirinin yarımfinalında mübarizə aparacaq Azərbaycanın 19 boksçusu Böyük İpək Yolu turnirinin yarımfinalında mübarizə aparacaq
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 05:15

Aleksandr Usik vida döyüşünün vaxtını açıqlayıb

Futbol
Bu gün, 04:17

Real Madrid Rodri ilə bağlı mövqeyini dəyişib

Futbol
Bu gün, 03:13

FİFA prezidenti Canni İnfantino Argentina millisinə təşəkkür edib

Futbol
Bu gün, 02:11

Dieqo Simeone Argentina millisinin yeni baş məşqçisi ola bilər

Futbol
Bu gün, 01:46

Çelsi Morqan Rocerslə müqavilə imzaladı

Futbol
Bu gün, 01:25

Skaloni: İspaniya daha yaxşı idi, bu səbəbdən biz uduzduq

Futbol
Bu gün, 01:05

Azərbaycan klubları Avropa yarışlarında yeni rekord qeydə alıb

Futbol
Bu gün, 00:44

Aleks Ferqyuson Kevin Kiqanin xatirəsinə hörmət bikini

Qarabağ FK
Bu gün, 00:30

Mario Lemina daha 2 il Qalatasarayda

Futbol
Bu gün, 00:24

Fransız keçmiş futbolçu Deşamı tənqid edib

Futbol
Dünən, 23:54

Tramp DÇ-2026-da təhlükəsizlik səviyyəsini yüksək qiymətləndirdi

Basketbol
Dünən, 23:24

20 yaşlı amerikalı qadın basketbolçu avtomobil qəzasında həlak olub

Futbol
Dünən, 23:09

"Lex" "Orhus"u darmadağın edib

Futbol
Dünən, 22:57

Serjiu Konseysau Belçika millisinin baş məşqçisi vəzifəsinə namizəddir

Futbol
Dünən, 22:41

Valdas Dambrauskas: “Qol fürsətlərini boşa xərclədiyimiz üçün məyusam”

Futbol
Dünən, 22:27

Nikolas Otamendi Argentina milli komandasından ayrıldı

Futbol
Dünən, 22:25

Turan Tovuz Akademiyası futbolçular seçimi keçirəcək

Futbol
Dünən, 22:12

Luka Modriç “Milan”la yeni müqaviləni imzalayıb

Futbol
Dünən, 21:58

Sabah" UEFA Çempionlar Liqasında "KuPS"a qalib gəlib

Güləş
Dünən, 21:26

Ermənistan güləşçiləri Bakıda U-17 Dünya Çempionatında iştirak edəcək

Futbol
Dünən, 21:19

Karvan-Yevlax" transferləri davam etdirir

Futbol
Dünən, 20:48

FIFA sertifikatlı ingilis referi Entoni Teylor karyerasına son qoyub

Şahmat
Dünən, 20:32

FİDE Belarus Şahmat Federasiyasına qarşı məhdudiyyətləri ləğv edib

Futbol
Dünən, 20:02

Əl-Hilal Sammervilə təklif göndərib

Oxşar xəbərlər